Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 10-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının qərərgahınıda rayon ziyalıları və ağsaqqalları ilə görüş keçirdi. Əvvəlcə bir qrup rayon ağsaqqalları,ziyalıları və şəhid ailəsi nümayəndələrilə Balakən şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, abidənin önünə gül dəstələri qoyuldu.Sonra şəhidlər xiyabanı ziyarət olunaraq Şəhidlərin ruhuna dualar oxunub,xatirə kompleksinin qarşısına gül dəstəsi qoyuldu. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.Çıxışçılardan rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev,təşviqat qrupunun üzvləri Rəşid Musayev,Şüyöb Mikayılov,iştirakçılardan Ömər müəllim və digərləri cənab Prezidentin də etimad göstərdiyi 110 saylı Balakən dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin layiqli,rayonumuzu yetərincə təmsil edəcək qabiliyyətli,təcrübəli kadr olduğunu və ona dəstək olacaqlarını,səs verəcəklərini bildirdilər.Digərlərini də YAP-ın namizədinə səs verməyə çağırdılar. Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Azərbaycanın uğurlarından bəhs edən deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib. Namizəd Nəsib Məhəməliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Öz növbəsində çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Sonda xatirə şəkil çəkildi. Mənbə: “Yeni Balakən”
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Mingəçevir şəhər Veteranlar Təşkilatının sədri Ələm Rza oğlu Məmmədovun vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!
Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova, Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy, Azerbaycandan xüsusi dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva, Azərbaycan, Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə maddi, mənəvi dəstəklərinə görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən şəxslərin diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.
Hamısını oxu
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV
Hamısını oxu