Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir.

Veteran.gov.az xəbər verir ki, 6 iyun 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Samur” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Çıxışlarda vurğulanmışdır ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd etmişdir ki, “Samur” sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi məhz “Xudat” Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Bu əlamətdar hadisə sərhəd mühafizəsi sahəsində formalaşmış zəngin ənənələrə ehtiramın ifadəsi olmaqla yanaşı, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilmiş, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə “Xudat” Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə yaxından tanış olmuş, xidməti mənzillərə baxış keçirmişdir.

Sonda xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyətlə birlikdə nahar edilmişdir. 

2026-06-16 17:17:00
1101 baxış

Digər xəbərlər

ABŞ-dan Vətən Müharibəsinə gələn çavuş

Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb. Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar. O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır.   H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb. H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib: “Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

Hamısını oxu
"Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, 26.05.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Maarif Evinin dəstəyi ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Xəyal Alverdiyev, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Elnur Hacıyev çıxış edərək, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı, parlaq səhifələrdən biri olduğunu və əsrlərlə müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşduğunu diqqətə çatdırmışlar. Qeyd edək ki, ümumilikdə tədbirdə 50-dən çox gənc iştirak etmişdir.  

Hamısını oxu
“ORDU HAQQINDA BÖHTAN SƏSLƏNDİRMƏK DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏKDİR”

“Hər bir vətəndaş ordunun güclənməsi üçün əlindən gələni etməlidir” “Aprel döyüşləri sadəcə Ermənistana deyil, bütün dünyaya mesaj idi”    Cəlil Xəlilov: "Əfsuslar olsun ki, İrəvan hələ də bu döyüşlərdən lazımi nəticə çıxarmayıb”      Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir.   Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə aprel döyüşlərinin önəmini, bu döyüşlərin tarixi əhəmiyyətini şərh etməyə çalışdıq.      -Cəlil müəllim, bu il 2016-cı ilin aprel döyüşlərinin üçüncü ildönümü tamam olur. Peşəkar hərbçi kimi bu döyüşlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə bu döyüşlər Azərbaycan və Ermənistan ordularının güc nisbəti baxımından hansı həqiqətləri ortaya çıxardı?      -Aprel döyüşlərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Erməni separatçıları uzun illər ərzində ordumuz haqqında mənfi fikir formalaşdırmağa cəhd ediblər. Ermənistan bəyan edirdi ki, Azərbaycan ordusu zəifdir, onun gücü yoxdur və s. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan güclü orduya, yüksək psixloji duruma və döyüş hazırlığına malikdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu hər an işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir.   Aprel qələbəsinin digər baxımdan da mühüm nəticələri oldu. Bu, Azərbaycan ordusunun gücünü nümayiş etdirməklə yanaşı, xalqın orduya olan inamını da artırdı. Xalq bir daha əmin oldu ki, Azərbaycan ordusunda aparılan islahatlar, ordunun möhkəmləndirilməsi, güclənməsi istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir və bu işlər öz real səmərəsini verir.   Bu gün aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərdə, Cocuq Mərcanlı kəndində Novruz bayramına hazırlıq gedir. İnsanlar yenidən Novruz sevincini öz doğma torpaqlarında böyük sevinc hissi ilə qeyd edirlər. Bütün bunlara görə biz Azərbaycan ordusuna minnətdar olmalıyıq.      -Sizcə ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxardımı? Rəsmi İrəvanın addımlarında aprel döyüşlərinin "izini” müşahidə etmək mümkündürmü?      -Əfsuslar olsun ki, ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxarmayıb. İrəvan problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, problemin həlli istiqamətində real addımlar atmaq istəmir. Həmişə əməli addım atmaq məqamı yetişəndə qeyri-konstruktiv mövqe nümayiş etdirir, əsassız iddialar səsləndirir. Bununla da danışıqlar prosesini pozmağa cəhd göstərirlər. Məhz Ermənistanın bu ikili siyasəti nəticəsində problemin həllinə nail ola bilməmişik.      -Sizicə aprel döyüşlərindən beynəlxalq ictiamiyyət və beynəlxalq təşkilatların da çıxartmalı olduğu hansısa nəticə varmı?     -Beynəlxaıq təşkilatlar da aprel döyüşlərindən nəticə çxıarmalıdır. Anlamalıdırllar ki, əgər Qarabağ problemi beynəlxalq hüquqi normativ aktrara uyğun olaraq həll edilməsə, o zaman Azərbaycan hərbi yola işğaldakı əraziləri azad etməyə məcbur olacaq. Problemin müharibə yolu ilə həlli ehtimalını ortadan qalıdırmaq üçün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə təzyiq göstərməlidir.      -Cəlil müəllim, Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə qalması sizcə sadəcə Azərbaycan üşün narahatlıq kəsb edir, yoxa bu, həm də Qafqaz regionu və dolayısı ilə dünya üçün təhlükəlidir?      -Bu münaqişə yalnız Azərbaycan üçün təhlükə deyil. Bu, həm də Qafqaz regionu üçün təhlükədir. Ermənistan işğal edilmiş ərazilərdə terroristlər hazırlayır. Narkotik plantasiyalar salırlar. Beynəlxalq axtarışa verilən dünya miqyaslı bir çox cinayətkar da bu ərazidə yerləşdirilir. Suriyadan, digər ölkələrdən müəyyən qüvvələr orda yerləşdirilir.   Ermənilər işğaldakı ərazilərdə böyük vəhşiliklər törədib. Məscidləri, tarixi abidələri dağıdıb. Azərbaycan ordusu aprel döyüşləri ilə düşmənə mesaj verdi. Onları öz əsasız iddialarından, işğal siyasətindən əl çəkməyə çağırdı. Və onları başa saldı ki, bu siyasət onların özü üçün faciəvi sonluqla nəticələnəcək.      -Sizcə dünya ictimaiyyəti, aparıcı dövlətlər ermənilərin işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar haqqında yetərincə məlumatlıdırmı? Dünya birliyi bu məsələdə yetərincə qətiyyət sərgiləyərsə, Ermənistan işğalçılıq siaysətindən imtina edə bilərmi?      -Təbii ki, dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardılar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istiandə edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğladakı əraziləri tərk etsin. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan ordusu deyəcək.      -Cəlil müəllim, son vaxtlar bəzi şəxslər xaricdə oturub Azərbaycan ordusu, Müdafiə Nazirliyi, onun müxtəlif strukturları haqqında böhtan xarakterli fikirlər səsləndirməkdədir. İddia edirlər ki, guya orduda rüşvətxorluq, intizamsızlıq mövcuddur, mənəvi-psixoloji durum qeyrei-qənaətbəxşdir və s. Sizcə Azərbaycan ordusunun bu şəkildə hədəf allınmasına səbəb nədir?      -Bu fikirlər insanları çaşdıqmağa, xalqın orduya olan inamımı zəiflətməyə hesablanıb. Azərbaycan ordusu öz sözünü deyən ordudur. Azərbaycan ordusunun qapıları Azərbaycan ictimaiyyətinin üzünə açıqdır. Azərbaycan vətəndaşı ordu, ordudakı vəziyyət barədə hər an informasiya almaq imkanına malikdir. Tez-tez "açıq qapı”lar keçirirlər. Valideynlərlə əsgərlərin, komandirlərin görüşləri olur. Əgər hər hansı bir vətəndaş nədənsə narazıdırsa, nəyisə nöqsan hesab edirsə, bu nöqsanın aradan qaldırılmasını tələb edə bilər. Lakin ordudan xəbəri, məlumatı olmayan insanların ordunu müzakirə etməsi doğru deyil. Onlar düşməni sevindirən mənfi xarakterli, əsassız məlumatlar yaymaqla ordumuzun imicinə ziyan vururlar.   Orduya, onun imicinə ziyan vurmaq olmaz. Ordumuzun döyüş hazırlığına, onun qələbə ruhuna sevinmək lazımdır. Onun güclənməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir.   Bu düşmən dəyirmanına su tökməkdir. Əgər həqiqətən də orduda hər hansı nöqsan varsa, bu ordunun rəhbərliyi, komandanlığı mövcuddur və həmin şəxslər bu nöqsan barəsində ordunun rəhbərliyinə müraciət edə bilər. Bu məlumatları dəqiqləşdirmək əvəzinə bu informasiyaları ictimaiyyiləşdirmək yanlışdır.          Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında veteranlarla görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir.   Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək.   Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu