Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Veteran.gov.az xəbər verir ki, 28 oktyabr 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında veteranlarla görüşüb. Görüşdə veteranlar, şəhər ziyalıları, dövlət qurumlarının nümayəndələri və s. iştirak edib.

Görüşdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranların ölkəmizin ictimai həyatındakı rolundan bəhs edib, Prezident İlham Əliyevin tövsiyyə və çağırışlarının veteranlar tərəfindən hər zaman qətiyyətlə dəstəkləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ilk öncə 8 Noyabr zəfərinə, bu zəfərin tarixi əhəmiyyətinə toxunub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb:

“Heç kimə sirr deyil ki, 8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qalibiyyətidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub.

44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq.

Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur”.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından, bu çıxışdan irəli gələn vəzifələrdən danışıb. Prezident İlham Əliyevin 2020-ci ilə qədər qurucu lider kimi tanındığını bildirən Eldar İsmayılov, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın xilaskar liderə çevrildiyini vurğulayıb.

YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışına, bu çıxışdakı əsas müddəalara diqqət çəkib. Dövlət başçısının qurultaydakı çıxışı ilə bağlı Sumqayıtda da çoxsaylı tədbir və görüşlərin keçirildiyini bildirən Ramiz Hüseynov, Müzəffər Ali Baş Komandanın çıxışının dövlət siyasətimizin strateji istiqamətlərini müəyyənləşdirdiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev Qurultayla bağlı ictimai münasibətlər mövzusunda çıxış edib, eyni zamanda, dövlətimizə qarşı kənar güclər tərəfindən həyat keçirilən təxribatların Azərbaycan xalqı və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə dəf edildiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Qurultay nümayəndəsi kimi dövlət başçısının nitqindən irəli gələn məsələlərə toxunub, həmçinin, ideoloji təhlükəsizliyin önəmindən bəhs edib. Fərman Kazımov qeyd edib ki, son aylar bəzi kənar qüvvələrin ölkəmizə təzyiq göstərmək cəhdləri ideoloji təhlükəsizliyin nə qədər önəmli olduğunu bir daha ortaya qoymuş oldu.

Maraqlı çıxış və müzakirələr şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Seymur ƏLİYEV

2026-10-28 16:26:00
52 baxış

Digər xəbərlər

"Dayaq" Təşkilatından Qazi Şirinov Ramin Şahin oğluna etimad...

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib   Veteran.gov.az xəbər verir ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. "Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik! Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi 44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

Hamısını oxu
Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.  

Hamısını oxu
Sabirabadlı veteranlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib

Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər. Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb. Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olundu

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 15 yanvar 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil  ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən şəhid   Rövşən Nəsirov adına 111 saylı tam orta ümumtəhsil  məktəbində baş tutub. 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 20 Yanvar faciəsi ilə bağlı maraqlı faktlara toxunub. O, qeyd edib ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də  şərəfli bir səhifədir. Adil Haqverdiyev 20 Yanvar faciəsinin canlı şahidi kimi gördüyü dəhşətli hadisələr haqqında da tədbir iştirakçılarına məlumat verib. Daha sonra Nəbi Hacıyev və Validə Vəliyeva çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                                         

Hamısını oxu