Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

S.Osmanqızı və C.Həsənli cəhalət rekordu vurdular

Ağıllı insanın demokratik yollarla idarə etdiyi hər müxalifət partiyası, hərəkatı və ya qrupunun öz bəxtəvərliyi var. Siyasi fırıldaqçıların müstəbid idarəçiliyində olan müxalifət qruplaşmaları və strukturları isə ecazkar şəkildə bir-birlərinə bənzəyirlər. Onlar hər kəsin və hər şeyin yalnız bir məqsədə - bir insanın ambisiyalarının təminatına tabe edilmiş eybəcər mikrodiktatura tipidir.   Bütün radikal müxalifət təşkilatları fəaliyyətləri boyunca bir neçə mərhələdən keçirlər və hər bahardan sonra yay, sonra da payız gəldiyi kimi, hər belə təşkilat sonda qürubuna doğru gedir. Bir qayda olaraq, həminq proses "sədr", "lider, "başqan" və s. adlandırılan cib diktatorunun taleyi ilə paralel olur. Çürüyən və quruyan, rəhbərinə tam bağlı olan struktur beləcə, həmin adamın əqli və mənəvi imkanlarının girovuna çevrilir. Balaca diktator zəiflədikcə, təşkilatı da heydən düşür. Bizdə problem odur ki, radikal müxalifətin halından kimsə xəbərdar deyil. Son illərdə həmin hal pisləşib və radikalların bəlalarının real, effektiv müalicə yolu da bilinmir. Axı radikal müxalifəti parlaq intellektli insanlar idarə etmirlər. Və cahillik... Bu məcaz bir para  insanlar üçün səadət olsa da, tam bəxtəvərlik üçün cəhalət o səviyyədə olmalı ki, cahilin özü kim olduğunu dərk etməməlidir. Elə də cahil yox ki, ən bilikli insanın çözə biləcəyindən artıq suallar verməyi bacarmasın. Cəhillər sarıdan da bəxtimiz gətirməyib. Müxalifət, guya "müstəqil jurnalistlər", bu müxalifətlə həmin "qələm əhli"ni himayə edən kəslər, stəkanda fırtına yaratmağa çalışanlar sarıdan olduğu kimi. Ölkə müxalifətinin ifrat dərəcədə radikallaşmış hissəsi indi insan və pul kisəsi ovlarına çıxıblar: AXCP sədri Əli Kərimli və mətbəx siyasətxanasına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli kimilərini indi əvvəlki qüdrətinin kölgəsində qalmış sabiq məmurlar maraqlandırırlar. Amma onlar unudurlar ki, ən böyük və pis cahillik insanın özünü tanımamasıdır. Bu, radikal müxalifətin əsas problemidir. Gerçəyin yanlış dəyərləndirilməsi, hadisələrin səhv anlaşılması, siyasi və iqtisadi proseslərin normal təhlilinin olmaması. Bəhs etdiyimiz şəxslər prinsiplərlə yanaşı, elementar siyasi məlumatlardan da xalidirlər. Son günlərdə isə ahıl Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi sözçüsü Sevinc Osmanqızı xüsusilə fərqlənirlər. Hətta onlar bizi "İqtisadiyyatın əsaslarını necə anlamırıq və bununla fəxr edirik" mövzusunda duet ifa ilə də sevindiriblər. Adını verdiyi YouTube kanalın rəhbəri və yeganə aparıcısı olan S.Osmanqızı Dünya Bankının yeni reytinqini şərh etmək fikrinə düşmüşdü. S.Osmanqızının sözlərinə görə, sən demə, Dünya Bankının ekspertləri bilərəkdən saxtakarlıq edərək 4 ölkənin göstəricilərini dəyişiblər və bu minvalla, məşhur reytinqdə həmin ölkələrin mövqelərini yaxşılaşdırıblar. O dörd ölkədən biri də Azərbaycandır. Cəmil Həsənli də dərhal bəyan edib ki, aman, qoymayın, rəsmi Bakı saxtakarlıq edir, Dünya Bankının ekspertlərini ələ alıb, reytinqdə yerini yüksəldib və s. Osmanqızı və Həsənli səs-səsə verib söylədilər ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir. Onların ikisi də Wall Street Journal-da dərc olunmuş yazıya istinad edirdilər. Lakin yumşaq desəm, bu adamlar həqiqəti deməyiblər. Daha dəqiq olsam, S.Osmanqızı və C.Həsənli yalan danışıblar. Gerçək tam fərqlidir. Bəli, Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər. Bankın baş ofisindən bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb. Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək. Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir. Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub. Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib. "Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi. Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək. Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir. Azərbaycan iqtisadiyyatındakı vəziyyətə gəldikdə isə, Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq. Artımın belə kiçik olmasının səbəbi bəllidir: COVİD-19 koronavirus pandemiyası nəticəsində Avropa və Mərkəzi Asiya ölkələrində də dünya miqyasında olduğu kimi, xammal, enerjidaşıyıcılarını qiymətləri ucuzlaşıb, qlobal və regional istehsalat-satış sıralamalarında fasilələr yaranıb, maliyyə bazarlarında yüksək risklərdən yayınma istəyi artıb. Buna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı ölkənin pul-kredit sisteminin dəstəklənməsinin miqyasını artırır, hakimiyyət isə suveren fonddan valyutanı, yəni manatı stabil saxlamaq üçün istifadə edir. Ölkədə vergi-büdcə dəstəyi tədbirləri görülür. Lakin qlobal pandemiya səbəbindən ili ümumdaxili məhsulun azalması olmadan başa vurmaq mümkün deyil. Bu səbəbdən 2020-ci ilin sonuclarına görə, ÜDM-in 2,6 azalması gözlənilir. Pandemiya iqtisadiyyatla bahəm, vətəndaşların sosial rifah durumuna da pis təsir edir. Həmin təsiri azaltmaq üçün dövlət praktik addımlar atır. Artıq 5 milyon vətəndaşımız sosial yardım paketləri proqramının təsirini görüblər. Büdcədən maliyyələş təşkilatlarda və özəl müəssisələrdə çalışanlar, işsizlər, aztəminatlı ailələr - bütün kateqoriyalardan olan vətəndaşlar dövlətin maddi dəstəyini hiss edirlər. Bu isə bir daha sübut edir ki, vətəndaşların rifahı, onların durumu və təbii ki, sağlamlığı Azərbaycan hakimiyyəti üçün əsas məsələdir. Sevinc Osmanqızı və Cəmil Həsənli üçünsə əsas məsələ ambisiyaların təminatıdır. Xüsusilə də yaşlı professor cənab Həsənli: indi Çindəki uyğurların yaşamını, onların hüquqlarının pozulmasını araşdıran adam. Pis iş deyil, amma bir şərtlə ki, Vaşinqtondakı ağaların sifarişi ilə edilən əməl olmaya. Elçin Alıoğlu
Milli.A

