Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Milli-mənəvi dəyərlərimizin keşiyində dayanmaq hər bir azərbycanlının vicdan və vətəndaşlıq borcudur”

“Milli-mənəvi dəyərlərimizin keşiyində dayanmaq, bu dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir azərbycanlının vicdan və  vətəndaşlıq borcudur. Hər kəs bu prosesdə yaxından iştirak etməli, milli-mənəvi dəyərlərimizin müdafiəsində əlindən gələni əsirgəməməlidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezidentin Zəfər Günü münasibətilə xalqa müraciətində milli-mənəvi dəyərlərimizin önəmi ilə bağlı səsləndirdiyi fikirlər bu dəyərlərin ümummilli əhəmiyyətinə ən bariz nümunədir:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət etdi, Azərbaycan xalqına müraciət ünvanladı. Müraciətində yaxın tariximizdə baş verən hadisələrə diqqət çəkən dövlət başçısı, dövlətimizin və xalqımızın əldə etdiyi tarixi uğurların önəmini vurğuladı. Eyni zamanda, ölkə başçısı qeyd etdi ki, Azərbaycan xalqı bu uğurları mill-mənəvi dəyərləri hesabına əldə edib.

Milli-mənəvi dəyərləri qorumağın vacibliyinə toxunan Prezident İlham Əliyev, Azərbaycan dövlətinin məhz bu təməllər üzərində qurulduğunu bildirib. Cənab Prezident milli-mənəvi dəyərlərin qorunmasının, bu dəyərlərin ən müqəddəs əmanət kimi gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Müzəffər Ali Baş Komandanın xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı məlum fikirləri bu dəyərlərin bugünümüz və gələcəyimiz baxımından nə qədər önəmli olduğunu, həyati əhəmiyyət kəsb etdiyini göstərir”.

Təşkilat sədri 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə məhz milli-mənəvi dəyərləri sayəsində qalib gəldiyini vurğulayıb:

“44 günlük Vətən müharibəsində xalqımızın, Silahlı Qüvvələrimizin qalibiyyətini təmin edən ən mühüm amil də məhz milli-mənəvi dəyərlərimiz oldu. Gənclərimizin vətənpərvərlik ruhu, doğma torpağa, bayrağa olan sədaqəti, mübarizə əzmi onların düşmən üzərində parlaq qələbəsini təmin etdi. 8 Noyabr zəfəri bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə bağlıdır və bu dəyərləri öz mövcudluğunun ayrılmaz bir hissəsi hesab edir.

İnanıram ki, xalqımız bundan sonra da öz mənəvi dəyərlərinin keşiyində ayıq-sayıq dayanacaq və milli özünəməxsusluğu sayəsində yeni uğurlar, böyük nailiyyətlər əldə etməkdə davam edəcək”.

Seymur ƏLİYEV

2026-11-11 14:13:00
53 baxış

Digər xəbərlər

Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi yad edilib

  Veteran.gov.az xəbər verir ki, 3 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyevin şəhadət günü münasibətilə rayon ərazisində ucaldılmış xatirə lövhəsi ziyarət edilmiş, gül əklikləri qoyulmuşdur.   Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.   Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.   Sevindirici haldır ki, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuz Qubadlı şəhərini işğaldan azad edib.   Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Xankəndi, 7 fevral, AZƏRTAC Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Hamısını oxu
Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub

 Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.   Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına  orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib.   Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər.   Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının dövlətimizin inkişafına verdiyi tövhələr danılmazdır

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov 29 oktyabr 2019-cu il tarixində bir qrup fəal veteranla görüş keçirib. Görüşdə İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubileyinə hazırlıq, respublikamızda sabitliyin pozulmasına yönəlmiş uğursuz cəhdlərin qarşısının alınmasında vətəndaş həmrəyliyi, təşkilat tərəfindən həyata keçirilən tədbirlər və gündəlikdə duran digər məslələr müzakirə edilib. Çıxış edən general-polkovnik Tofiq Ağahüseynov respublikamızda həyata keçirilən quruculuq işlərindən, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə atılan addımlardan, ordumuzun gündən günə artan qüdrətindən və siyasi meydanda Ermənistanın məğlubiyyətindən danışdı. “Son günlərdə sabitliyin pozulmasına  yönəlmiş hərəkətlər sabitliyimizə qarşı törədilmiş təhdiddir. Bu cür mənfi halların tez bir zamanda qarşısının alınması göstərdiki Azərbaycan xalqı dövlətinin yanındadır. Hər zaman olduğu kimi bu dəfədə xalq- hakimiyyət birliyi sübut olundu”. Təşkilatın sədri Qələbənin 75 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı tapşırıqlar verdi, yerli icra hakimiyyəti orqanları və digər dövlət qrumları ilə bu məsələlərdə yaxından əməkdaşlıq etməyin vacibliyi vurğulandı.  Görüşdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Respublikamızda həyata keçirilən sosial iqtisadi islahatlardan, beynəlxalq aləmdə artan nüfuzundan və siyasi arenada əldə olunan növbəti qələbələrdən danışdı. Respublikanın inkişafına veeteranların verdiyi tövhələrdən, xüsusən də gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində veteranların fəaliyyətindən danışdı. Təşkilatın işinin növbəti mərhələ üçün aktual problemlərinə diqqət çəkdi.  işlərinin yüksək səviyyədə davam etdiriləcəyinə inam ifadə etdi. Daha sonra veteranları maraqlandıran suallar cavablandırıldı. Respublikamızda veteranların gənclərin vətənpərvərlik tərbiyəsində rolunun daha da artacağı bildirildi.  Təşkilatı işlər müzakirə edildi.

Hamısını oxu