Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan

Prezident: Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.
İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.

2020-07-17 00:00:00
3784 baxış

Digər xəbərlər

Ulu Öndər Heydər Əliyev - Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”. Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirib. Məqalə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri  

Hamısını oxu
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu
Vətənlə bütövləşən, dövlətin təhlükəsizliyinə, xalqın rifahına həsr olunan ömür...

Həyatda elə insanlar var ki, onların bütün ömrü, həyat və fəaliyyəti dövlətin təhlükəsizliyinin, onun suverenliyinin, rifah və səadətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Onlar sanki dünyaya bu missiya ilə gəlir, sona qədər bu ilahi missiyaya sadiq qalırlar. Bu qəbildən olan vətənpərvərlərdən biri də həyatının önəmli bir qismini Azərbaycanın sərhəd təhlükəsizliyinin təmininə həsr edən,  bu gün də dövlətimizin bütövlüyünün, sabitlik və tərəqqisinin keşiyində dayanan ehtiyatda olan polkovnik-leytenant, iqtisadçı və iş adamı Əhmədov Maarif Talış oğludur. Naxçıvan Sərhəd Dəstəsindən başlayan xidmət yolu: Vətən sərhədlərinin keşiyində! Maarif Əhmədovun xidmət yolu Naxçıvan Sərhəd Dəstəsindən başlayıb. 1994-cü ildə Naxçıvan Sərhəd Dəstəsində xidmətə başlayan Maarif Əhmədov, qısa zamanda sərhədçi peşəsinin incəliklərini dərindən öyrənməyə, komandanlığın rəğbətini qazanmağa nail olur. Qeyd edək ki, ötən əsrin 90-cı illəri Azərbaycan üçün bütün müstəvilərdə olduğu kimi, sərhəd təhlükəsizli sahəsində də ağır, keşməkeşli illər idi. Belə ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanın sərhəd təhlükəsizliyinin təminatında ciddi çətinliklər meydana çıxmışdı. Sərhədlərin qorunması üçün gərəkli texnika və müşahidə qurğuları çatışmır, ən əsası, bu sahədə ixtisaslaşdırılmış kadrlara ciddi ehtiyac duyulurdu. Yaranmış vəziyyət sərhədlərimizin qorunmasında iştirak edən hər kəsdən ikiqat diqqət və fədakarlıq tələb edirdi. Məhz belə bir zamanda Naxçıvan Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov, verilən tapşırıqları yüksək səviyyədə, əsl peşəkarlıqla yerinə yetirməsi, hər bir məsələyə yaradıcı yanaşması, novatorluq ruhu ilə diqqət çəkirdi. Qısa zaman keçməsinə baxmayaraq, Maarif Əhmədov Naxçıvan Sərhəd Dəstəsində hər kəsin xüsusi ehtiram və hörmət bəslədiyi birinə çevrilmişdi. 1995-ci ildə ölkə daxilində qarışıqlıq və gərginlik yaranan zaman Naxçıvan Sərhəd Dəstəsindən Ulu Öndər Heydər Əliyevin çağırışına səs verən şəxslərdən biri də Maarif Əhmədov oldu. “Azərbaycan Bayrağı” ordenli qəhrəman! 1995-ci ildə ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə, xalqın iradəsinə qarşı baş verən təxribatlar, bu təxribatlar əsnasında yaranan gərginlik və qarşıdurma milli qüvvələrin  birliyini, onların mərkəzi hakimiyyət ətrafında sıx birləşməyini zəruri edirdi. Xaricdəki anti-Azərbaycan qüvvələri baş verənləri böyük maraq və ümidlə gözləyir, daxili qarşıdurmaların Azərbaycanı zəiflədəcəyini, onların da bundan istifadə edərək öz məkrili məqsədlərini həyata keçirəcəyini ümid edirdi. Lakin bədxah qüvvələrin bütün göğzləntilərinə rəğmən Azərbaycan xalqı öz böyük oğlu – Ulu Öndər ətrafında qətiyyətlə birləşərək növbəti dəfə öz iradəsini ortaya qoydu. Nəticədə, daxili qarşıdurmalara son qoyuldu, mərkəzi hakimiyyət daha da möhkəmləndi ki, bu da Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə daha inamla müdafiə etməyə imkan verdi. 