Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.
 
 
 
ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.
 
 
 
Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

2020-04-07 00:00:00
2527 baxış

Digər xəbərlər

Şirvan şəhərində veteranlarla görüş keçirilib

9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar. Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkivnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər. Öncə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ uğrunda gedən döyüşlərdə Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində Şirvan şəhərində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun şəhərin İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanın büstü qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq ailələrinin yaşadıqları ərazidə, təhsil aldıqları məktəblərdə xatirə lövhələri ucaldılıb, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilmiş, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi inşa edilib. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində dövlət başçısı ətrafında dəmir yumruq kimi birəşdiyini bildirən polkovnik Cəlil Xəlilov, bu gün də milli maraqların müdafiəsi, ölkəmizin çiçəklənməsi baxımından dövlətimizin ətrafında sıx birləşməyin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, gənc nəslin nümayəndələri, o cümlədən qazi və veteranlar milli maraqların müdafiəsində yaxından iştirak etməli, Prezident İlham Əliyevin tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib. Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, hörmətli polkovnik Cəlil Xəlilova Fəxri Fərman təqdim edib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.  

Hamısını oxu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Bakı nefti qələbənin açarı

“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib. Z.Səmədzadə kitabın Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gətirildiyini deyib. Bildirib ki, kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)” və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır.   Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov deyib ki, Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin əməyi kitabda öz əksini tapır. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft tarixindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan danışıb. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Fəzail İbrahimli, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər. Respublika Veteranlar Təşkilatının sədr müavini e.o polkovnik Cəlil Xəlilov tədbirdə çıxış etmişdir. O, kitabı Azərbaycan tarixinin işıqlandırılması baxmında yüksək dəyərləndirdi. Daha sonra Cəlil Xəlilov çıxışında qeyd etdi: “Bu gün təqdimatı keçirilən “Bakı nefti qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabı Azərbaycanın və onun xalqının İkinci Dünya Müharibəsində faşizm üzərində böyük qələbənin əldə olunmasında iştirakının bir sıra mühüm məqamlarına işıq salır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, görkəmli akademik Ziyad Səmədzadənin rəhbərliyi altında ərsəyə gəlmiş bu kitab ümumiyyətlə, neft amilinin dünya siyasətində, bu və digər ölkələrdə hakimiyyət uğrunda mübarizələrdə oynadığı rolun üzə çıxarılması baxımından da olduqca əhəmiyyətlidir. Bu mənada Bakı neftinin bir əsrdən artıq müddətdə Azərbaycanın və ümumən regionun taleyinin müəyyənləşməsinə ciddi təsirləri tədqiqat süzgəcindən keçirilmiş, böyük dövlətlərin neft siyasətinin nəticələri təhlil edilmişdir. Əlbəttə, başlıca diqqət Bakı neftinin 1941-1945-ci illərdə müharibənin gedişinə göstərdiyi təsirə yönəldilmiş, haqlı olaraq faşizm üzərində böyük qələbədə onun əvəzolunmaz rolu tarixi faktların dili ilə çatdırılmışdır. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində faşizmin məğlub edilməsinə həqiqətən də böyük töhfələr vermişdir. Bu barədə kifayət qədər yazılmış, deyilmiş, sənədli və bədii filmlər çəkilmişdir. Ancaq bu elə zəngin və əhatəli mövzudur ki, nə qədər araşdırılsa, yazılsa, çəkilsə də bitib-tükənən deyil. Qələbənin 70 illiyi münasibəti ilə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş və nümaişi baş tutmuş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film bunu bir daha sübuta yetirdi. Film qeyd edilən sahədə indiyədək az məlum olan həqiqətləri üzə çıxarmaqla hələ neçə illər sonra da bu mövzunun öz aktuallığını saxlayacağını göstərdi. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində təkcə cəbhəyə yola saldığı 720 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. 300 mindən çox soydaşımızın o cümlədən partizan hərəkatlarının apardığı qanlı döyüşlərdə həlak olmaları, minlərlə azərbaycanlının qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, cəbhəyə yola salınan neçə adda silah və sənaye məhsulları, min tonlarla ərzaq, paltar karvanları, ökə hospitallarında cəbhədə yaralanmış 440 min nəfərin müalicəsinin təşkil və s. onlarla digər faktlar Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə xalqların birgə nailiyyətinə verdiyi töhfələrdir. Tarix bunları unuda bilməz və bu gün bizlərə təqdim olunan kitabın başlıca missiyası da budur: tarixin yaşadılması, həqiqətlərin uca səslə bəyan olunması. Bizim buna hazırda daha böyük haqqımız çatır. Çünki, faşizmin məğlub olmasına böyük qurmanlar və əvəzsiz töhfələr vermiş bir xalq bu gün özü alman faşizmindən daha amansız olan ermənin faşizminion təcavüzünə məruz qalıb. Bu gün 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan tərəfi özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Hətta bunula da qalmır, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dronun, Qaregin Njdenin bəraətinə çalışır. Ötən il Təşkilatımız Azərbaycan veteranları, ümumən cəmiyyəti adından bu cinayətləri birmənalı şəkildə qınayan və rədd edən, ermənilərin faşızmi dirçəltmək, onun əil qana batmış nümayəndələrinə bəraət qazandırmaq cəhdlərinin ifşasına biganə qalmamağa səsləyən müraciət hazırlayaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq təşkilatlara göndərdik. Müraciətimizə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət rasmilərindən, parlament üzvlərindən, ictimaiyyət nümayəndələrindən və s ünvanlardan cavablar aldıq. Həmin müraciətin mətnini əməkdaşlarımız xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə də səsləndidilər. Ancaq təbii ki, bütün bunlar erməni faşizminin ifşasına yönəlmiş ardıcıl fəaliyyətimizin yalnız bir hissəsidir. Bu fəaliyyət torpaqlarımız işğal altından azad ediləcəyi gününə qədər  daim gücləndirilərək aparılmalıdır. Bu məqsədlə möhtərəm Prezident Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Ötən ilin aprelində cəbhə xəttində baş verən hadisələr Azərbaycanın güclü orduya malik olduğunu, qəhrəman Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha sübut etdi. Vaxtınızı çox da almadan onu da qeyd etmək istərdim ki, gənclərin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində apardığımız işin səmərəin daim yüksəltməyə çalışmağımızın əsasını da məhz onların hər an Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə hazır olmalarıdır. Təqdimatına toplaşdığımız kitabın bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirlərdə geniş istifadəsinə görə də biz onu ərsəyə gətirənlərə, xüsusilə hörmətli Ziyad müəllimə çox sağ olun deyir və yeni elmi yaradıcılıq uğurları arzulayırıq”. Kitabın təqdimetmə mərasimi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində sərgi də təşkil olunub. Sərginin “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərində ümummilli lider Heydər Əliyevin veteranlarla görüşləri, onlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə və imzaladığı sənədlərdə öz əksini tapır. “Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stenddə Bakı neftinin dünya siyasətində və Sovet dövlətinin bu müharibədə qələbə qazanmasında danılmaz rolu dövrün ayrı-ayrı siyasətçilərinin fikirlərində yer alır.

Hamısını oxu
callber

Hamısını oxu