Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid hərbçimiz dəfn edilir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir. Axar.az xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

2020-07-13 00:00:00
1020 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.  Şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri, 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır. Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib. Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 18 mart tarixində Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayon mərkəzindən 47 kilometr uzaqlıqda yerləşən ucqar dağ kəndi Musalıya gedib kənd orta məktəbinin direktoru İsrail Quluyevin və veteran müəllim Adıgözəl Nuriyevin  iştirakı ilə şəhid Elşən Niftullayevin ailəsini ziyarət ediblər. Təşkilatın sədri Ədalət Salman şəhid ailəsini Novruz bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik etdikdən sonra şəhidlər haqqında yazdığı kitabı şəhidin ev muzeyinə bağışlayıb. Şəhidin babası Gülağa kişi bu əziz gündə şəhid qapısını açıb ailəsinə baş çəkdikləri üçün Veteranlar Təşkilatının üzvlərinə minnətdarlığını bildirib və onları şəhidin qardaşının aprel ayında keçiriləcək toy şənliyinə dəvət edib. Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin fərmanı ilə  "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 mart  2022-cu il tarixdə    Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin   baş  mütəxəssisi Nəbi Hacıyev Sabunçu rayonunda  keçirilən tədbirdə iştirak edib.  Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə Birinci Qarabağ müharibəsi veteranları, 44 günlük Vətən müharibəsinin  iştirakçıları, əmək veteranları iştirak edib.   Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. O qonaqları tədbir iştirakçılarına təqdim edib və daha sonra torpaqlarımızın  toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədsbirdə çıxış edən Şükür Həsənov, veteranlar Kamil Ağazadə, Süleyman Bədəlov, Nizami Abbasov,  Zülfüqar Cəfərov  ermənilərin    xalqımıza qarşı  törətdikləri cinayətlərdən danışıblar.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş  mütəxəssisi Nəbi Hacıyev Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarna çatdırıb, Mart soyqırımından, bu soyqırımının miqyas və mahiyyətindən ətraflı bəhs edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

