İlham Əliyev Fərhad Əhmədovu təltif etdi
Prezident İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Prezident İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.
Hamısını oxuAzərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyinat olub. Veteran.gov.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Baş Prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.
Hamısını oxu
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciəti bir çox mühüm məqamları özündə ehtiva etməklə bərabər, ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi kimi mühüm hadisə ilə yadda qaldı. Şuşa şəhərinin Azərbaycan xalqı üçün milli-mənəvi əhəmiyyətini nəzərə alaraq onu qeyd etməliyik ki, 2022-ci ilin “Şuşa ili” elan olunması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, cənab Prezidentin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Sərəncamı olduqca mühüm tarixi, siyasi hadisədir”. Bu sözləri Veteran.gov.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, 2021-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyət İkinci Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi fikirlər olduqca mühümdür. Beləki, ölkə başçısı ilin yekunlarını həm də münaqişənin yekunları ilə birlikdə açıqlamışdır. Təqdim etdiyi mənzərəni isə müharibədən sonra cərəyan edən proseslərin Azərbaycanın haqlı mövqeyinin timsalı adlandırmışdır. Bu baxımdan cənab Prezidentin sözləri ilə desək, “...müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”. Bəli, müharibədə qazanılmış qələbə nə qədər mühüm idisə, onun nəticələrini beynəlxalq səviyyədə qəbul etdirmək də, həmin nisbətdə mühüm idi. Bu baxımdan, 2021-ci il olduqca mühüm nailiyyətlərlə yadda qaldı. Cənab Prezident İlham Əliyevin xalqa müraciətində ən mühüm məqamlardan biri də bu ilin “Şuşa ili” elan olunmasıdır deyən millət vəkili bildirib ki, bu il Azərbaycan xalqı Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyini qeyd edəcək. Məhz, 2022-ci ilin “Şuşa ili” elan olunması cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin növbəti dəfə təzahürüdür. Bu baxımdan qeyd etməliyik ki, ötən il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və burada keçirilən bir çox mühüm tədbirlər torpağın əsl sahibinin qayıtdığını bir daha bütün dünyaya çatdırmış oldu. 28 illik işğal dövründə düşmən Şuşa şəhərini erməniləşdirməyə çalışsa da buna nail ola bilməyib. Şuşa şəhəri öz milli-mədəni, tarixi ruhunu düşmənin bütün barbarizminə qarşı qoruyub mühafizə edə bilib. T. Cəfərova xüsusilə qeyd edib ki, ötən 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır.Cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli məna daşıyırdı. Cənab Prezidentin məlum Sərəncamına əsasən deyə bilərik ki, bu gün biz bu mənanı daha yaxşı anlayırıq. Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, təşkil olunan mühüm tədbirlər və eləcə də, ölkə Başçısının dəfələrlə buraya səfərləri Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur. Bütün bunlarla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğunu hər birimiz unutmamalıyıq. Hamıya bəllidir ki, hər zaman Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir deyilir. Bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi. Bir daha vurğulamalıyıq ki, bu ilin “Şuşa ili” elan olunması mühüm tarixi,siyasi hadisə olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bir sözlə, bütün yollar bizi Şuşaya aparır- deyə millət vəkili Tamam Cəfərova bildirib.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi cari ilin 11 mart tarixində Suraxanı rayonunda I Qarabağ müharibəsi veteranları, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirib. Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin rəhbərliyi və baş mütəxəssis Nəbi Hacıyevin iştirakı ilə keçirilən görüşdə Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov, 44 günlük Vətən müharibəsi iştirakçıları Namiq Rufullayev, Davud Əliyev, Həmid İsmayılov, Azad Sultanov, Həsən Paşayev və eyni zamanda birinci Qarabağ müharibəsinin veteranları iştirak edib. Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov çıxış üçün Adil Haqverdiyevə söz verib. Öncə I Qarabağ müharibəsinə toxunan Adil Haqverdiyev, həmin dövrdə ordunun silah –sürsatın çatışmamazlığından, nizami ordu və vahid komandanlığın olmamasından danışıb və qeyd edib ki, məhz bu kimi amillər torpaqlarımızın müvəqqəti olaraq itirilməsinə səbəb olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qalibiyyətinə toxunan Adil Haqverdiyev, ordumuzla yanaşı, bütün xalqın bu çətin günlərdə böyük birlik və fədakarlıq sərgilədiyini qeyd edib, 8 noyabr zəfərinin tarixi əhəmiyyətini vurğulayıb. Adil Haqverdiyev bundan sonra da veteranları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə səsləyib. Daha sonra çıxış edən qazi Namiq Rufullayev də 8 noyabr zəfərinin əhəmiyyətinə toxunub, heç bir təxribatmı qüvvənin bu tarixi qələbənin üstünə kölgə sala bilmədiyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi mütəmadi şəkildə qazi və veteranlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır. Seymur ƏLİYEV
Hamısını oxu