Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib. Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib. Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin ad günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı polkovnik Adil Haqverdiyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Adil müəllim! Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq. Sizin ömür yolunuz sadəcə bir insanın həyat tarixçəsi deyil — Azərbaycanın mürəkkəb və şərəfli hərb tarixinin mühüm səhifələrindən biridir. Vətən qarşısında şərəflə xidmət etməyiniz, döyüş meydanlarında göstərdiyiniz mərdlik, yaralansanız da xidməti vəzifənizin icrasını davam etdirməyiniz və bütün bunlardan sonra qazandığınız zəngin təcrübəni gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə həsr etməyiniz böyük ehtiram doğurur. Siz öz həyatınızla bir həqiqəti sübut etmisiniz: Vətənə xidmət yalnız döyüş meydanında silah tutmaq deyil, ömrünün sonuna qədər Vətənə bağlı qalmaqdır. Bu əlamətdar gündə Sizə dərin minnətdarlığımızı və sonsuz hörmətimizi bildirir, arzu edirik ki, bundan sonrakı illəriniz də sağlamlıq, sevinc, doğmalarınızın məhəbbəti və xalqımızın Zəfərindən doğan qürur hissi ilə keçsin. Ad gününüz mübarək olsun!”
Hamısını oxu
Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Axar.az xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah-dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.
Hamısını oxu15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir. Qurtuluş günü! Gün var ki, ömürə bərabər olur. Əbədi olaraq yaddaşa dolur. Tarixə yazılır qızıl həriflə. Hər ildə qeyd olur böyük şərəflə. Qurtuluş günüdür bu günün biri. Bayrama bələyir bütün hər yeri. On beşi iyundur həmin gözəl gün. Xalqımız qeyd edir sanki toy- düyün. Geriyə dönüşdü hakimiyyətə. Əliyev bəxş etdi bunu millətə. Ulu Öndərimiz qayıtdı geri. Sevincə bələdi bütün hər yeri. Qurtuluşa böyük addım atıldı. Bayramlar içinə o gün qatıldı. Birlikdə söyləyək, birlikdə deyək. Qurtuluş günümüz olsun mübarək! Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş, Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. Hörmətli veteranlar, Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova
Hamısını oxu