Digər xəbərlər
Həyatda elə insanlar var ki, onlar çətin şərtlər daxilində böyük uğurlara imza ataraq hər kəsi heyrətləndirməyi bacarır, sözün həqiqi mənasında öz talellərinin memarı qismində çıxış edirlər. Bu cür şəxslərdən biri də Moderator.az-ın müsahibi Dünyamalıyev Asim Oqtay oğludur. -Asim bəy, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz. -Mən Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuşam. 2004-cü ildə orta təhsilimi başa vurub Qafqaz Universitetinin Filologiya fakültəsinə (ingilis dili və əədəbiyyatı) daxil olmuşam. Unversitet təhsilimi vaxtından əvvəl – cəmi üç ilə universitet birincisi kimi bitirmişəm. Təhsilimi universitet birincisi kimi bitirməyim mənə Qafqaz Universitetində müəllim və təşkilatçı kimi işləmək imkanı verdi. Universitet illərində sadəcə dərslərimi hazırlamaqla kifayətlənmir, əlavə ədəbiyyatlar oxuyur, dil bilgilərimi inkişaf etdirirdim. Universiteti bitirsəm də qərara aldım ki, özümü inkiaşf etdirmək üçün təhsilimi davam etdirməliyəm. Bu məqsədlə də 2023-cü ildə ABŞ-ın Boston şəhərində hüquq məktəbinə - Massachusetts School of Law-ya daxil oldum. Bir illik təhsil müddətində hüquq elmi, xüsusilə də hüquq tarixi və beynəlxalq hüquq haqqında qiymətli məlumatlar əldə etdim. Bir illik Boston həyatı mənə ABŞ-ın təhsil həyatı ilə yanaşı, ictimai həyatını da yaxından müşahidə etməyə, öyrənməyə imkan verdi. Mən bu mühitdə müstəqil şəkildə yaşamağı, qarşılaşdığım çətinlikləri dəf etməyi, problemləriminin öhdəsindən gəlməyi öyrəndim. Bu mənim xaricdə - ölkəmizdən uzaqda qazandığım ilk uğurlu təcrübə oldu. -Hüquq məktəbindəki təhsilinizi başa vurandan sonra nə etdiniz? -Bundan sonra təhsilimi Harvard Universitetində davam etdirməyə qərar verdim. Məqsədim beynəlxalq təhsil sistemindəki qabaqcıl idarəetmə metodları ilə tanış olmaq, bu sahədə əldə etdiyim bilikləri daha da genişləndirmək idi. Bu məqsədlə də Harvadrda qəbul oldum və bu gün sözügedən universitetdə Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship) proqramı üzrə əyani magistr təhsili alıram. Eyni zamanda, MIT universitetindən de idarəçiliklə bağlı əyani dərslər alır, təhsilimi paralel şəkildə davam etdirirəm. -Bəs necə oldu ki, öz təhsil şirkətinizi açmaq qərarına gəldiniz? -Əslində bu fikir məndə tələbəliyimin ilk illərində yaranmışdı. Yəqin ki, buna səbəb ixtisasımın da bu sahə ilə bağlı olması idi. Sonrakı dövrlərdə ABŞ təhsil həyatı ilə tanışlığım məndə bu fikrin daha da güclənməsinə səbəb oldu. Təbii ki, bunu çox istəməyimə rəğmən içimdə bəzi tərəddüdlər də var idi. Mən bu sahəyə daha yaxından bələd olmaq üçün bir müddət ABŞ-da təhsil şirkətlərinin birində təhsil koordinatoru kimi fəaliyyət göstərdim. Burada çalışdığım dönəmdə başa düşdüm ki, öz arzumu reallaşdıra bilərəm. Buna görə də bu istiqamətdə konkret addımlar atmağa başladım və sevinirəm ki, mənim üçün hər şey uğurlu oldu. Bir məqamı da qeyd edim ki, təhsil şirkəti açmağımın digər bir səbəbi də burada oxuduğum və çalışdığım dönəmlərdə soydaşlarımızın təhsil almaqla bağlı yaşadığı çətinliklərə şahid olmağım, onları bu çətinliklərdən qurtarmaq istəyim oldu. Bu gün rəhbəri olduğum təhsil şirkəti Avropa və Amerikanın müxtəlif universitetlərində yüzlərlə azərbaycanlının təhsil almasına dəstək verir. Eyni zamanda, şirkətimizin dəstəyi ilə dünyanın ilk onluğunda olan qabaqcıl universitetlərində onlarla soydaşımız öz təhsilini davam etdirir ki, bu da məni qürurlandırır. Onu da qeyd edim ki, xaricdə təhsil şirkəti təsis edən digər soydaşlarımız da var ki, onlar da uğurlu fəaliyyətləri ilə diqqət çəkir. -Asim bəy, xaricdə təhsil şirkəti təsis edən soydaşlarımızdan kimləri qeyd edə bilərsiniz? -Xaricdə doğma vətənimizi layiqincə təmsil