Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır. Modern.az xəbər verir ki, layihə ölkə üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Azərbaycanda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.

2020-07-31 00:00:00
3536 baxış

Digər xəbərlər

Ermənistanın 60-cı illərin sovet silahlarını müasir texnika kimi təqdim etməsi gülüncdür

Cəlil Xəlilov: “Bu texnika metal yığınından başqa bir şey deyil” Son vaxtlar Ermənistanın Müdafiə Nazirliyi işğalçı ordunun müasir silahlarla təchiz olunduğu, hərbi arsenalını yeni texnika ilə gücləndirdiyi ilə bağlı daxili auditoriyaya hesablanan bəyanatlar səsləndirməkdədir.   Moderator.az-a açıqlamasında bu bəyanatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın məlum bəyanatlarının gülünc olduğunu vurğuladı:   “Ermənistanın Müdafiə Nazirliyinin işğalçı ordunun guya müasir silah-sursat və hərbi texnika ilə təmin olunması ilə bağlı verdiyi bəyanatlar tamamilə absurddur və daxili auditoriyaya hesablanıb. Bu gün Ermənistan ordusunda silahlanmaya qəbul edilən silahlar ötən əsrin 60-70-ci illərində sovet dönəminə məxsus texnikaladır. Hansı ki, onlar həm texniki, həm də psixoloji baxımdan tamamilə köhnəlib və müasir tələblərə əsla cavab vermir. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, erməni ordusu Azərbaycan ordusundan bütün parametrlər üzrə, eləcə də hərbi-texniki baxımdan əhəmiyyətli dərəcədə geridə qalır. Heç bir iqtisadi-maliyyə resursu olmayan, tamamilə ianə və kreditlərdən asılı olan Ermənistan müasir texnika almaq imkanına malik deyil. Buna görə də düşmən orudadakı texnikanın keyfiyyətini deyil, köhnə sovet texnikaları hesabına sadəcə kəmiyyətini artırmaqla erməni ictimaiyyətini aldatmağa, güclü ordu görüntsü yaratmağa çalışır. Hansı ki, Ermənistan ordusundakı hərbi texnika metal yığınından başqa bir şey deyil.   Bu gün Ermənistan ordusunda döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyət də olduqca ağırdır. Fərarilik ötən illərdə olduğu kimi, bu gün erməni ordusunun ən ağır problemlərindən birini təşkil edir. Belə olan halda güclü ordu, müasir texnika, yüksək döyüş hazırlığı haqqında danışmaq cəfəngiyyatdan başqa bir şey deyil”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

Məlum olduğu kimi, bugünlərdə DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Xatırladaq ki, bundan öncə də adıçəkilən qurumların keçirdiyi əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb, bu istiqamətdə mühüm addımlar atılıb.  Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla DTX və DSX-nın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı bu əməliyyatların cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, xalqımızın genefondunun qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xalqımızın sağlamlığının, onun genefondunun qorunması baxımından həyati əhəmiyyətə malikdir. Narkotik çox böyük bəladır və bu bəla çox insanları, çox ailələri bədbəxt edib. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması olduqca vacibdir. Bu baxımdan müvafiq dövlət qurumlarının bu bəlaya qarşı apardığı mübarizə təqdir olunmalı, alqışlanmalıdır. Biz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  mübarizəni sərtləşdirməli, kimlərinsə xalqımızı zəhərləməsinə, onun genefonduna ölmcül zərbə endirməsinə imkan verməməliyik. Bu məsələdə hər kəsin ayıq-sayıqlıq sərgiləməsi, əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhid ailələrinin mənzillə təminatı sahəsində qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb

Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib. Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir: “Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.   Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib: “Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”. Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Hamısını oxu
Azərbaycan naminə birliyimizi qorumalı, milli həmrəyliyimizə sadiq qalmalıyıq

                                                           Azərbaycan – qayalarda bitən bir çiçək,                                                      Azərbaycan – çiçəklərin içində qaya.                                                            Mənim könlüm bu torpağı vəsf eləyərək,                                                             Azərbaycan dünyasından baxar dünyaya.                                                                                                  Məmməd Araz Əziz bacılarım, dəyərli həmvətənlərim! Mən bu gün Vətən sevgisi, dövlətə sədaqət və hüquqa hörmət naminə düşüncələrimi qələmə almağı  özümə borc bildim. Sizə bir hüquqşünas kimi deyil, ilk növbədə bu Vətənin taleyinə biganə qalmayan, dövlətimizin gələcəyini düşünən bir Azərbaycan vətəndaşı kimi müraciət edirəm.Bilirəm ki, hicab bir çox qadınlarımız üçün mənəvi dəyərlərin, inancın və şəxsi seçimin ifadəsidir. Hər bir insanın dini hisslərinə hörmətlə yanaşmaq, onun ləyaqətini qorumaq cəmiyyətimizin mənəvi borcudur. Lakin gəlin, bu gün məsələyə yalnız şəxsi inancımızın prizmasından deyil, övladlarımızın gələcəyi, dövlətimizin təhlükəsizliyi və xalqımızın birliyi baxımından da nəzər salaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarının və “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2026-cı il tarixli Qərarının ətrafında yaranmış müzakirələrdə emosiyalara deyil, hüquqi arqumentlərə, qarşılıqlı anlayışa və sağlam düşüncəyə üstünlük verək. Qərarla razılaşmamaq hüququmuz varsa, mövqeyimizi qanuni yollarla ifadə edək. Amma bir həqiqəti də unutmayaq: Məktəb yalnız bilik verilən yer deyil, həm də gələcəyin vətəndaşlarının formalaşdığı məkandır. Orada uşaqlarımız təkcə elm öyrənməməli, həm də qanuna hörmət etməyi, fərqli düşüncələrə dözümlü yanaşmağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı bacarmalıdırlar. Əziz valideynlər! Bu müzakirələrin ən həssas tərəfi bizim övladlarımızdır. Uşaqlarımız böyüklərin fikir ayrılığının mərkəzinə çevrilməməli, onların təhsili və psixoloji rahatlığı zərər görməməlidir. Məktəbə getmək hər uşağın hüququdur və heç bir mübahisə övladımızı bu hüquqdan məhrum etməməlidir. Ona görə də övladlarımıza qanunlara hörməti, fərqli düşüncəyə dözümlülüyü və təmkinli davranışı öz nümunəmizlə öyrədək. Onları gərginliyə, qarşıdurmaya cəlb etməyək, qoy hər uşaq sakit və təhlükəsiz mühitdə oxusun. Azərbaycan bizim ortaq Vətənimizdir. Bu dövlətin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı, övladlarımızın sabit və təhlükəsiz mühitdə təhsil alması hər birimizin məsuliyyətidir. Dövlətimizin möhkəmliyi və cəmiyyətimizin birliyi qorunmalı olan ümumi dəyərlərimizdir. Bu dəyərlərə sahib çıxmaq dini inancımızdan imtina etmək deyil; əksinə, vətəndaşlıq məsuliyyətimizi dərk etməkdir. Unutmayaq ki, vətənpərvərlik yalnız Vətəni sevdiyimizi söyləməklə ölçülmür. Vətənpərvərlik çətin məqamlarda təmkinli olmaqda, hüquqa hörmət etməkdə, cəmiyyətdə qarşıdurma yaratmamaq üçün səy göstərməkdə və dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaqda da özünü göstərir. Gəlin, heç kimin dini inancını alçaltmadan, heç kimin hüququnu tapdalamadan, bir-birimizi düşmən deyil, eyni Vətənin övladları kimi görək. Mövqeyimizi qanuni, mədəni və əsaslandırılmış şəkildə ifadə edək. Dövlət qurumları ilə vətəndaşlar arasında etimadın möhkəmlənməsinə töhfə verək. Dövlətə hörmətlə hüquqa hörmət bir-birinə zidd deyil. Hüquqi dövlətin gücü həm qanunların aliliyində, həm də vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsindədir. Buna görə də mübahisəli məsələlərin həlli qarşılıqlı dinləmə, hüquqi əsaslandırma və dialoq yolu ilə axtarılmalıdır. Mən sizi qarşıdurmaya deyil, anlaşmaya; emosional reaksiyaya deyil, düşünülmüş mövqeyə; ayrılığa deyil, milli birliyə çağırıram.Gəlin, hicablı və hicabsız olmağımızdan asılı olmayaraq, Azərbaycan naminə bir olaq! İnancımıza hörmət edək, qanunlarımızı öyrənək, dövlətimizin təhlükəsizliyini və xalqımızın əmin-amanlığını qoruyaq. Fərqli baxışlarımızı milli birliyimizə maneəyə çevirməyək. Çünki bizim hamımızın bir adı var — AZƏRBAYCAN VƏTƏNDAŞI!  Və bizim hamımızın ortaq bir məsuliyyəti var — bu Vətəni qorumaq, dövlətimizin güclənməsinə töhfə vermək və gələcək nəsillərə sabit, təhlükəsiz, hüquqi dövlət miras qoymaq. Allah birliyimizi, həmrəyliyimizi daim etsin. Dövlətimizi, xalqımızı və müqəddəs Vətənimizi hər cür bəladan qorusun. Allah Azərbaycanımızı qorusun! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  hüquq məsləhətçisi Vüsalə Cəfərli  

Hamısını oxu