Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində


Veteran.gov.az xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-20 sentyabr 2021-ci il tarixlərində "27 sentyabr-Anım günü" ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində məqsəd: - Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi; -Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarınln tanıdılması; -Böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması; - Ordumuzun möhtəşəm qələbgələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması; - Yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması; - İstedadlı şağırdlərin inşa-yazı və rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması. Müsabiqəyə təqdim olunmuş inşa-yazılar təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir. - Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər - İnşalar 2-5 səhifə həcmində olmalıdırlar; -İnşa yazılarının üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır; -Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar. Qeyd; İştirakçılar inşa-yazıları onlayn qaydada 13-20 sentyabr 2021-ci il tarixlərində İdarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.
Hamısını oxu
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb. Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, azərbaycançılıq ideologiyası dövlət və vətəndaş birliyinin sarsılmazlığına söykənir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir. Qürurla deyə bilərik ki, Azərbaycan digər dövlətlər üçün nümunədir. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. C.Xəlilov bildirib ki, Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan məkrli qüvvələrin haqsız siyasi təzyiqləri, qarayaxma cəhdlərinə məruz qalıb. Bu gün Azərbaycanın iqtisadi, sosial və hərbi qüdrəti, qətiyyətli daxili və xarici siyasəti dünya dövlətlərini və onların təmsil etdikləri qurumları açıq sözlü olmağa, həqiqəti təhrifsiz göstərməyə vadar edir. Sevindirici haldır ki, biz bütün bunları görür, günü-gündən çiçəklənən Azərbaycanımızın inkişafı üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirik. “Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu bir daha göstərdi ki, xalqımız düzgün seçim edib. Prezident xalqın inam və etibarını qazanıb. Bu sorğunun nəticələri dövlət-vətəndaş birliyini bir daha əks etdirir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Azərbaycan qarşısına qoyduğu bütün məsələlərin öhdəsindən layiqincə gəldiyini dəfələrlə sübut edib. Ermənistanın apardığı düşmənçilik siyasətinin qarşısında əzmlə dayanan Azərbaycan düşməni bütün sahələrdə olduğu kimi, hərb meydanında da yerində oturdub. Aprel döyüşlərində və Naxçıvan əməliyyatında qazanılan parlaq qələbə və cəbhə bölgəsində vəziyyətə tam nəzarət Orduya dövlət qayğısının əyani göstəricisidir. Bütün bunlar xalqımızda işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə qəti inam yaradır. Bütün sahələrin əsaslı inkişafı nəticəsində respublikanın sosial, iqtisadi, siyasi, hərbi, elmi, dini, ekoloji təhlükəsizliyinin təmin edilməsi isə on milyonluq Azərbaycan xalqının gələcəyinin işıqlı, parlaq olacağına əsas verir. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın bu mühüm missiyanın həyata keçirilməsində öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir.
Hamısını oxuPrezident İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu Sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir. Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı. Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar. Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum Sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qəbələdə 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı şəhid olan mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib. Şəhidlərin xalqımızın əbədi qürur və iftixar mənbəyi olduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların işıqlı xatirəsinin heç zaman unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Görüş zamanı şəhid övladlarına hədiyyələr təqdim olunub, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi yardım göstərilib. Şəhid ailəsinin üzvləri gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, həssas kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şahmurad Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətinin rəhbəri Seymur Əliyev də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu