Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevdən bəzi şəxslərin avtomobillə təmin edilməsi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya Müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılıb.

 
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.  Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

2020-07-21 00:00:00
3575 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Hörmətli cənab Prezident,   Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.   Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Biz veteranlar qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğumuzu bildirir, döyüş əmrinizi gözləyirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bir əmriniz ilə Vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq! Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.   Biz, müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz, düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətimiz sonsuzdur. Odur ki, torpaqlarımızın azad olunması uğrunda istənilən əmrinizə hazırıq, veteran ordusu hər daim döyüşə hazırdır. Qəlbimiz hər zaman Vətənimiz-Azərbaycanla döyünür.   Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz çoxsaylı veteranlar Sizin rəhbərliyiniz ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq.   Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
Mehriban Əliyeva başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib. “Qafqazinfo”nun məlumatına görə, paylaşımda deyilir: “Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”

Hamısını oxu
Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
Veteranlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran ulu öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.  

Hamısını oxu