Bakı, 18 yanvar, AZƏRTAC Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıblar. AZƏRTAC məktubu təqdim edir: “Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes. Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen. Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları, ictimai fəallar Sizə 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı ilə təltif olunmuş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovla əlaqədar müraciət edirik. Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlikdir. Sizdən bu qara ləkəni təmizləməyi, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmağı, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş edirik. Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü qeyd edir, cəllad Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçov Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini şəxsən verib və kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır. Bu cinayətin qanlı izi silinməzdir. 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib. 20 Yanvar qırğını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq, müstəqillik mübarizəsinin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayətidir. Bu kütləvi qırğın sovet hakimiyyətinə qarşı 1956-cı il Macarıstandakı, 1968-ci il Çexoslovakiyadakı qanlı hadisələrlə eyni sırada dayanır. Böyük ağrı hissi ilə deyə bilərik ki, məhz bu qırğından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır. Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib. Mixail Qorbaçovun əmri ilə törədilmiş bu dəhşətli cinayət Azərbaycan xalqının əzmini qıra bilmədi, bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Nobel qardaşları Azərbaycan tarixində müstəsna iz buraxıb. Lakin təəssüf edirik ki, həyatının ən vacib hissələri Bakıdakı uğurları ilə sıx bağlı olan Nobelin arzusu olan mükafatlar Azərbaycan xalqının qanını axıtmış Mixail Qorbaçova verilib. Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var. Biz ümid edirik ki, siz Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz. Hörmətlə, Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Eldar Quliyev - Azərbaycan Ağsaqqallar Şurasının sədri Novruzəli Aslanov - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Əmir Əliyev - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri Cəlil Xəlilov - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Dilqəm Əhməd - “Çapar - Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri 20 Yanvar şəhidi Mirzə Qəniyevin ailə üzvü Gülarə Məmmədova 20 Yanvar şəhidi Allahyar Nəsibovun ailə üzvü Nurayə Сəfərova 20 Yanvar şəhidi İlqar Kərimovun ailə üzvü Lətifə Kərimova 20 Yanvar şəhidi Nurəddin Ağahüseynovun ailə üzvü Şirnayə Axundova 20 Yanvar şəhidi Azad Rzayevin ailə üzvü Dilarə Rzayeva 20 Yanvar şəhidi Bəxtiyar Hüseynovun ailə üzvü Nənəbəyim Quliyeva 20 Yanvar şəhidi Elçin İmanovun ailə üzvü Beydulla İmanov 20 Yanvar şəhidi Yanvar Nəsirovun ailə üzvü Almara Nəbiyeva 20 Yanvar şəhidi İbiş Məmmədovun ailə üzvü Zəri Babayeva 20 Yanvar şəhidi Rasim Muxtarovun ailə üzvü Firəngiz Muxtarova 20 Yanvar şəhidi Asif Əsədullayevin ailə üzvü Rəfiqə Əsədullayeva 20 Yanvar şəhidi Məmmədəli İsmayılovun ailə üzvü İsmayılov İsmayıl 20 Yanvar şəhidi Oqtay Kərimovun ailə üzvü Minarə Kərimova 20 Yanvar şəhidi Ağamehdi İbadzadənin ailə üzvü Sona İbadzadə 20 Yanvar şəhidi Mehman Həsənovun ailə üzvü Səmayə Musayeva 20 Yanvar şəhidi Zahir Nuriyevin ailə üzvü Validə Nuriyeva 20 Yanvar şəhidi Yusif Sadıqovun ailə üzvü Kəhriz Sadıqova 20 Yanvar şəhidi Taryel Abduyevin ailə üzvü Məlahət Əliyeva 20 Yanvar şəhidi Tofiq Novruzovun ailə üzvü Səidə Mehdiyeva 20 Yanvar şəhidi Yusif Qasımovun ailə üzvü Reyhanə Meşkinçapaqani 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun ailə üzvü Şövkət Xanməmmədova 20 Yanvar şəhidi Fuad Mövludovun ailə üzvü Dilarə Mövludova 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin ailə üzvü Oktay Novruzbəyli 20 Yanvar şəhidi Anar Məmmədovun ailə üzvü Vilen Məmmədov 20 Yanvar şəhidi Nüsrət Yaqubovun ailə üzvü Dilşad Əskərova 20 Yanvar şəhidi İsfəndiyar Zülalovun ailə üzvü Təranə Zülalova 20 Yanvar şəhidi Tenqız Turabovun ailə üzvü Şirmayı Turabova 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin ailə üzvü Zərifə Ağaverdiyeva 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun ailə üzvü Gülüş Mursaqulova 20 Yanvar şəhidi Firuz Cabbarovun ailə üzvü Rəfiqə Cabbarova 20 Yanvar şəhidi Sahib Həsənovun ailə üzvü Ruhəngiz Həsənova 20 Yanvar şəhidi Rövşən Rüstəmovun ailə üzvü Ziyafət Rüstəmova 20 Yanvar şəhidi Mircamal Əbülfətovun ailə üzvü Rəna Əbülfətova 20 Yanvar şəhidi Bayram Əliyevin ailə üzvü Zahirə Əlıyeva 20 Yanvar şəhidi Vaqif Mirzəyevin ailə üzvü Mehparə Mirzəyeva 20 Yanvar şəhidi Rəşid İsmayılovun ailə üzvü Elmira İsmayılova 20 Yanvar şəhidi Baba Xammədovun ailə üzvü Şərqiyyə Babazadə 20 Yanvar şəhidi Zabulla Əliyevin ailə üzvü Ümsələmə Əliyeva 20 Yanvar şəhidi Rahim Babayevin ailə üzvü Yaqut Quliyeva 20 Yanvar şəhidi İsabala Bayramovun ailə üzvü Nəzirə Bayramova 20 Yanvar şəhidi İlqar İbrahimovun ailə üzvü Yekaterina İbrahimova 20 Yanvar şəhidi Zahid Abdullayevin ailə üzvü Zeynəb Abdullayeva 20 Yanvar şəhidi Baloğlan Bağırovun ailə üzvü Aybəniz Bağırova 20 Yanvar şəhidi Zahid Əliyevin ailə üzvü Roza Bağırova 20 Yanvar şəhidi Anagəldi Durdiyevin ailə üzvü Mənsurə Qəhrəmanova 20 Yanvar şəhidi Səxavət Məmmədovun ailə üzvü Şəhla Məmmədova 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin ailə üzvü Kifayət Bünyadzadə 20 Yanvar şəhidi Faiq Əlizadənin ailə üzvü Kəmalə Əlizadə 20 Yanvar şəhidi Musa Adilovun ailə üzvü Xatirə Adilova 20 Yanvar veteran Sultan Əzimzadə 20 Yanvar veteran Eyşan İskəndərov 20 Yanvar veteranı İmran İskəndərzadə 20 Yanvar veteranı Mübariz İsmayılov 20 Yanvar veteranı Şahin İmaməliyev 20 Yanvar veteranı Bafadar İbrahimli 20 Yanvar veteranı Salman Əhədli 20 Yanvar veteranı Rövşən Cahangirov 20 Yanvar veteranı Akif Nəsirov 20 Yanvar veteranı Asif İbrahimov 20 Yanvar veteranı Soltan Abbasov 20 Yanvar veteranı Gülağa Şərifzadə 20 Yanvar veteranı Samir Piriyev 20 Yanvar veteranı Emil Əlayi 20 Yanvar veteran Tahir Fətullayev 20 Yanvar veteranı Valeh Hüseynov 20 Yanvar veteranı Rövşən Abbasov 20 Yanvar veteranı Səttar Bədəlov 20 Yanvar veteranı Şakir Azadəliyev 20 Yanvar veteranı Sadiq Quluzadə 20 Yanvar veteranı Fəridə Muradova 20 Yanvar veteranı Əsəd Əsədzadə 20 Yanvar veteranı Vaqif Namazov 20 Yanvar veteranı Asim Hüseynov 20 Yanvar veteranı Ramiz Hüseynov 20 Yanvar veteranı Abdulla Ağazadə 20 Yanvar veteranı Hüseyn Məmmədov”.

Hamısını oxu