Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX erməni terroru ilə bağlı açıqlama yaydı

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş yazısında qeyd olunub. "Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb. Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir".

2020-08-21 00:00:00
3492 baxış

Digər xəbərlər

“Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib

10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri,  ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib. Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub. Seymur ƏLİYEV      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı bütün dünyada sülhün bərqərar olunması üçün səylərini daha da artırır

 Martın 4-də Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə dünyanın 109 ölkəsinin gəncləri ilə "Dünyaya Sülh!" mövzusunda rus və ingilis dillərində tele-körpü keçirilib. Respublika Veteranlar Təşkilatının təşəbbüsü  ilə keçirilən virtual görüşün məqsədi mövzu ətrafında fikir mübadiləsinin aparılması olub.    Tədbirdə Silahlı Qüvvələr, müharibə və əmək veteranları, həmçinin gənclər iştirak edib. Telekörpü vasitəsilə Nərimanov rayon Veteranlar Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış edərək, erməni şovinzmi xüsusi ilə Xocalı faciəsi, Dağlıq Qarabağ həqiqətləri, faşizm kimi narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Canlı yayında həmçinin dünyanın tərəqqipərvər qüvvələrinin mənfur qüvvələrə qarşı çıxması və bu yolda Azərbaycanın oğul və qızlarının rəşadətli əməyi vurğulanıb. Tele-konfransın sonunda tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş məktəbin bir qrup müəllim və şagirdinə Respublika Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkili çəkilib.

Hamısını oxu
Nizami rayonunda Anım Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları da iştirak edib Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 27 sentyabr 2022-ci ildə Nizami rayonunda keçirilən tədbirdə iştirak ediblər.  27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım gününə həsr olunmuş tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, şəhid ailələri, qazilər, veteranlar, sagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər. Yeni istifadəyə verilmiş parkda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların adlarının əbədiləşdirilməsi  üçün  abidə inşa olunub. Tədbir Azərbaycanın Dövlət Himni səslənməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın toxunulmazlığı yolunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən   Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhdilərin qəhrəmanlığından bəhs edib, bu qəhrəmanlığın gələcək nəsillərə daim örnək olacağını bildirib. Daha sonra  Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev şəhid ailələri,veteranlar çıxış ediblər. Tədbirin sonunda abidə önünə çiçəklər qoyulub və xatirə şəkli çəkilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri vəfat edib

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu