Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“Vahid geyim forması ilə bağlı etirazların zorakı formada əksi yolverilməzdir”

Səmyar Abdullayev: “Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə bilməz”

Məlum olduğu kimi, “Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarlarının icrası Türkiyənin sosial media platformalarında bir qrup şəxs tərəfindən sərt tənqid olunmaqdadır. Azərbaycan Respublikasının daxili işi olan bu addıma anti-islami don geyindirməyə çalışan bu şəxslər ölkəmizi sionist siyasətinin təbliğatçısı kimi təqdim etməkdə, dövlətimiz haqqında ağlasığmaz yalanlar səsləndirməkdədir.

Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməyə çalışdıq:

-Səmyar bəy, Azərbaycanın təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarların icrası qardaş Türkiyədə bir qrup şəxs tərəfindən etirazla qarşılanıb. Sosial media platformalarında ölkəmizə qarşı təhqirlər yağdıran sözügedən şəxslərin absurd ittihamları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilərmi?

-Hər şeydən öncə qeyd edim ki, Türkiyənin sosial media platformalarında anti-Azərbaycan kampaniyasının aparılması təəssüf doğuran bir haldır və bu hal haqlı olaraq hər bir azərbaycanlını məyus edir. Təbii ki, həmin kampaniya çərçivəsində dövlətimizlə bağlı səslənən fikirlər, irəli sürülən ittihamlar absurddur və həqiqəti əks etdirmir. Azərbaycan öz milli-mənəvi dəyələrinə sahib çıxan dünyəvi bir dövlətdir və təhsil müəssisələrində vahid geyim formasının tətbiqi qərarı dövlətimizin daxili işidir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə müdaxiəl etməyib və bundan sonra da belə bir niyyəti yoxdur. Türkiyənin sosial media platformalarında ölkəmizlə bağlı məsələlərin təhqir və dezinformasiya fonunda müzakirəsi

Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu da həm beynəlxalq qanunlar, həm də əxlaq və mənəviyyatla təzad təşkil edir.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu münasibətlər sağlam, dərin və səmimidir. Hesab edirəm ki, heç bir təxribat, heç bir təbliğat bu müasibətlərə xələl gətirə bilməz. Lakin bununla belə Türkiyə tərəfinin anti-Azərbaycan kampaniyasına “dur” deməsi vacibdir. Çünki bu kampaniya Azərbaycanı maraq və mənafeyi ilə yanaşı, həm də Türkiyənin özünün maraq və mənafeyinə ziddir.

-Səmyar bəy, nə qədər arzuedilməz olsa da Türkiyə hakimiyyətində, parlamentində də Azərbayca əleyhinə bu kampaniyada iştirak edən şəxslərə rast gəlinir. Həmin şəxslər barəsində nə demək istərdiniz?

-Təəssüf hissi ilə etiraf etməliyik ki, həqiqətən də qeyd etdiyiniz hallara ara-sıra da olsa rast gəlmək mümkündür. Buna nümunə olaraq Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikriləri nümunə gətirmək olar.

Aydındır ki, Türkiyənin sosial media platformalarında aparılan anti-Azərbaycan kampaniyasına qardaş Türkiyənin az sayda da olsa rəsmi şəxslərinin qoşulması bizi məyus edir. Bu, xalqımızın məlum tendensiya ilə bağlı narahatlığını da artırır. Hesab edirəm ki, Türkiyə hökuməti bu cür halların qarşısını almaq üçün ciddi addımlar atmalı, ən azından bu kampaniyada rəsmi şəxslərin iştirakına sədd çəkməlidir. Çünki baş verənlər mahiyyət etibarı ilə Azərbaycan və Türkiyənin timsalında iki qardaş arasında nifaq salmaq, türk dünyasının birlik və həmrəyliyini pozmağa hesablanıb. Odur ki, bu cür hallara qarşı bütün türk dünyasının həssaslıqla yanaşması, ümüumtürk maraqlarından çıxş etməsi vacibdir.

-Vahid geyim formasının tətbiqi məsələsinə Azərbaycanda da fərqli aspektdən yanaşanlar, hətta məktəblərə hücum edənlər, zorakılıq sərgiləyənlər oldu...

-Haqlısınız.

