Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama..
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
Hamısını oxu
22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir. 22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib. Tədbirdə şəhid Ramiq Mikayılovun anası Gülgəz Mikayılova, Millət vəkili Vüqar İsgəndərov, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, təşkilatın sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid ailələri, Qazilər, şəhidin doyüş yoldaşları, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər. Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmış şəhid Ramiq Mikayılovun şərəfli ömür yolundan söz açıblar. Qeyd ediblər ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnək nümunəsidir. şəhidlərin adlarının əbədiləşdirilərək onların ləyaqətli ömür yollarını yeni nəsilə qeyrət mücəssəməsi kimi təqdim edilməsi təqdirəlayiqdir. Tədbiri MİRİİB sədri Zamin Zeynal açaraq qeyd edib ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən davamlı olaraq belə mənəvi dəstək ruhlu tədbirlər keçirilir. Zamin Zeynal onuda bildirib ki, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlər, uca yaradan Allahın dərgahında seçilənlərdir. Bu yolda sağlamlığını itirmiş Qazilər Allahın sevimli bəndələridir. Natiq onu da xüsusi olaraq vurğulayıb ki, xalqımızı 44 günlük haqq savaşında dəmir yumruğu ətrafında birləşdirən Dövlət Başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını əsas götürərək ölkəmizin həssas təbəqəsinə diqqət və qayğı yönümündə həyata keçirilən sosial siyasətə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi Xalq-iqtidar birliyi fonunda gələcəkdə də davam etdirilmədir. Şəhid Ramiq Mikayılovun anası Gülgəz Mikayılova çıxış edərək bildirib ki, oğlunun doğum günü ilə bağlı belə bir tədbirin təşkil edilməsi şəhid və şəhid ailələrinə göstərilən növbəti vətandaş cəmiyyətinin diqqət nümunəsidir. Belə mənəvi dəstək ruhlu tədbirlərin təşkil edilməsi Şəhid anaları üçün mənəvi təsəllidir. Tədbirlə bağlı "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şəhidlər ölməz, vətən bölünməzdir, vətənimizin azadlığı, torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin cəsarəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğu nəticəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birmiz şəhidlərimizə, qazilərimizə dərin hörmət və diqqətlə yanaşmalıyıq. Hər zaman əməli, işgüzar fəaliyyətimizlə şəhidlərimizin adlarının əbədiləşməsi, qazilərimizin sağlamlığı ilə bağlı olduqca önəmli məsələlərdə bu sayaq birgə səylərimizi daha da artırmalıyıq.
Hamısını oxu
General-mayor Müşfiq Məmmədov: “Şəhidlər bizim baş tacımızdır!” “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!” Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb: “Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”. Seymur ƏLİYEV
Hamısını oxu