Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 
Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.  Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

2020-09-08 00:00:00
3687 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu gün doğum günüdür.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu gün 41 yaşı tamam olur. Cənab Prezidentimizin və xalqımızın sözün əsl mənasında köməkçisi, döyüşün tək səngərdə aparılmadığını göstərən şəxs - Hikmət Hacıyevı Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Veteran.gov.az xəbər verir ki, bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib, məzarların önünə gül dəstələri qoyublar.  

Hamısını oxu
ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQTİMATI KEÇİRİLİB

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa mənsub olan həyat" kitabının təqdimatını keçirib. Möhtəşəm keçən tədbirdə ictimai birliklərin rəhbərləri, Əmək və Müharibə veteranları, şəhid ailələrinin nümayəndələri və tanınmış ziyalılar iştirak ediblər.Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxışının əvvəlində polkovnik Cəlil Xəlilovu Respublika Veteranlar Təşkilayına sədr seçilməsi münasibəti ilə rayonun Əmək və Müharibə veteranları adından təbrik edib, ona məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Ədalət müəllim  təqdimatı keçirilən kitab haqqında geniş məlumat verib, qeyd edib ki, kitabda əsrlərə bərabər ömür yaşamış Ulu Öndər Heydər Əliyevin Milli təhlükəsizlik və Milli ordu quruculuğunun formalaşmasında və inkişafındakı misilsiz xitmətindən bəhs olunur. Kitabda, həmçinin dahi şəxsiyyətin ideyalarının işığında bu gün yeni zəfərlərə doğru inamla addımlayan ölkəmizin uğurlarından danışılır. Aktual əhəmiyyət kəsb edən belə kitabların nəşr olunması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində bu gün müstəsna rol oynayır.Masallı rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev,  şəhid atası Nazim Paşayev, Vətən Müharibəsi Veteranları İctimai  Birliyi rayon bölməsinin sədri Rza Əkbərov, Beynəlxalq Heydər Ata ədəbi müsabiqəsinin mükafatçısı, şair Gülbala Teymur,  Qarabağ Qaziləri İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhid Mibariz İsayevin qardaşı Yaqub İsayev və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin dünyanı heyran qoyan ictimai-siyasi fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndilməsi, ölkəmizin dünya arenasında tanınması, xalqımızın rifah halının yaxşılaşdılması istiqamətində gördüyü işlərdən danışdılar. Qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi sayəsində bu gün qazandığımız tarixi Zəfər də Ulu öndərimizin Milli təhlükəsizlik və Milli ordu quruculuğundakı səmərəli fəaliyyətinin əməli nəticəsidir.Sonda xatirə şəkilləri çəkildi.    

Hamısını oxu
“Qurtuluş günü” şeiri müasir Azərbaycan ədəbiyyatının parlaq nümunələrindəndir

15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir.  Qurtuluş günü! Gün var ki, ömürə bərabər olur. Əbədi olaraq yaddaşa dolur. Tarixə yazılır qızıl həriflə. Hər ildə qeyd olur böyük şərəflə. Qurtuluş günüdür bu günün biri. Bayrama bələyir bütün hər yeri. On beşi iyundur həmin gözəl  gün. Xalqımız qeyd edir sanki toy- düyün. Geriyə dönüşdü hakimiyyətə. Əliyev bəxş etdi bunu millətə. Ulu Öndərimiz qayıtdı geri. Sevincə bələdi bütün hər yeri. Qurtuluşa böyük addım atıldı. Bayramlar içinə o gün qatıldı. Birlikdə söyləyək, birlikdə deyək. Qurtuluş günümüz olsun mübarək! Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür. Seymur ƏLİYEV  

Hamısını oxu