Nə qədər arzuedilməz olsa da, biz ötən gün ərzində bu cür hallara şahid olduq. Bu məsələ ilə bağlı öncə onu qeyd edək ki, məktəb hamımız üçün müqəddəs bir məkandır. Hər birimiz elmə, biliyə məhz məktəb vasitəsilə nail olmuşuq. Bu məktəbləri inşa edən, bizə həmin məktəblər vasitəsilə  təhsil verən isə dövlətimiz olub. Bu baxımdan məktəbə hücum etmək, onu yandırmağa, dağıtmağa cəhd etmək hər şeydən öncə nankorluqdur. Bu, eyni zamanda zorakılıq kampaniyasında iştirak edən şəxslərin nə qədər dar, məhdud düşüncəyə malik olduğundan xəbər verir.

Ümumiyyətlə, hər bir vətəndaş anlamalıdır ki, istənilən bir məsələ ilə bağlı mövqeyini mədəni, sivil qaydada, qanunun müəyyən etdiyi üsul və vasitələrlə ortaya qoymalıdır. Məktəbə hücum etmək, onun qapısını, pəncərəsini qırmaq çıxış yolu deyil və bu ancaq həmin şəxslər üçün məsuliyyət yaradır.

-Səmyar bəy, bəzi millət vəkilləri, politoloqlar iddia edir ki, ölkəmizdə vahid geyim formasının tətbiqi ilə bağlı etirazları koordinasiya edən, prosesləri qızışdırmağa çalışan kənar güclər mövcuddur. Bu ehtimalı nə dərəcədə real hesab edirsiniz?

-Hələlik əlimizdə bununla bağlı konkret bir sübut olmasa da, belə bir ehtimalın reallıq əmsalı böyükdür. Bu gün Azərbaycanın ətrafında, eləcə də regionda və dünyada gedən proseslərə baxsanız görərsiniz ki, bütün dünya müharibə və münaqişələrdəm, terror və qarşıdurmalardan əziyyət çəkir. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində bütün bu konfiliktlərdən kənardadır. Azərbaycanda dinclik, sabitlik, əmin-amanlıq mövcuddur. Təbii ki, Azərbaycandakı bu sabitlk, inkişaf və tərəqqi anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda daxili gərdinlik və qarşıdurma yaratmağa çalışırlar.

Odur ki, hər bir Azərbaycan vətəndaşı sayıq olmalı, təxribat və zorakılığa yol verməməlidir.  Azərbaycan qanun və konstitusiya ilə idarə olunan müasir, sivil, dünyəvi bir dövlətdir və öz dövlətçilik modelini bundan sonra da eyni əzmdə qorumaqda qərarlıdır.

-Necə hesab edirsiniz, sizcə indiki gərgin zamanda ziyalıların, QHT təmsilçilərinin, tanınmışların üzərinə hansı missiya düşür? Mövcud gərginliyi azaltmaq, yeni qarşıdurmaları qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Düşünürəm ki, bu gün hər bir ziyalı, elm və mədəniyyət xadimi, QHT təmsilçisi, cəmiyətdə az-çox nüfuz sahibi olan hər kəs məktəblərdə, təhsil müəssisələrində şagird və valideynlərl aktiv iş aparmalı, görüşlər keçirməli, vahid geyim formasının tətbiqinin vacibliyini onlara başa salmalıdır. Vətəndaşlar anlamalıdırlar ki, məlum yenilikdə məqsəd kiminsə dini inancına qəsd etmək, kiminsə hüququnu məhdulaşdırmaq deyil. Məqsəd tədris mühitini yaxşılaşdırmaq, şagirdlərin məsuliyətini artırmaq, nizam-intizamı gücləndirməkdir. Hansı ki, dünyanın bütün qabaqcıl, sivil ölkələrində vahid geyim forması mövcuddur və Azərbaycanda istisna təşkil etmir.  

Azərbaycanda inanclı kəsimin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, dövlətimiz inanclı kəsimin təhsili üçün hər cür şərait yaradıb ki, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin və bu qəbildən olan digər təhsil müəssisələrinin fəaliyyəti buna nümunədir.

Heç kim unutmamalıdır ki, bu gün bizim qarşımızda  dayanan olduqca vacib, həyati məsələlər mövcuddur. Bunlardan ən vacibi təhlükəsizlyimizi gücləndirmək, milli həmrəyliyimizi qoruyub saxlamaqdır. Bu, bizi hər cür təhdid və təhlükədən hifz edə biləcək yeganə vasitədir. Buna görə də hər bir azərbaycanlı dövlətinin, Prezidentinin ətrafında sıx birləşməkdə davam etməli, bütün qanunazidd əməllərə “yox” deməlidir.

Bundan başqa, biz xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz tarixi zəfərin nəticələrindən irəli gələn missiyanı əzmlə davam etdirməli, işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi, “Böyük qayıdış”ın uğurla başa çatdırılması üçün dövlətimizə dəstək verməliyik. Vicdanımızın, dövlətimiz qarşısındakı vətəndaşlıq borcumuzun bizdən tələb etdiyi məhz budur!.

Seymur ƏLİYEV

 

2026-10-13 20:30:00
49 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib.  Xatırladaq ki, Xalq artisti Rasim Balayev“Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. Allah rəhmət eləsin.  

Hamısını oxu
YAP Gənclər Birliyinin sədri gənclərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov paytaxtın Yasamal, Binəqədi, Nərimanov, Xəzər, Qaradağ, Xətai, Sabunçu, Nizami, Səbail, Suraxanı, Nəsimi, Pirallahı rayon təşkilatlarının, o cümlədən Sumqayıt şəhər, Abşeron, Şuşa, Zəngilan və Qubadlı rayon təşkilatlarının fəal gəncləri ilə görüşüb.   Görüşdə Bəxtiyar İslamov YAP Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirdiyi işlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin qarşısına qoyulmuş tapşırıq və hədəflərdən danışan Bəxtiyar İslamov bildirib ki, YAP Gənclər Birliyi yalnız partiyamızın sıralarında təmsil olunan gənclərin deyil, bütün Azərbaycan gənclərinin birliyi olmaq istiqamətində fəaliyyət göstərməyi başlıca məqsəd seçib. Bu istiqamətdə cəmiyyətdə fərqli baxışları olan gəncləri əhatə etməklə onlar arasında kommunikasiya qurmaq üçün ardıcıl tədbirlər keçirilir, bitərəf gənclər layihələrə aktiv şəkildə cəlb olunur. B.İslamov Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən öz milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsinin YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.   Görüşdə qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr müzakirə edilib.   Görüş tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib.  

Hamısını oxu
Türkiyədən DAHA BİR DƏSTƏK: Partiyalar Fransa Senatına qarşı

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb. Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bəyanatda Türkiyə parlamenti və xalqının, Fransanın həm ölkələrinə, həm də Azərbaycana qarşı düşmən addımlarını nəzərə alacağı vurğulanır.

Hamısını oxu
Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı soyqırımının 34-cü illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən  Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir  təşkil ediblər. Xocalı soyqırımının 34-cü il dönümünə həsir edilmş  tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, kollecin direktoru Amalya Sezgin,Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva, İnzibati təsərrüfat şöbəsinin  rəhbəri Elsevər Abbaslı, müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Tədbiri kollecin tələbələri açıb. Tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən filmə baxıblar. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik bildirib ki, Xocalı hadisələri dünyanın ən amansız  soyqırımıdır: “Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri – diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər meyitləri belə təhqir ediblər. Son zamanlar artıq barışığa doğru addımlar atılır. Atılan bütün bu adımlara baxmayaraq, biz faciələrimizi unutmamalıyıq. Bu işdə siz gənclərin üzərinə böyük məsuliyyət düşür. Mən çıxışımın sonunda bir daha  Xocalı soyqırımının qurbanlarına, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Sabir Allahverdiyev də çıxışında Xocalı soyqırımından ətraflı bəhs edib, tələbələrə təhsil həyatında uğurlar arzulayıb. Daha sonra kollecin direktoru Amalya Sezgin çıxış edib. O, qeyd edib ki, vətənpərvərlik tərbiyəsi tələbələr, gənclər üçün vacib amillərdən biridir. Müəllim və tələbə kollektivi adından qonaqlara öz təşəkkürünü bildirən Amalya Sezgin, gələcəkdə də oxşar xarakterli tədbirlərin keçiriləcəyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilb.  

Hamısını oxu