Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Paytaxtda yaşayan müharibə veteranlarına ərzaq sovqatları paylanılıb

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır. AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.

2020-09-02 00:00:00
3540 baxış

Digər xəbərlər

“Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin baş sponsoru olduğu, Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan Yüksək Liqasında uğurla təmsil edən qadınlardan ibarət “Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb. Üçüncü yer uğrunda keçirilən həlledici görüşdə komanda “Milli Aviasiya Akademiyası” Voleybol Klubunu 3:0 hesabı ilə inamlı və üstün oyun nümayiş etdirərək məğlub edib. Komandamızı bu əlamətdar nəticə münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar və yeni zirvələr arzulayırıq.  

Hamısını oxu
“Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır”

Məşhur Məmmədov: “Rəsmi İrəvan etdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir”   “XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır”   "Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir".   Bu barədə “Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.   Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına, habelə, xalqımıza qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə görə beynəlxalq məhkəməyə verilməsi, günahkarlaırn məsuliyyətə cəlb olunması, rəsmi İrəvanın etdiyi əməllərə görə təzminat ödəməsi ədalətin bərqərar olunması baxımından nə dərəcədə zəruridir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu istiqamətdə sistemli addımların atılmasının vacibliyini vurğulayıb:   “Heç kimə sirr deyil ki, beyhnəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar hər zaman ermənilərin törətdiyi cinayətlərə o qədər də diqqət yetirməyib, Ermənistanın özünü cəzasızlıq mühitində hiss etməsinə şərait yaradıb. Biz Ermənistanın xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməli, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etməliyik. Bu baxımdan Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edilməsi üçün gərəkli addımların atılması vacibdir və XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır.   Hesab edirəm ki, Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır. Belə olarsa, Ermənistan o zaman etdiyi əməllər, törətdiyi cinayətlər haqqında daha çox düşünər. Bəlkə yalnız o zaman nəyisə anlayar, başa düşər. Görünən odur ki, onlar başqa cür başa düşmür.   Bu yöndə addımlar atmağa bizim mənəvi haqqımız çatır. Çünki illərdir ki, bu proses davam edib. Azərbaycanın torpaqlarını viran qoyan, insanlarını şəhid edən, hətta qəbirləri belə dağıdan bir dövlət mütləq beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmalıdır. Ermənistan etdiyi əməllərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir və verəcəkdir də!”   Seymur ƏLİYEV

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndini işğaldan azad edib

Bakı, 4 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu