Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın dövlət başçısı hər zaman olduğu kimi bugünkü Forumda da, dünyada sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyinə diqqət çəkib, bunun üçün hər bir dövlətin üzərinə düşən məsuliyyəti xatırladıb:

 “Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışının əsas ideyasını sülh və təhlükəsizlik məsələsi, qlobal sülhün təminində beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin, eləcə də, medianın üzərinə düşən məsuliyyət təşkil edirdi. Dövlət başçısı regional və qlobal sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığının zəruriliyinə diqqət çəkdi, medianın bu məsələdəki aparıcı rolunu vurğuladı. Ən əsası, Prezident İlham Əliyev bütün çxışlarında olduğu kimi, “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışında da Azərbaycanın xarici siyasət xətti haqqında aydın, birmənalı fikirlər səsləndirdi, konkret mövqe ortaya qoydu. İmperialist dövlətlərin zülmünə məruz qalan xalqların azadlığa qovuşmasının vacibliyini vurğulayan dövlət başçısı, Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığımızı, ölkəmizin beynəlxalq qanunlarla təsbit edilən hər bir hüquqa hörmətlə yanaşdığını bildirdi. Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünyanın hər yerində ədalət və həqiqətin tərəfdarıdır və bu istiqamətdə mübarizəsini bundan sonra da davam etdirəcək”.

Polkovnik dövlət başçısınn Azərbaycanın artan hərbi-iqtisadi gücü haqqında da maraqlı fikirlər səsləndirdiyini söylədi:

“IV Şuşa Qlobal Media Forumu”nda diqqət çəkən məqmlardan biri də Azərbaycanın əldə etdiyi hərbi-siyasi, eləcə də iqtisadi güc faktorunun regional və qlobal proseslərə təsiri ilə bağlı oldu. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq ekspertlər tərəfindən “orta güc” kimi dəyərlndirilir. Doğrudan da, 44 günlük Vətən müahribəsindən sonra Azərbaycanın həqbi-iqtisadi baxımdan sürətli inkişafı, bütün regionda sülh və təhlükəsizliyin əsas qarantı qismində çıxış etməsi, dünyanın ən müxtəlif ökələrində baş verən humanitar fəlakətlərə çevik reaksiya verməsi, beynəlxalq aləmdəki siyasi nüfuzunun artması ölkəmizi “orta güc” kimi səciyyələndirməyə imkan verir. Bu yanaşma Azərbaycanın Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə böyük sürətlə tərəqqi etdiyini göstərir.

Hesab edirəm ki, “IV Şuşa Qlobal Media Forumu” Azərbaycana olan beynəlxalq marağı daha da artıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda yaylmasına töhfə verəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2026-07-13 18:22:00
1080 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.  Şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri, 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır. Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib. Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.   Seymur ƏLİYEV

Hamısını oxu
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür” Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib.  O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi: "Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”. Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir: "Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”. Şahanə Ziyad Azxeber.com  

Hamısını oxu
“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı qeyd etdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə, onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların baş verməsində maraqlıdırlar. Və nə qədər qəribə, məntiqə zidd olsa da, məhz bu ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər ki, bu da absurddur. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar onu deməyə əsas verir ki,  Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək. Ermənistan isə anlamalıdır ki, onu sıçrayışla silahlandıran, onu yeni təxribatlara həvəsləndirən bu dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Necə ki, Prezidentimizin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2020-ci ilin antiterror tədbirlərində şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan qəti qələbələr hesabına ədaləti bərpa etdi və sübut etdi ki, hər şey məhz onun istədiyi kimi olacaq. Bu səbəbdən də Ermənistan sözügedən dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Böyük Vətən Müharibəsi iştirakçısının vəfatı ilə bağlı başsağlığı verib

Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  deyilir:   “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb.   Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”.   Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.  

Hamısını oxu