Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib.

“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək.

Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

 

 

2026-05-26 19:18:00
794 baxış

Digər xəbərlər

Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
8 noyabr- Zəfər Günüdür mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 28 oktyabr  2025-cü il tarixində Sabunçu rayonunda tədbir keçiriblər. 8 Noyabr –Zəfər Gününə  həsr edilmiş tədbir Sabunçu  rayonu Gənclər Evində  baş tutub. Tədbirdə  Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev,  onun müavini Adil Məmmədov. Silahlı Qüvvələr veteranı Zahiddin Abbasov,44 günlük Vətən müharibəsi veteranı Murad Mürşüdov ,gənclər və digər qonaqlae iştirak etdilər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıq elan edib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib, daha sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla anılıb. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. O, ilk öncə  Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Adil Haqverdiyev çıxış edərək bildirdi ki, 2020-ci ilin  8noyabr tarixi-Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı.44 Günlük Vətən müharibəsinin qələbəsi  Ali Baş Komandanın,Azərbaycan Ordusunun xalqımızın  birliyinin  baris nümunəsidir. 44 günə  başa çatan  bu  müharibə misli görünməmiş savaş kimi dünya hərb tarixinə düşdü. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın toxunulmazlğı yolunda canlarından keçmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət.qazi və veteranlarımıza can sağlöğı arzulayıram.  Daha sonra Zahiddin Abbasov və digər qonaqlar çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Fatma Səttarova 8 Mart münasibətiylə Azərbaycan qadınlarını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara xoş arzularını bildirib. Təbrik müraciətində deyilir: “Azərbaycan qadınları tarixən həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, öz ağılları, fədakarlıqları, cəsarət və iradələri ilə böyük xarüqələr yaradıblar. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan qadınlarının sərgilədiyi qəhrəmanlıqlar, qeyri-adi əzmkarlıq və mübarizlik nümunələri bütün dünyada böyük rəğbət və heyranlıqla qarşılanıb. Azərbaycan qadını tarixən öz qəhrəmanlığı ilə yanaşı, həm də öz humanizmi, xeyrixahlığı, hədsiz mərhəmətliliyi ilə diqqət çəkib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün bu keyfiyyətləri aydın şəkildə görmək mümkündür. Mən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda hörmətli Mehriban xanım olmaqla, bütün Azərbaycan qadınlarını, o cümlədən veteran qadınlarımızı təbrik edir, onların hər birinə uzun ömür, möhkəm cansağlığı və səadət arzulayıram. Əminəm ki, qadınlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin inkişafına, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcək, xalqımızın rifahı və əmin-amanlığı üçün əllərindən gələni əsirgəməyəcəklər!” Hörmətlə: Fatma Səttarova Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb.  Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV  

Hamısını oxu