2020-09-01 00:00:00
3413 baxış

Digər xəbərlər

İsmayıllıda şəhid ailələri və qazilərlə görüş keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İsmayıllı rayonunda şəhid ailələri, qazi və veteranlarla görüş keçirib, onları  maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın İsmayııllı Rayon Təşkilatının fəalları, rayon ziyalıları da  iştirak edib.  Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə şəhid ailələrinin, müharibə veteranlarının qayğı və istəkləri müzakirə edilib, dövlətin bu yöndə apardığı siyasətin önəmi qeyd olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov dövlətin məlum sahədəki fəaliyyətinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu məsələdə vətəndaş cəmiyyətlərinin üsərinə düşən məsuliyyətə də diqqət çəkib:  “Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranmı bu qayğını bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillrinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”. Polkovnik Cəlil Xəlilov tədbirin sonunda görüşün təşkilində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, YAP-ın yerli rayon təşkilatına öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı müatəmadi surətdə regionlarda şəhid ailəri və veteranlarla görüşlər keçirməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində silsilə tədbirlər təşkil etməkdədir.   Seymur ƏLİYEV        

Hamısını oxu
В ЦЕНТРЕ ВНИМАНИЯ ВЕТЕРАНОВ - ГЛОБАЛЬНАЯ И РЕГИОНАЛЬНАЯ БЕЗОПАСНОСТЬ

В Баку  состоялась  Международная  научно-практическая   конференция «Безопасность в современном мире: глобальные и региональные вызовы». Конференция  была организована Советом ветеранов войны, труда  и вооруженных сил Азербайджанской республики при поддержке Академии управления при Президенте Азербайджана, Национальной академии наук, Министерства образования Азербайджана.  Конференция   была посвящена 30-летию создания Организации ветеранов. В  работе конференции приняли участие более 150 человек, в том числе из  22-х стран мира. Имеет глубокий смысл, что данная конференция была организована Советом ветеранов. Абсурдность войн, ценность каждой жизни человек глубже начинает понимать с возрастом. Можно сказать, что мудрость в определенный момент восстает против насилия, против гибели людей ради надуманных политических, религиозных и иных целей. Не случайно умудренные жизненным опытом ветераны  остро переживают конфликты и войны. Ветераны представляют собой ключевую социальную силу, формирующий духовный климат, нравственные ориентиры для новых поколений. Это обстоятельство имеет особую значимость. Руководство Азербайджана прекрасно понимает это и поддерживает деятельность ветеранов. Участники конференции были восхищены условиям, которые созданы в Азербайджане ветеранам.  Программа конференции была емкой, она  охватывала как сугубо теоретические, научные, так и конкретные,  практические вопросы. В Пленарном заседании были заслушаны 13 содержательных докладов, потом было их бурное обсуждение и принятие соответствующей резолюции. Конференцию открыл Председатель ветеранской организации Азербайджана, генерал-полковник – Тофик Агагусейнов. Он обратил внимание на многогранность понятия безопасность, что можно говорить о природной, социальной, экономической, информационной  безопасности, при этом подчеркнул, что наша  конференция ориентирована на рассмотрение военной безопасности. Это чрезвычайно актуально для Азербайджана. Находясь  на перекрестке Европы и Азии, Азербайджан исторически не раз подвергался опустошительному разорению варварских орд. В  начале ХIХ века шла ожесточенная геополитическая  борьба между Ираном и Россией за территории Азербайджана. В итоге страна была поделена  на Северный и Южный Азербайджан. В ХХ веке Азербайджан в  составе СССР стал участником второй мировой войны и сыграл ключевую роль в победе Советского Союза, обеспечивая нефтью, военными поставками,  продовольствием потребности фронта. Республика в годы войны потеряла 350 тысяч своих граждан на полях сражений. Это была десятая часть населения Азербайджана. После второй мировой войны  наметился оптимизм в сознании людей, появилась вера в светлое будущее. К сожалению,  это оказалось иллюзией. В 90-е годы была навязана Арменией Карабахская война. Мы потеряли  цветущие города, многочисленные культурные памятники и более 10 тысяч человек. Сейчас положение таково: Нагорный Карабах и семь прилегающих к нему районов - 20 процентов территории Азербайджана разорены и остаются под оккупацией Армении. Карабахская проблема остается центральной для правительства и народа Азербайджана. Под эгидой Минской группы ОБСЕ  уже 25 лет ведутся переговоры, но они пока ни к чему не привели. Несмотря на сложности, многочисленные противоречия мы продолжаем надеяться на победу разума, здравого смысла, на мирное разрешение данной  проблемы. Агагусейнов также отметил, что Азербайджан находится недалеко от очагов жестоких военных действий,  ведущихся  в последние годы в Сирии. В целом обстановка на Ближнем Востоке создает дополнительную угрозу  безопасности Азербайджана. С приветственным словом  обратился  Президент Всемирной ветеранской федерации господин Дан-Вигго Бергтун (Норвегия). Он  высоко оценил  активную деятельность Ветеранской Организации Азербайджана и пожелал плодотворной работы участникам