Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması təqdirəlayiqdir”

Cəlil Xəlilov: “Bu, dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin təzahürüdür”

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Vətən müharibəsi iştirakçılarının təsərrüfatlarına baxış keçirilib, bu sahədəki mövcud yeniliklər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, veteranların özünəməşğulluq proqramına cəlb edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb edilməsi veteranlarımızın məşğulluq probleminin həlli, onların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin bu qayğısı veteranlarımıza sosial vəziyyətlərini yaxşılaşırmaqla yanaşı, həm də öz potensiallarını real müstəvidə dəyərləndirməyə, öz bizneslərini inkişaf etdirməyə, bu sahədə daha böyük uğurlar əldə etməyə imkan verir. Bu mənada Müharibə, Əmək vəı Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq müharibə veteranlarının özünüməşğulluq proqtramına cəlb edilməsini alqışlayır, bunu dövlətimizin veteranlara olan yüksək qayğı və diqqətinin bir təzahürü hesab edirik. İnanırıq ki, bundan sonra da müharibə veteranlarının özünüməşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanılacaq, veteranlarımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə ediləcək.

Məlumat üçün qeyd edim ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi də veteranlara və şəhid ailələrinə böyük qayğı göstərir, onlarla bağlı hər bir məsələni xüsusi diqqət mərkəzində saxlayır. Biz19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə  “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirdik. Həmin konfrans ərəfəsində, eləcə də konfransdan sonra veteranlar və şəhid ailələri ilə etdiyimiz söhbətlər, keçiridyimiz görüşlər zamanı bu həqiqətə bir daha əmin olduq. Mən buna görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə də təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

Polkovnik Cəlil Xəlilov Laçında müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediaturun təşkilini də yüksək qiymətləndirib:

“Müharibə veteranları və onların ailə üzvləri üçün özünəməşğulluq proqramı çərçivəsində yaradılmış keçik biznes sahələrinə mediaturların təşkili olduqca önəmlidir. Bu cür mediaturlar dövlətimizin müharibə veteranların məşğulluq probleminin həlli istiqamətində atdığı addımların effektivlyini göstərməklə yanaşı, həm də dövlət-vətəndaş münasibətlərindəki şəffaflığı təmin edir, yeni ideya və yaradıcı yanaşmaların meydana çıxması üçün əlverişli zəmin yaradır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə oxşar mediaturların digər rayonlarımızda da təşkili arzuedilən olardı”.

Seymur ƏLİYEV

2026-07-31 19:57:00
1025 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
Azərbaycan polisi təhlükəsizliyimizin qarantı, hüquqlarımızın təminatçısıdır!

Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır ki, bunlardan da biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.   Polis cəmiyyətin fiziki və mənəvi sağlamlığının keşiyində! Müasir dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin kəskinləşməsi baxımından ciddi aktuallıq kəsb etməkdədir. Cəmiyyəti fiziki və mənəvi baxımdan şikəst etmək hesabına milyonlar qazanmağa cəhd edən cinayətkar dəstələr, bəzi hallarda həm də ölkəmizdən narkotiklərin daşınmasında tranzit kimi istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycan polisinin ayıq-sayıqlığı, xidməti peşəkarlığı sadəcə vətəndaşlarımızın deyil, həm də digər xalqların təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Sevindiricidir ki, mövcud statistika hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə apardığını, bu sahədə böyük uğurlara nail olduğunu göstərir. Bu mübarizənin miqyas və nəticələri haqqında daha aydın təsəvvürə malik olmaq üçün cari ilin may ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərə nəzər salmaq kifayətdir. Xatırladaq ki, 2024-cü ilin may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə ölkə ərazisində toplam 31 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində “qara bazar”dan dəyəri 13 milyon manat olan narkotik çıxarılıb, 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 39 nəfər həbs edilib. Bütün bu rəqəmlər Azərbaycan polisinin narkotik alverçilərinə qarşı sistemli və səmərəli mübarizəsindən xəbər verir. Polis milli-mənəvi dəyərlərimizin müdafiəçisidir! Qeyd edək ki, ölkəmizdə polis həm də milli-mənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir. Hansı ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərin qorunmasının xalqımızın və dövlətimizin gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib, xalqımızın 44 günlük Vətən müharibəsində məhz bu dəyərlər sayəsində qalib gəldiyini vurğulayıb. Bu isə o deməkdir ki, polisin xalqımızın mənəvi dəyərlərinin keşiyində dayanması, milli əxlaq və dəyərlərə zidd olan hallara qarşı ciddi mübarizə aparması daxili işlər orqanı əməkdaşlarının milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir. Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkəranə şəkildə pozan, qeyri-etik addımlar atan, əxlaqa zidd çağırışlar edən bu cür şəxslərə qarşı həm real həyatda, həm də internet resurslarında  - müxtəlif sosial şəbəkələrdə aktiv mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir.  Bir sözlə, bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir. 2 iyul – Polis Günü ilə əlaqədar olaraq bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Hamısını oxu
Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Dövlət başçısının apardığı islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir. Koronavirusa qarşı aparılan mübarizədə əldə edilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu isə hər ölkənin bacara biləcəyi məsələ deyil. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirən Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə apardı. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir,  yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir. Hal hazırda 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.  Xəstələrin sayı artdıqca  yeni xəstəxanalara da ehtiyacımız yaranırdı. Ölkə başçısının tapşırığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarında  modul tipli xəstəxanaların tikintisi təşkil edildi,  modul tipli 9 xəstəxana istismara verildi. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana da istifadəyə verildi, 1300 çarpayılıq xəstəxananın  isə bu ayın sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Son aylar 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Bu ölkələrlə müqayisədə Azərbaycanda  vəziyyət daha yaxşıdır.  Sahibkarlara dəstək şəffaf və mütəşəkkil qaydada göstərilir.  Vergilərin 75 faizi özəl sektorda formalaşır. Aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb.  Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı demişdir: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”. Bu il rekord sayda, 7 mindən çox məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin olunacağı gözlənilir.  400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələrinin  aylıq təqaüdü 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırıldı. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib. Sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda  avqust ayındada  190 manat ödəmə təmin ediləcək, 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək. Ünvanlı dövlət sosial yardımı, Sosial xidmətlər ərzaq payları, Məşğulluq və sosial rifaha dəstək , İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə əlaqəli görülən tədbirlər bir daha göstərdi ki, ölkə başçısı hər bir vətəndaşına xüsusi diqqət və qayğıyla yanaşır. Möhtərəm  Prezident cənab  İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.   Naftalan sakini Kəmalə Hüseynova  

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu