Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz

Bakı, 11 oktyabr, AZƏRTAC Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb. Dövlətimizin başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!

2020-10-11 00:00:00
3567 baxış

Digər xəbərlər

Cəlilabad Rayon Veteranlar Təşkilatı soyqırım günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar evində “31 mart- Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib. Rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə düzənlənən tədbirdən öncə Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.Rayon Veteranlar Təşkilarının sədri Ədalət Salman çıxış edərək uzun illərdən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərnaycanlıların Soyqrımı günü elan edildiyini və bu bəşəri cinayətin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə ölkəmizin prezidenti İlham Əliyevin 2018-ci ildə Soyqırım gününün 100 illiyi ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb.Tədbirdə ADPU Cəlilabad filialının tədqiqatçı tarix müəllimi Ələsgər Mirzəzadə, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, rayon Qarabağ qaziləri İctimai birliyinin rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü İman Abdulla, şəhid qardaşı Sakit İsayev, veteran müəllimlər Adil Hüseynov, İsmayıl Məmmədov, Muxtar Əsədov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mirsüleyman Eynullayev və başqaları çıxış edərək mənfur ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar, 44 günlük Vətən müharibəsində düşmənə ordumuz tərəfindən döyüş meydanında layiqli cavab verilməsindən fəxrlə danışıblar.  

Hamısını oxu
Gəncə şəhərində görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-“QEOŞSD” İ.B. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə    “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili”  adlı layihə çərçivəsində bayram şənlikləri təşkil edilib. Bayram şənliyində  yuxarıda adları qeyd edilən bölgələr üzrə görmə imkanları məhdud  olan uşaqların bayram şənliyində iştirakı təmin edilmiş və uşaq və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub. Bayram şənliyi Gəncə şəhəri, “Sərinim” Restoranında təşkil olunub. Şənlikdə Gəncə Şəhərində eləcə  də ətraf  Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Ucar və Yevlax rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələr iştirak edib. Bayram şənlinliklərində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.  Şənlikdə yüzdən çox  uşaq və onları müşayiət edən şəxslər iştirak ediblər. Şənlikdə Novruz Bayramı personajları ilə yanaşı el adət ənənələri və görmə məhdudiyyətli uşaqlar üçün müyəssər əyləncələr təşkil olunub. Bayram şənliyinin  təşkilatçısı Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-nin rəhbəri Reyhan Cəfərova çıxışında Sosial Xidmətlər Agentliyinə və tədbirdə iştirak edən gözdən əlil uşaqlar və onları müşayiət edən şəxslərə  xüsusi təşəkkürünü bildirib.   Bayram şənliyinə dəstək verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Cəmiyyətin Gəncə şəhər regional Təşkilatının rəhbərliyi bu tip tədbirlərin təşkili istiqamətində Sosial Xidmətlər Agentiliyinə və xüsusən də  ölkə prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildiriblər. AzGƏC-in  sədri S. Abdullayev çıxışında belə şənliklərin təşkilini ölkə rəhbərliyinin əlil vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsi olduğunu və əlil və tipik insan cəmiyyətləri arasında mövcud süni baryerlərin qaldırılması istiqamətində öz töhfəsini verdiyini qeyd edib. S. Abdulllayev həmçinin ölkəmizin əlil vətəndaşa xüsusilə əlilliyin ən ağır kateqoriyası olan gözdən əlilliyə göstərdiyi diqqət və ehtiramın ökəmizdə  günü-gündən mədəni inkişaf və sivil yaşam tərzinin yüksəlişindən xəbər verdiyini və bu sahədə ölkə rəhbərinin xüsusi diqqətini bir daha vurğulayaraq şənliyin təşkili istiqamətində əməyi olan hər kəsə minnətdarlığını bildirib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatı "Dayaq" Təşkilatı ilə birgə hüquqi maarifləndirici görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirildi. Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri,  “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri  - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə daim diqqət və qayğı göstərdiyini bildirib. Polkovnik qeyd edib ki, həssas kateqoriyaya daxil olan bu şəxslərin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin bütün qurumlar, eləcə də hər bir vətəndaş qarşısında qoyduğu tapşırıqdır və hər kəs bu tapşırığı, şəhid ailələri, qazilər qarşısındakı öz vicdan borcunu layiqincə yerinə yetirməlidir. Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar. Təəssüf hissi bildirdilər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır. Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik. Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir. Qeyd edək ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.

Hamısını oxu
4 iyun terroru mənfur düşmənin vəhşiliyindən xəbər verir

İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtmışdır. Mənfur düşmənin  torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir. Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir! Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!   Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik.   Müşfiq Məmmədli Millət vəkili

Hamısını oxu