конференции. Обосновывая тематику конференции, председатель Оргкомитета, заместитель ветеранской организации Азербайджана, полковник, доктор философии по политическим наукам Джалил Халилов подчеркнул ряд вопросов, которые нуждаются во всестороннем  обсуждении и освещении,  и на них  следует обратить внимание мировой общественности. Первое, - это неоднозначное  отношение  к международному праву и  резолюциям ООН в  современном мире. Так, Советом безопасности ООН были приняты четыре резолюции по освобождению оккупированных территорий Азербайджана, но Армения продолжает их игнорировать. Санкции против Армении не принимаются. Наоборот, страна-агрессор поддерживается многими международными организациями. Это вопиющий пример двойного стандарта в мировой политике. Мировая общественность не должна оставаться  равнодушным к экспансионистской политике Армении. Второе,  - это  героизация фашизма и фашистов, пособников гитлеровского режима в некоторых странах. В их честь чеканят монеты, ставят памятники, снимают фильмы, их именами называют площади, проспекты. Возвеличивание военных  преступников, виновных в совершении многочисленных античеловеческих  деяний,  противоречит здравому смыслу и  гуманистической линии мирового развития. Третье, -  сейчас в результате военных действий  оккупированные территории  нередко превращаются  в прибежище для террористов и «серую зону», где невозможно гарантировать соблюдение элементарных правовых норм. Необходима  тщательная международная инспекция этих территорий. Известно, что при деградации социальных условий проявляется инстинктивная жестокость человека. Многие едут в те места, где жестокость и убийства поощряются, так пополняются ряды ИГИЛ, ряды, так называемых, "ополченцев" в Карабахе. В - четвертых, - в наше время  центральным вопросом становится  определение содержания и эффективных методов патриотического воспитания. Необходимо формирование культуры патриотизма на основе принципов мультикультурализма и устойчивого развития. Если мы хотим мира, то нужно понимать друг друга. Представляется необоснованной  односторонняя критика политики мультикультурализма  в некоторых ведущих европейских  странах. Азербайджан край, где представители различных национальностей и конфессий проживали и проживают в атмосфере мира, взаимопонимания и диалога. О мультикультуральном прошлом азербайджанского народа свидетельствуют литературные, философские, политологические источники. В центре государственной политики современного  Азербайджана, лично Президента Азербайджана Ильхама Алиева находятся вопросы мультикультурализма и устойчивого развития. Совет ветеранов Азербайджана считает своим долгом и почетной обязанностью участвовать в решении этих фундаментальных  вопросов, которые в совокупности ведут к гармонизации общественных отношений, повышению уровня и качества жизни людей в стране.  В пятых, особый смысл и особое значение имеет сохранение единого культурного пространства в СНГ. Недопустимо уничижительное отношение к многонациональной советской культуре.  Именно благодаря этой культуре во всех уголках бывшего Советского Союза знают Самеда Вургуна, Расула Гамзатова, Михаила Шолохова, Кара Караева, Дмитрия Шостаковича, Таира Салахова, Муслима  Магомаева и многих других выдающихся деятелей литературы и искусства. Это достояние советского периода нуждается в поддержке и развитии. Высокий уровень конференции определили доклады: «Исторический процесс и феномен безопасности» (доктор философских наук, профессор Российской  академия народного хозяйства и государственной службы при Президенте РФ Низами Мамедов); «Безопасность в современном мире» - Иван Гордейчук (генерал-майор, Председатель Белорусского общественного объединения ветеранов); «Безопасность Центральной Азии» (Айткали Исенгулов, генерал-майор, заместитель председателя Республиканского общественного объединения ветеранов Казахстана); «Роль ветеранских организаций в обеспечении  духовной преемственности  и формировании гуманистических установок» (Владимир Ткаченко, генерал-майор, заместитель председателя Координационного совета международного союза «Содружество общественных организаций ветеранов независимых государств»); «Безопасность в мире: российская оценка современной  международной обстановки»(Александр Кравчук, генерал-лейтенант, руководитель аппарата комитета российского союза ветеранов); «Героизация  нацизма в Армении - пересмотр принципов современного мироустройства" ( Олег Кузнецов, доктор исторических наук, профессор), «Двойные стандарты в современной международной политике» (Наджиба Мустафаева, доктор философии по юридическим наукам, доцент Азербайджанского государственного университета); «Международный безопасность и Карабахская проблема" (Ибрагим Гулиев, доктор юридических наук, профессор). Как известно, в Преамбуле Устава ЮНЕСКО провозглашается, что «мысли о войне возникают в умах людей, поэтому в сознании людей следует укоренять идею защиты мира». Простые, гениальные слова... И общим лейтмотивом данной конференции  можно считать призыв: осознать  смысл этих мудрых слов и бороться  всеми силами за их реализацию.    Гончарова Юлия Сергеевна,  заместитель декана факультета журналистики Российской академии народного хозяйства и государственной службы при Президенте РФ.      

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Əsrə Bərabər Ömür: Nəbi Nuriyev

Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O,  bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Daxili Qoşunların qəhrəmanlığı hərb tariximizə qızıl hərflərlə həkk olunub”

12 mart Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günüdür.  Bu əlamətdar gün münasibətilə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Daxili Qoşunların hərb tariximizdəki roluan diqqət çəkib, onların vətənimizin müdafiəsi, işğaldakı torpaqlarımızın azad edilməsi ilə bağlı xidmətlərini yüksək qiymətləndirib: “DİN-nin Daxili Qoşunları respublikamızın erməni işğalından müdafiəsində mühüm rol oynayıb, ən çətin məqamlarda böyük əzm və fədakarlıq göstəriblər. Hələ Birinci Qarabağ müharibəsi dövründə vətənimizi Ermənistan və onun havadarlarından müdafiə etmək üçün ağır döyüşlərə atılan, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də rəşadətlə döyüşdü. Daxili Qoşunlar Vətən müharibəsi zamanı bir sıra yaşayış məntəqlərinin, eləcə də Hadrutun, Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsində xüsusi fəallıq göstərmiş, əsl qəhrəmanlıq nümunələri ortaya qoymuşdur. Əminliklə demək olar ki, Daxili Qoşunların həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hərf tariximizə qızıl hərflərlə həkk olunub”. Millət vəkili Daxili Qoşunların işğaldan azad edilən ərazilərdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Ermənistan 30 ilə yaxın işğal dönəmində torpaqlarımızı minalamış, müxtəlif silah-sursat nümunələri ilə çirkəndirmiş, bu ərazilərdə böyük talanlar və dağıntılar törətmişdir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndən sonra da orada çoxsaylı  problemlər, ciddi təhlükə mənbələri mövcud idi. Daxili Qoşunların istehkamçıları bu istiqamətdə də böyük işlər həyata keçirdi. İşğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsində aktiv iştirak etdilər. Onlar bu gün də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Mən Daxili Qoşunların yaranmasının 33-cü  ildönümü münasibətilə bu qoşun növündə xidmət edən bütün əsgər və zabitləri təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu