Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ərdoğan İlham Əliyevə məktub yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.  Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir. Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

2020-09-15 00:00:00
3814 baxış

Digər xəbərlər

Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.   Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Konfransada çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, 8 Noyabr zəfərinin tarixi önəminə diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində suverenliyimizin təmin edildiyini vurğulayıb. Məsim Məmmədov qeyd edib ki, 8 Noyabr zəfəri, bu zəfəri xalqımıza bəxş edən Azərbaycan Silahlı Qüvvələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qarantı, xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.   Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” sözlərini yada salan Məsim Məmmədov, Azərbaycanın suverenliyinin də əbədi olduğunu,  Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin təhlükəsizliyinin və rifahını hər ötən gün daha da gücləndiyini bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında 8 Noyabr zəfəri ilə ölkəmizin sadəcə hərbi deyil, siyasi-iqtisadi, mədəni-sosial həyatında yeni bir dönəmin başlandığını qeyd edib. Prezident İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, yüksək siyasi səriştəsi, diplomatik uzaqgörənliyi sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində qələbə əldə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, məhz bu qələbə sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. Polkovnik qeyd edib ki, bu gün xalqımızın, eləcə də hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifə 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, anti-Azərbaycan qüvvələrinin məkirli fəaliyyətinə qarşı birgə mübarizənin davam etdirilməsi, xalq-dövlət həmrəyliyinin gücləndirilməsidir.   Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri həyata keçirdiyini söyləyən polkovnik Cəlil Xəlilov, ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük iqtisadi-siyasi uğurlara imza atacağına inamını ifadə edib.   Konfransda çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd orta məktəbin Çağırışaqədər Hərbi hazırlıq müəllimi, qazi Taleh İsgəndərli, Laçın rayon ictimaiyyət nümayəndəsi Qəzənfər Hüseynov 8 Noyabr zəfərinin tarixi əhəmiyyəti və bu zəfərin regionumuzda yaratdığı yeni status-kvo ilə bağlı maraqlı fikirlər səsləndirib, ölkədəki sabitlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyinə toxunublar.   Konfransın sonunda Müdafiə Nazirliyinin Gəncə qornizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən uğrunda” ansamblının solistləri tərəfindən vətənpərvərlik mahnıları ifa edilib.

Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
Prezident Stevo Pendarovskiyə məktub göndərdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib. Axar.az məktubun mətnini təqdim edir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm

Hamısını oxu
Ağdamda şəhid Məmmədəli Məmmədəlizadənin anım günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədəlizadə Məmmədəli Asif oğlunun anım günü qeyd olundu. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti, şəhid valideyinləri, Agdam Rayon Müharibə,Əmək və Silahlı Qüvvələr veteranlar Təşkilatı, icra nümayəndələri, Ağdam rayon dörd yol,  iki tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlər şəhidlərimiz haqda şeirlər deyiblər.  Şəhidlərimizin məzarları üstünə güllər düzülüb ,əkil qoyulub.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu