Digər xəbərlər
Cəlilabad rayon Veteranlar Təşkilatı Rayon İcra Hakimiyyəti ilə birgə Cəlilabad Tibb Kollecində Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon Veteranlar Təşkilatınım sədri Ədalət Salman, Azərbaycan Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə, Meyxoş Abdulla, müəllim və tələbələr iştirak ediblər.Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Onlar, həmçinin tələbələri narahat edən sualları cavabladırıblar.Sonda maraqlı suallar verən tələbələrə kitablar hədiyyə olunub.
Hamısını oxu
2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür. Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırmışdır. Əli Nağıyev qeyd etmişdir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanmışdır. Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılmışdır. Həmçinin Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirmişdir ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir. Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim etmiş, BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırmışdır. Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Hamısını oxu
“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib. Veteran.gov.az xəbər verir ki, dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olub, eyni zamanda "AzerGold" QSC-nin həyata keçirdiyi sosial məsuliyyət layihələrinin icra olunduğu yaşayış məntəqələrini ziyarət edərək yerli icmalarla görüşüblər. İnfotur proqramı çərçivəsində iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini də ziyarət ediblər. Onlar bölgənin təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə tanış olaraq foto və video məzmunlar hazırlayıblar. Səfər zamanı iştirakçılara Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə məlumat təqdim olunub. Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Həmçinin, “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb. “AzerGold” QSC bundan sonra da korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində turizm potensialının təşviqi və tarixi irsin qorunmasına dəstək verən layihələrin icrasını davam etdirəcək.
Hamısını oxuCəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi, müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxu