Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayon gəncləri Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşılayıb

Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb.

 

Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.

 

2021-09-07 14:39:00
1988 baxış

Digər xəbərlər

Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
Veteranlar 9 may – Qələbə Günü münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü polkovnik Cəlil Xəlilovun rəhbərliyi altınnda 9 may – faşizmü zərində qələbənin 79-cu ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əkil qoyub.  Daha sonra veteranlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizm üzərində qələbəyə mislsiz töhfə verdiyini, məhz Bakı nefti sayəsində böyük zəfərin təmin olunduğunu bildirib. Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, veteranların bundan sonra da dövlət siyasətini qətiyyətlə dəstəkləyəcəyini bildirib. Seymur ƏLIYEV    

Hamısını oxu
Uzaq Britaniyada Azərbaycan rüzgarı...

Qarabağ atları milyonlarla insanı ovsunlamaqda davam edir Bu gün xarici və ölkə mətbuatını izləyərkən Azərbaycanımızın nadir incilərindən olan Qarabağ atlarının  ölkəmizdən uzaqda  - Böyük Britaniyada möhtəşəm şou göstərməsindən bəhs edən yazılara rast gəldim. Doğrusu,  dövlətimizin belə bir böyük beynəlxalq tədbirdə iştirakı məndə  bir vətəndaş kimi fəxarət hissləri yaratdı. İngiltərənin tanınmış mətbu orqanları Qarabağ atlarının  unikal prfomansından bəhs edirdi. Mayın 12-15-i Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub. Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb. 5000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı olaraq təqdim olunmuşdur. Qələbə əhval-ruhiyəli ölkəmizin belə bir tədbirdə iştirakı və Azərbaycan xalqına xas milli atçılıq məharətinin parlaq nümayişi minlərlə xarici və İngiltərə vətəndaşını sözün əsl mənasında heyran etmişdi. Qarabağ atlarının nümunəvi çıxışı Azərbaycan Respublikası Atçılıq İdman Federasiyasının gərgin əməyi və səyi  nəticəsində minlərlə tamaşaçının marağına sahib olmuşdu. Qarabağ atlları  və onları idarə edən çaparlar  möhtəşəm  perfomansla yanaşı, həm də Azərbaycanın milli ənənələrini ustalıqla xarici vətəndaşlara göstərmişlər. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib. “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. Xatırladaq ki, Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş  2009-cu ilin mart ayının 5-dən sonra başlayıb. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən,  Dövlət Sərhəd Xidmətinin rəisi general -polkovnik  Elçin Quliyev Federasiyanın Prezidenti seçilib və İdarə Heyətinin yeni tərkibi yaradılıb. Qısa zaman ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olunub. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırılıb.  Yeni rəhbərliyin seçilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirib. ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürüb. Bu yolda ilk nailiyyətimiz ARAF-ın 1997-ci ildə FEİ-yə (Beynəlxalq Atçılıq Federasiyası) üzv olması olub. Bu, böyük, məsuliyyətli və ciddi bir addım idi. Yeni imkanlar, yeni nailiyyətlər, yüksək səviyyədə keçən maraqlı yarışlar, milli oyunlar, xaricdən təşrif buyuran peşəkar idmançılar, gündən - günə sayı artan tamaşaçılar-əminliklə demək olar ki,  qarşımıza qoyulan məqsədə çatdıq. Bu yolda 2014-cü ildə yenidən ARAF-ın prezidenti seçilən cənab Elçin Quliyevin böyük və əhəmiyyətli  rolu olmuşdur. 2009-cu ildə baş vermiş əsaslı dönüşdən sonra cənab Elçin Quliyevin rəhbərliyi altında daha iki mühüm addım atılmışdır. Belə ki, 2010-cu ilin fevral ayında İFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabr ayında isə Federasiya  Beynəlxalq Polo Federasiyasına (FİP) üzv seçilib. Britaniyanın “Daily Mail” nəşri Azərbaycan atlılarının göstərdiyi tamaşanı "möhtəşəm" adlandırıb. Windsor qəsrinin ərazində təşkil edilən şouda Azərbaycan atçılarının nümayiş etdirdiyi performans - iki çapan at üstündə qadının şpaqat etməsi, sürətlə çapan atın belindən başıaşağı iki atlının asılmış vəziyyətdə hərəkət etməsi və digər çıxışlar “Daily Mail” tərəfindən "tamaşaçını məəttəl edən" ifadəsiylə səciyyələndirilib. Nəşr Azərbaycanı insan tərəfindən atların əhilləşdirildiyi dünyanın ilk regionlarından biri olduğunu qeyd edib. Britaniyanın nüfuzlu televiziya kanalı “Good Morning London” verilişində Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının üzvləri ilə canlı yayım təşkil edilib. “BBC” kanalının səhər proqramında və “BBS News”da eyni mövzuda reportaj yayımlanaraq efirə verilib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Vidzor Atçılıq tədbirində yüksək səviyyədə təmsil olunması, süvarilərimizin müxtəlif ekstremal hərəkətlərdən istifadə edərək nümayiş etdirdiyi möhtəşəm şou, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışı Britaniyanın nüfuzlu “The Times”, “Horse & Hound” və “Equestrian Life” kimi böyük oxucu auditoriyası olan nəşrlərin diqqət mərkəzində olub. Sonda Azərbaycanın  ölkəmizdən uzaqda təbliğini , Qarabağ atlarının və çaparlarımızın professional bacarıqlarının yüksək səviyyədə nümayiş etdirməsini təşkil etdiyinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının(ARAF) prezidenti, Dövlət Sırhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə dərin təşəkkürümü  bildirirəm . Mürsəl Qurbanov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Orxan müəllim! Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının oyunlarını ilk gündən biz veteranlar həm televiziya vasitəsilə, həm də oyun meydançasından canlı olaraq  izlədik. Milli komandamızın oyunçuları bütün oyunlarda peşəkarlıq göstərərək final mərhələsinə qədəm qoydu. Futbolçularımızın final oyununda dünya çempionu titulunu qazanması Təşkilatımızı təmsil edən müxtəlif kateqoriyadan olan veteranları çox sevindirdi. Futbolçularımız dünya çempionu olmaqla bütün Azərbaycana yeni qələbə sevinci bəxş etdi! Bu qələbə ilə onlar bir daha sübut etdilər ki, biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik. Millimizin dünya çempionu olması idmanımızın, gənclərimizin Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından qələbə münasibətilə Azərbaycan Minifutbol Federasiyasının bütün kollektivini - komandanın oyunçularını, məşqçilərini və mütəxəssislərini təbrik edirik. Bu qələbə sevincini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk". Dərin hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov

Hamısını oxu