Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı polkovnik Adil Haqverdiyevi ad günü münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin ad günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı polkovnik Adil Haqverdiyevi təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Adil müəllim!

Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq.

Sizin ömür yolunuz sadəcə bir insanın həyat tarixçəsi deyil — Azərbaycanın mürəkkəb və şərəfli hərb tarixinin mühüm səhifələrindən biridir. Vətən qarşısında şərəflə xidmət etməyiniz, döyüş meydanlarında göstərdiyiniz mərdlik, yaralansanız da xidməti vəzifənizin icrasını davam etdirməyiniz və bütün bunlardan sonra qazandığınız zəngin təcrübəni gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə həsr etməyiniz böyük ehtiram doğurur.

Siz öz həyatınızla bir həqiqəti sübut etmisiniz: Vətənə xidmət yalnız döyüş meydanında silah tutmaq deyil, ömrünün sonuna qədər Vətənə bağlı qalmaqdır.

Bu əlamətdar gündə Sizə dərin minnətdarlığımızı və sonsuz hörmətimizi bildirir,  arzu edirik ki, bundan sonrakı illəriniz də sağlamlıq, sevinc, doğmalarınızın məhəbbəti və xalqımızın Zəfərindən doğan qürur hissi ilə keçsin.

Ad gününüz mübarək olsun!”

2026-08-20 14:26:00
929 baxış

Digər xəbərlər

Qürur və ehtiramla anırıq!

Hamısını oxu
“Şuşanın azadlığı da, tarixi də, təbiəti də qürur doğurur”

Səmyar Abdullayev: “Nəhəng quruculuq prosesi göstərir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli şəhərə çevriləcək”   Məlum olduğu kimi, sentyabrın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Şuşa şəhərinə səfəri təşkil olunub.   Səfərdə iştirak edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Veteran.gov.az-a açıqlamasında səfərlə bağlı təəssüratını bölüşüb:   “Şuşa səfəri sözün həqiqi mənasında bizdə qürur və həyacan doğuran,  bizə qeyri-adi hislər və duyğular bəxş edən bir səfər oldu. Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qanı, canı bahasına azad etdiyi Şuşaya səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün, Üzeyir bəyin, Xurşidbanu Natəvanın heykəllərini, Yuxarı Gövhər ağa məscidini ziyarət etdik. Məlum səfər əsnasında ermənilərin 30 ilə yaxın müddət ərzidə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, hazırkı mədəniyyət paytaxtı olan Şuşada törətdikləri vəhşiliklərə şahid olmaq bizim üçün nə qədər ağır olsa da, dövlətimizin qısa zaman ərzində Şuşada həyata keçirdiyi təmir-bərpa və yenidənqurma işləri bizdə bir o qədər böyük fərəh doğurdu. Məlumat üçün qısaca qeyd edim ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şuşada mərkəzi küçələri təmir edilib, tarixi abidələrin, memarlıq nümunlərinin, sosial obyektləri bərpası prosesi uğurla davam etdirilir. Görülən işlərin miqyası onu söyləməyə əsas verir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli, daha möhtəşəm bir şəhərə çevriləcək”.   Səmyar Abdullayev qeyd edib ki, şəhəri gəzdikcə, onun təbiəti ilə yaxından tanış olduqca əsgərlərimizin qəhrəmanlığına, onların əzminə heyran olmamaq mümkün olmur:   “Yüksək dağlıq relyefdə yerləşən, möhtəşəm dağlar, sıx meşələrlə əhatə olnan Şuşanı dolaşıb, onun ecazkar təbiəti ilə yaxından tanış olduqca, istər-istəməz 44 günlük Vətən müharibəsində Şuşanı azad edən hərbçilərimizin döyüş əzmi, qəhrəmanlığı, cəsarət və rəşadəti yada düşür. Şuşanın sıldırım qayalarına, sərt dağlarına tamaşa etdikcə insan güllə və mərmi yağışı altında sərt qayaları dırmaşaraq şəhərə daxil olan, bıçaq və yalın əllə düşmənə divan tutan hərbçilərimizin necə böyük qəhrəmanlığa imza atdığını bir daha dərk edir. Və bu qavrayış fonunda onu da anlayırsan ki, belə cəsur, yenilməz, fədakar oğullara malik olan vətən heç vaxt məğlub ola bilməz”.   Səmyar Abdullayevin sözlərinə görə, səfər əsnasında Şuşa ilə bağlı yeni məlumat və təəssüratlara malik olan iştirakçılar erməni vəhşiliyinin ifşa edilməsində daha ciddi səy göstərməli, dünya ictimaiyyətini, beynəlxalq aləmi erməni vandalizmi haqqında daha ətraflı məlumatlandırmalıdır:   “Məlum səfər hər bir iştirakçının Şuşa, onun keçmişi və bugünü ilə bağlı təəsüratının zənginləşməsi, şəhərlə bağlı daha ətraflı məlumata sahib olması baxımından mühüm rol oynadı. Hesab edirəm ki, həm QHT, həm də media nümayəndələri səfər əsnasında şahidi olduğu hadisə və yeniliklərdən – erməni vəhşiliyindən, onun şəhərin  sosial-mədəni həyata vurduğu zərbədən, habelə işğaldan sonra Şuşada həyata keçirilən nəhəng quruculuq işlərindən beynəlxalq media platformasında geniş bəhs etməli, dünya ictimaiyyətini bu haqda ətraflı şəkildə məlumatlandırmalıdır. Dünya erməni vəhşiliyi haqqında da, Azərbaycan xalqının qurmaq-yaratmaq əzmi haqqında da geniş informasiya almalı, erməni faşizminin dağıdıcı xisləti ilə müqayisədə Azərbaycan xalqının qurucu-yaradıcı təbiəti haqqında daha dolğun məlumata sahib olmalıdır”.   Seymur ƏLİYEV        

Hamısını oxu
Prezident və birinci xanım Bakıda modul tipli hospitalın açılışında

yulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.   AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.   Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.   Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.

Hamısını oxu
Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

Bakı, 1 fevral, AZƏRTAC 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, bu gün Azərbaycan gəncləri öz əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə, vətən sevgisinə görə dünya gəncliyinə nümunə təşkil edir. Bununla bağlı AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də, dövlətimizin başçısı İlham Əliyev də hər zaman Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə, qəhrəmanlıq potensialına inanıb, bunu çıxışlarında dönə-dönə vurğulayıblar. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin necə böyük iradə və əzmə, cəsarət və fədakarlığa malik olduğunu təsdiqlədi. Azərbaycan gəncliyi Vətən müharibəsindəki qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi. Gənclərimizin mübarizə əzmini, vətənə sevgisi və bağlılığını alqışladığını vurğulayan polkovnik deyib: “Bu gün biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə geniş iş aparır, nəsillər arasında sağlam mənəvi bağlılığın formalaşmasına xüsusi diqqət yetiririk. Təşkilatımızın sıraları gənc veteranlar hesabına sürətlə genişlənməkdədir. Orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər keçirir, onların milli tariximizə, soykökümüzə, zəngin mənəvi dəyərlərimizə bağlı şəkildə inkişafına xüsusi diqqət göstəririk. İnanıram ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar, əsl Vətən sevgisi nümayiş etdirən gənclərimiz bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, respublikamızın inkişafına, onun gücünün və nüfuzunun daha da yüksəlməsinə töhfəsini bundan sonra da verəcək”.

Hamısını oxu