Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib

Bakı, 21 oktyabr, AZƏRTAC  Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

2020-10-21 00:00:00
3565 baxış

Digər xəbərlər

“Azərbaycanın təhlükəsizlik orqanları peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasındadır”

Məşhur Məmmədov: “İşğalçı Ermənistan üzərində tarixi qələbənin əldə edilməsində onların da böyük xidməti var” Bu gün – martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır. Qeyd edək ki, bu əlamətdar hadisə Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı elan edilmişdir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, dövlətimizin təhlükəsizliyinin təmin edilməsində onların mühüm rol oynadığını bildirib: “Bu gün Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Mən bu münasibətlə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən təhlükəsizlik orqanlarında aparılan islahatlar nəticəsində bu qurumların fəaliyyəti daha effektiv şəkildə təşkil olunmuş, dövlətimizin, xalqımızın təhlükəsizliyinin etibarlı şəkildə təminin istiqamətində böyük uğurlara nail olunmuşdu. 44 günlük Vətən müharibəsi dönəmində, düşmən təxribatlarının qarşısının alınmasında, vətəndaşlaırmızın təhlükəsizliyinin təmin edilməsində xüsusi peşəkarlıq və fədakarlıq sərgiləmişdilər. Bu gün də Azərbaycanın təhlükəsizlik orqanları  öz peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasında yer almaqdadır və bu, bizim hər birimizdə haqlı olaraq qürur hissi doğurur. İnanıram ki, dövlətimizin təhlükəsizlik orqanları bugünə qədər olduğu kimi, bundan sonra da ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və bədxah qüvvələrin məkirli niyyətlərinin qarşısını mətinliklə alacaqdır”. Seymur ƏLİYEV

Hamısını oxu
“Beynəlxalq hüquq normaları Azərbaycan tərəfindədir”

“Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb” Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə münasibət bildirib.Dövlət başçısı qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Hazırda sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.İkili siyasət aparanlar unudurlar ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Dünyanın aparıcı dövlətləri ikili siyasətdən əl çəkib iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu
Hərbi-siyasi gərginlik mənbəyi: tərksilah mütləqdir!

Hamısını oxu
“Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”

Cəlil Xəlilov: “Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”   Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın nizami ordusunu formalaşdırması ilə bağlıdır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik tariximizdə bir sıra ilklərə imza atdığı heç kimə sirr deyil. Bu cür ilklərdən biri də ölkəmizdə nizami ordunun formalaşdırılması ilə əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər bir öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi. Ümummilli lider Heydər Əliyev nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşısılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artıırlması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayanmdıran nizami ordu formalaşdırıldı”. Polkovnik qeyd edib ki, nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dönəmində yetişdirdiyi milli hərbi kadrlar həlledici rol oynayıb: “Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün ilk növbədə peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində  Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev, nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədi ilə dünyanın müxtəlif dövlələrinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, bəlli bir müddətdən sonra Azərbaycan ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi.Bir tək bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”. Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı ki, məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu: “Heydər Əliyevin ordu quruculuğui siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir”.  

Hamısını oxu