Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ADPU-da Veteranlar Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.

 

2026-05-25 17:21:00
1001 baxış

Digər xəbərlər

Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb. Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.  

Hamısını oxu
“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”

Elşən Hüseynov: “Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgi və inamı milli birliyimizin göstəricisidir” Prezident İlham Əliyev mayın 10-da Şuşa sakinləri ilə görüşüb, şəhərdəki son quruculuq işləri ilə tanış olub. Ölkə başçısı Şuşadakı çıxışında Azərbaycan gəncliyi, onun Vətən müharibəsindəki rolu haqqında yüksək fikirlər səsləndirib. Prezident qeyd edib ki, torpaqlarımızı azadlığına görə Azərbaycan gəncliyinə borcluyuq, çünki sinəsini qabağa verərək torpaqları azad edən onlar oldu. Prezidentun gənclər haqqındakı bu açıqlaması Azərbaycan gəncliyinin vətənpərvərliyinə, milli-mənəvi dəyərlərə bağlılığına verilən ən yüksək qiymət hesab oluna bilərmi? Moderator.az-a açıqlama verən Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov Prezidentin hər zaman ölkə gəncliyinə çox böyük etimad göstərdiyini vurğulayıb: “Cənab Prezident Vətən müharibəsindən sonra vətəndaşlarımızla görüşlərində, mediaya verdiyi müsahibələrdə gənclərimizin 44 günlük müharibədəki qəhrəmanlığını hər zaman yüksək qiymətləndirib. Dövlət başçısı daim qeyd edib ki, qələbənin əldə edilməsində Azərbaycan Ordusunun göstərdiyi rəşadət həlledici rol oynayıb. Azərbaycan Ordusunun avanqard qüvvəsi isə Azərbaycan gəncliyidir. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən xalqa, xüsusilə gənclərə xitabən belə bir söz işlətdi. Prezident bildirdi ki, mən sizə güvənirəm, siz də mənə güvənə bilərsiniz. Prezident hər zaman Azərbaycan gəncliyini dövlətimizin, dövlətçiliyimizin arxa-sayağı hesab edib. Özü də gənclərimizə arxa-dayaq olub. Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgisi, inamı, etimadı ölkəmizdəki birliyin göstəricisidir. Prezidentin də öz çıxışlarında vurğuladığı kimi, dövlətimizin gələcəyi gənclərimizə bağlıdır. Azərbaycan gəncliyi 2023-cü ilin 19-20 sentyabr tarixində gerçəkləşən lokal antiterror tədbirlərinə də öz gücünü göstərdi, öz sözünü dedi. Prezident Şuşadakı çıxışında Ermənistana, onu himayə edən Fransa kimi güclərə xitabən bildirdi ki, onlar Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da, Azərbaycan lazımi məqamda lazım bildiyi addımı atacaq. Anti-Azərbaycan qüvvələrə qarşı istər diplomatik, istərsə də hərbi mütəvidə mübarizə məsələsində Prezidentin güvəndiyi yenə də Azərbaycan gəncləridir. Azərbaycan gəncliyi “Dəmir yumruğ”un özəyi, dövlətimizin zərbə qüvvəsidir. Prezidentin gənclərlə bağlı sonuncu çıxışı gənclərimizə olan sevgi və inamın nümunəsidir. Biz fəxr edirik ki, ölkəmizdə  vətəninə, dövlətinə, milli-mənəvi dəyərlərinə sadiq olan bu cür gənclik var”. Seymur ƏLİYEV  

Hamısını oxu
Laçın yolunun şimalında: nəzarət tədbirləri zəruri addım kimi

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

24 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Veteranlar, eləcə də kompleksi ziyarət etməyə gələn məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının bütün insanlığa qarşı törədilən cinayət olduğunu bildirib, bu soyqırımına qarşı ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində Xocalı qatillərinin ələ keçirilərək məhkəmə hökmü ilə ağır cəzalara məhkum edildiyni bildirən Cəlil Xəlilov, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilib. Tədbir zamanı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla ayd edilib. Seymur ƏLİYEV    

Hamısını oxu