Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özünüz düzəldin hamısını- əsl Əli Kərimli saxtakarlığı

AXCP sədri və son illərdə siyasi fəaliyyətini sosial şəbəkələrdəki bloqerliklə əvəzləmiş Əli Kərimlinin ən yaxın tərəfdaşlarına belə, stabil yanaşma ilə davranış nümunələri sərgiləmədiyi bəlli. Onun özünə uzaq, rəqib və ya artıq maraqsız saydığı insanlara münasibəti isə ikiüzlülük, riyakarlıq və saxtakarlıq həddinə çatır. Ə.Kərimliyə illərlə sədaqətlə çalışan, onun dediklərinə inanan, lakin aldandıqlarını çox gec də olsa, anlayanlarsa avtomatik olaraq "hakimiyyətə işləyən", "iqtidara satılmaş adam" elan olunur. Məsələn, Aydın Əliyev kimi. 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev məhz Ə.Kərimlinin qəzəbinə gəldiyi üçün cəzalandırılıb. O, partiya sədrinin volüntarizmi, saxtakarlığı və yarıtmaz fəaliyyəti ilə bağlı möqeyini izhar edəndə, Ə.Kərimlini tənqid edəndə sıxışdırılıb, sonra isə heç bir məntiqi səbəb və qanuni əsaslar olmadan vəzifəsindən qovulub. Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli əl-ayağa düşüb. Sosial şəbəkədəki trollar və trolcuqlar dəstəsinin lideri dərhal çıxış yolu aramağa başlayıb. O, təcili olaraq AXCP üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb. Təşviş Nəsimi Rayon Məhkəməsində AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası ilə bağlı idi. Məhkəmə prosesi hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub. İclasda Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib. Bundan öncəki prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi. Xatırladaq ki, A.Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. NTK sədri Əli Kərimlinin ürəyincə olmayıb. "Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir", - Aydın Əliyev deyirdi. Onun sözlərinə görə, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib". A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı Əli Kərimlinin göstərişi ilə hazırlanmış protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırıb. Belə ki, protokola imza atanlardan biri - Solmaz Hüseynova həmin vaxt ölkə xaricində olub. S.Hüseynova 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb. A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb. Faktiki olaraq Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassız idi. Çünki yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib. Məhkəmə qərarı obyektiv və aydın idi. Belə ki, Aydın Əliyevin AXCP-yə və partiyanın sədri Əli Kərimliyə qarşı qaldırdığı, ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması ilə bağlı iddia tələbi təmin olunub. Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub. Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb. Və Əli Kərimli gerçək həyatda, siyasi fəaliyyətdə və tarixin qarşısında olduğu kimi, məhkəmə çəkişməsində də uduzub. AXCP-ni lümpen davranışı ilə kloşar "fəlsəfəsi"nin daşıyıcılarının isterik çağırtıları, qanunsuz aksiyalar zamanı plakat "mübarizliyi", sosial şəbəkələrdə isə aqressivlik və radikallıq, bəzi hallarda isə tərbiyəsizlik nümayiş etdirənlərin ön plana çıxdıqları təşkilata çevirən Əli Kərimli müxalifət düşərgəsindəki ən toksik, perspektivsiz və isterik siyasi fiqurantlardan biridir. Sənədin saxtalaşdırılması ilə bağlı olay isə onun çoxsaylı maskalarının əslində nimdaş və köhnə olduğunu, o maskaların arxasındakı əsl simanın antipatikliyini göstərdi. video Elçin Alıoğlu
Milli.Az

2020-09-24 00:00:00
3669 baxış

Digər xəbərlər

Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. https://president.az/articles/49682?fbclid=IwAR0QREgqQZgL_-RrPwcCUIXHmxFGf-ps88OYF730jApe0wPhZtIZDX9ZE2M

Hamısını oxu
Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
“Gözümün Nuru Vətən” III sənədli filmin təqdimat mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, 17 iyul 2026-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin idea müəllifi Simuzər Ağakişiyeva açıq elan edərək sözü AzGƏC-in sədri Səmyar Abdulayevə verib. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atdığını bildirən Səmyar Abdullayev, Vidadi Məmədovun də bu qəhrəmanlardan biri olduğunu bildirib. Səmyar Abdullayev qeyd edib ki, cəmiyyət, xüsusilə də gənclər və gələcək nəsillər Vidadi Məmmədov kimi qəhrəmanları tanımalı, onların dövlətimizin ərazi bütövlüyü uğrunda necə böyük fədakarlıqlar sərgilədiyini bilməli, bu qəhrəmanlardan örnək götürməlidir. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Sadiqov Eminin anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Birinci Qarabağ muharibəsinin iştirakçısı,  Milli Qəhrəman  Yusif Mirzeyevin bacisi Nailə Mirzəyeva çıxış edərək Vidadi Məmmədovun timsalında vətən oğullarının 44 günlük müharibədə imza atdıqları qəhrəmanlıqlar diqqət çəkiblər. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Vidadi Məmmədov dövlətimizin ali mükafatları ilə -“Şücaətə görə”, Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, Fizulinin azad olunmasına  görə”, Şuşanın azad olunmasına görə” təltif olunmuş igidlərimizdəndir. Onun döyüş yolu, Vətənə sonsuz sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti cəmiyyətimiz, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Gözümün Nuru Vətən” sənədli filmi qəhrəman qazimizin həyat salnaməsini, keçdiyi şərəfli döyüş yolunu və Vətən sevgisini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Film eyni zamanda xalqımızın Zəfər tarixinin təbliğinə, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılmasına, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə aşılanmasına xidmət edir. Təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. Belə ki, qazimiz məhz Naxçıvan Muxtar Respublikasının Babək rayonun yetirməsidir.  Azərbaycanın qədim dövlətçilik ənənələrinin və zəngin milli-mənəvi irsinin qorunub saxlanıldığı Naxçıvan bu cür tədbirlərin keçirilməsi üçün mühüm mənəvi məkandır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu layihə ilə cəmiyyətimizdə milli birlik, dövlətçilik ənənələri və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur. Gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.  

Hamısını oxu
Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

Xəbər verdiyimiz kimi, millət vəkili Fəttah Heydərov bu gün 82 yaşında vəfat edib. “Yeni Sabah” xəbər verir ki, o, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavinidir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir. SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilib. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şöhrət” ordeni ilə təltif edilib. 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov “İstiqlal” ordeni ilə təltif edilib.  Allah rəhmət eləsin!

Hamısını oxu