Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatı İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək. 

Allah rəhmət eləsin!

2026-09-08 11:37:00
519 baxış

Digər xəbərlər

Şəhid Məqsəd Həsənovun anım günü qeyd olunub

7 oktyabr 2026-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhid Həsənov Məqsəd Mahir oğlunun anım günün qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam Veteranlar Təşkilatının üzvüləri, şəhid ailələri, qazilər, 1-ci və 2-ci Baharlı qəsəbələrindəki məktəblərin şagird-müəllim kollektivi, Ağdam məscidinin axundu və s. iştirak edib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi ugrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən natiqlə şəhid Məqsəd Həsənovun döyüş yolundan danışıb, onun qəhrəmanlıqlarından bəhs ediblər. Tədbirin sonunda Ağdam məscidinin axundu tərəfindən şəhidlərin ruhuna ayələr oxunub, dualar səsləndirilib.

Hamısını oxu
Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək. Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.

Hamısını oxu
Azərbaycan şəhidlərini andı

Azərbaycan xalqı Vətən Müharibəsində həyatlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu münasibətlə bütün ölkə ərazisində hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib. Allah şəhidlərimizə rəhmət eləsin!   12:00 Azərbaycan canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Anım Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı çərçivəsində baş tutur. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixindəki misilsiz yerini bir daha təsbit edən bir sıra sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edildiyi gün – noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq. Bundan başqa, Prezident İlham Əliyev Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq. Xatırlatmaq yerinə düşər ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib. Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılarımıza şəfa versin! Zəfər onların əsəridir!

Hamısını oxu
Dövlətçiliyimizin keşiyində keçən ömür!

Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi  sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin 95 yaşı tamam olur.  Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət  yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb.  Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub.  Orta təhsili  1946-cı ildə Zaqatala şəhərində  qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib. 1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi,  1973-cü ildə komitə sədrinin müavini,  1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub. 1977-ci ildə general-mayor, 1984-cü ildə isə  general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir. 1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.  O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum II Fəxri xiyabanda dəfn olunub. Seymur ŞEYDAYEV

Hamısını oxu