1995-ci il olaylarında Ulu Öndəri çağırışına səs verən zabitlərdən  biri də Maarif Əhmədov oldu. Həmin hadisələr zamanı göstərdiyi igidliklərə görə gənc o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Bu, dövlətin öz gənc zabitinə göstərdiyi növbəti böyük etimad, onun qəhrəmanlıqlarına verdiyi növbəti qiymət oldu. Silahlı cinayətkarlarla üz-üzə: Zaqatala-Balakən hadisələri və dövlətimizin tarixi uğuru! Bir müddət Bakı Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov Naxçıvanda olduğu kimi, burada da özünü çalışqan və yaradıcı zabit kimi göstərir, ən çətin tapşırıqların belə öhdəsindən böyük müvəffəqiyyətlə gəlir. 2001-ci ildə Zaqatala-Balakən raonlarında kriminogen vəziyyətin gərginləşməsi silahlı cinayətkarlara qarşı sərt mübarizə tədbirlərinin görülməsini zəruri edirdi. Məhz belə həssas və mürəkkəb bir zamanda Maarif Əhmədov yenidən əldə silah doğma vətənin, onun suverenliyinin və təhlükəsizliyinin keşiyinə qalxdı, cinayətkara qarşı mübarizədə fəal iştirak etdi. Maarif Əhmədov daha sonra xidmətini DSX-nın Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupunda davam etdirir, ölkəmizin dəniz sərhədlərinin toxunulmazlığına böyük töhfələr verir. Daha sonra Dövlət Sərhəd Xidmətinin Baş İdarəsində çalışır. Uzun və səmərəli fəaliyyətinə, habelə, xidmət illərində göstərdiyi igidlik və fədakarlıqlara görə komandanlıq, eləcə də Prezident İlham Əliyev tərəfindən dəfələrlə təltif edilir. O, əməliyyat kurslarında dərs deməklə öz təcrübəsini gənc zabitlərlə bölüşür, onların peşəkarlığının artırılmasında yaxından iştirak edir. Sərhəd toxunulmazlığından iqtisadi maraqlarımızın toxunulmazlığına gedən yol... Maarif Əhmədov Silahlı Qüvvələrdən ehtiyata buraxılandan sonra öz fəaliyyətini iqtisadi sahədə davam etdirməyə başlayır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu kimi həm universitet, həm də xidmət dönəmində əldə etdiyi iqtisadi biliklər, zəngin mütaliə ona bu işdə ciddi uğurlar qazanmağa imkan verir. Qürurvericidir ki, torpaqlarımız erməni işğalından azad ediləndən  sonra bu torpaqların dirçəldilməsi, əkilib-becərilməsində yer alan ilk şəxslərdən biri də məhz Maarif Əhmədov olur. Maarif Əhmədov bu gün də iqtisadi sahədə öz fəaliyyətini uğurla davam etdirməkdə, iqtisdi maraqlarımızın müdafiəsi, milli iqtisadiyyatımızın inkişafı, dövlətimizin iqtisadi müstəvidə daha da güclənməsi istiqamətində əzmlə çalışmaqdadır. İqtisadi müstəvidəki çoxşaxəli fəaliyyəti və bu sahədə əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Maarif Əhmədov qarşıdakı illərdə də respublikamzın iqtisadi tərəqqisinə ciddi töhfələr verəcək, dövlətimizin qarşıya qoyulan iqtisadi hədəflərə çatmasında bundan sonra da mühüm rol oynayacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir

25 may 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış və tədbirin Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 99-cu ildönümünə həsr edildiyini vurğulamışdır: “Sizə də məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedra­sının müdiri, dosent Firdovsiyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və KİV-in nümayəndələri iştirak etmişlər.

Hamısını oxu