edən, soydaşlarımıza təhsillərində böyük dəstək verən azərbaycanlılardan biri Lalə Əliyevadır. Məlumat üçün qeyd edim ki, Əliyeva Lalə Rauf qızı 6 iyul 1986-cı ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə orta təhsilini A.S.Puşkin adına orta məktəbdə başa vuraraq Azərbaycan Dillər Universitetinin İngilis Dili və Filologiyası fakultəsinə qəbul olub. 2008-2010 cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Avropa Ölkələri və Tarixi üzrə magistr təhsili alıb. Lalə xanım, 2012-ci ildə Kembric universiteti tərəfindən Müddətsiz Beynəlxalq Müəllimlik və Treyner sertifikatı (CELTA) ilə təltif edilib. Lalə xanım karyera müddəti ərzində AC Nielsen beynəlxalq auditinq şirkətində “Data Management” departamentində baş menecer və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə geri qaytarılması” layihəsini həyata keçirən UAFA (United Aids For Azerbaijan) adlı beynəlxalq şirkətdə sinxron tərcüməçi kimi fəaliyyət göstərib. Sonradan peşə fəaliyyətini müəllim olaraq Xəzər Universitetində davam etdirib. Hal-hazırda "Qadın və Uşaqların Təhsilinə Dəstək ictimai Birliyi" ndə təhsil kordinatoru və Joseph Xaricdə Təhsil Mərkəzinin təsisçi direktoru kimi fəaliyyət göstərir. Lalə xanım 2024-2025-ci akademik tədris ilində Amerika Birləşmiş Ştatlarında yerləşən, dünyanın ən nüfuzlu universitetləri sırasında olan Harvard Universitetindən Təhsil Siyasəti və Təhlili proqramı üzrə magistr dərəcəsi üzrə qəbul qazanlb və hal-hazırda həmin universitetdə təhsil alır. -Xaricdə təhsil alan soydaşlarımızdan daha kimləri nümunə göstərə bilərsiniz? -Bu kateqoriyadan olan soydaşlarımızdan biri də Aysun Məmmədlidir. Azərbaycan Dillər Universitetinin Fəxri Məzunu Aysun Məmmədli, 2024-2025-ci tədris ili üçün Harvard Universitetində Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship) ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda MIT Universitetindən də bir sıra dərslər alaraq hər iki TOP Universitetin tələbəsi olaraq yaradılan imkanlardan yararlanır. Onun təhsil xərcləri 2024-2025 “Dövlət Proqramı” Təqaüd Proqramının qaliblərindən biri olaraq tam şəkildə dövlətimiz tərəfindən maliyyələşdirilir. Qeyd etmək istərdim ki, O bütün bunları heç bir xaricdə təhsil şirkətindən dəstək almadan öz gücünə edib. Hal-hazırda isə digər gənclərin TOP Universitetlərə qəbuluna dəstək olmaq üçün mentorluq fəaliyyəti ilə məşğuldur. -Asim bəy, sonda xaricdə təhsil almaq istəyən soydaşlarımıza nə tövsiyə edərdiniz? -Mən xaricdə təhsil almaq istəyən hər bir azərbaycanlıya uğurlar arzulayır, müvəffəqiyyətlə diləyirəm. Hər şeydən əvvəl onlara tövsiyə edərdim ki, öz məqsədlərinə çatmaq üçün sona qədər qətiyyət göstərsinlər və çətinliklərdən qormasınlar. Çünki bütün çətinliklər müvəqqətidir və bir gün onların hamısı geridə qalır. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb. Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.
Hamısını oxu
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Dövlət başçısının rəsmi "Facebook” səhifəsində etdiyi paylaşımında Ulu Öndərin sitatı yer alıb: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.
Hamısını oxu
Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib. Bu gün qürur və iftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir. Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızımn xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində respublikamızın iqtisadi və siyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur. Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir. Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir. Ölkə Prezidentinin də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir". Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu