Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

8 Noyabr – Zəfər Günü ərəfəsində qazilərlə görüş keçirilib...

4 noyabr 2026-cı il tarixində Quba şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə qazilərlə görüş təşkil olunub. Məktəbin sosial şəbəkə hesabında yer alan məlumata görə, görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Quba rayon şöbəsinin sədri Bədirov Ruslan Şıxniyaz oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Zahirov Mail Füzuli oğlu iştirak ediblər.

Qonaqlar şagirdlərlə Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, Zəfərə aparan şərəfli döyüş yolu və qazilərimizin keçdiyi mübarizə yolu haqqında söhbət aparıblar. Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələrindən bəhs edərək gənc nəslə vətənpərvərlik, milli birlik və dövlətçilik dəyərlərinin əhəmiyyətini çatdırıblar.

Şagirdlər qonaqları maraqlandıran suallar ünvanlayıb, onların fikirlərini böyük maraqla dinləyiblər.

Belə görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, qəhrəmanlarımızı tanıtmaq və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

Qəhrəmanlarımızla fəxr edirik! Zəfərimiz əbədi olsun!

 

2026-11-05 18:54:00
35 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə onlayn konfrans keçirilib

Bu gün faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman İdarəsi və Sabirabad Rayon Veteranlar Təşkilatı tərəfindən  onlayn konfrans keçirib.   Tədbirdə adıçəkilən qurumların rəhbərləri ilə yanaşı, bir sıra təşkilatların nümayəndələri, habelə Böyük Vətən Müharibəsi veteranlarının övladları, Qarabağ müharibəsi veteranları və s iştirak edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, xalqımızın faşizmə qarşı mübarizəsindən danışıb, bu mübarizədəki fədakarlığına diqqət çəkib.   Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova, Qarabağ müharibəsi qazisi Rəhman Bağırov da faşizmə qarşı mübarizəni Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidmət

Hamısını oxu
Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir Bakı, 7 fevral, AZƏRTAC Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir. Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”. Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib. “Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər. Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir. Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

Hamısını oxu
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Hamısını oxu