Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX-nın keçirdiyi bu görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır”

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən, bu tarixi qələbənin hərbi-siyasi, iqtisadi-mənəvi əhəmiyyətindən danışılıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  Ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb::

“Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi həm qazilərimizə hörmət və ehtiram göstəricisi, həm də vətənpərvərlik tərbiyəsinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Bu, dövlət başçısının şəhdilərimizə, qazilərimizə verdiyi yüksək qiyməti, sonsuz ehtiram və məhəbbəti göstərir. Bu baxımdan, şəhid ailələrinə, eləcə də müharibə iştirakçılarına daim qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur.

DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə belə bir görüşün keçirilməsi hər şeydən öncə mənəvi baxımdan böyük önəm kəsb edir. Bu, dövlətimizin bir an belə olsun qazilərimizi diqqətdən kənarda qoymadığını, onların qəhrəmanlığının, tarixi xidmətlərinin təbliğinə xüsusi önəm verdiyi göstərir.

Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbayacan xalqı öz qəhrəmanlarını unutmur və onlarla ünsiyyətə mənəvi ehtiyac hiss edir.

Mən belə bir görüşü təşkil etdiyinə görə DTX-ya, onun rəhbərliyinə təşəkkür edirəm. Qürur hissi ilə vurğulayıram ki, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi DTX-da ənənə halını alıb. Hansı ki, bu tendensiya milli-mənəvi dəyərlərimizin təbliği, qəhrəmanlarımızın gənclərə tanıdılması baxımından həyati əhəmiyyətə malikdir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır”.

Seymur ƏLİYEV

2025-08-30 11:40:34
2688 baxış

Digər xəbərlər

Yeni uşağı doğulmuş kişi və qadınlara şad xəbər

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri sosial məzuniyyətlərlə bağlı müvafiq maddələrin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni məzmunda 3-cü və 4-cü hissələr əlavə edilmişdir: “3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. 4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”  

Hamısını oxu
“Bu cür tədbirlər milli-mənəvi dəyərlərimiz təbliği, vətənpərvərlik nümunəsidir”

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Anım Günü münasibətilə Novxanı və Binəqədidə şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələri verilib, şəhid məzarları ziyarət olunub. (https://veteran.gov.az/az/news/3040-novxanida-27-sentyabr-anim-gunu-ile-bagli-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib ). İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrələrində ümumilikdə 400 nəfər iştirak edib ki, onların arasında həssas kateqoriyadan olan vətəndaşlar üstünlük təşkil edib. Veteran.gov.az-a açıqlamasında bu cür tədbirlərin önəminə diqqət çəkən millət vəkili Elman Məmmədov, belə addımların milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Bu cür tədbirlərin təşkili şəhid ailələri və qazilərə qayğı nümunəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik nümunəsidir. Azərbaycanda hər zaman şəhid ailələrinə böyük ehtiram hissi ilə yanaşılıb, şəhidlərin xatirəsi əziz tutulub. Bu, bizim dövlət siyasətimizdə də öz əksini tapıb. Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Sevindiricidir ki, dövlətimizin bu siyasəti yerlərdə iş adamları tərəfindən də dəstəklənməkdə, təbliğ olunmaqdadır. Anım Günü ilə bağlı şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələrinin təşkili, şəhid məzarlarının ziyarət olunması şəhdilərimizə olan sonsuz sevgi və ehtiramdan xəbər verir. Bu kimi tədbirlər göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç vatx unutmur, onların xatirəsini əziz tutur, onların həyat və döyüş yolunun təbliğinə ciddi önəm verir”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.   Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək   Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.   Ermənistana növbəti ciddi xəbərdarlıq   Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.   Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir   Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.   Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun, urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal rolunun növbəti nümayişi oldu. 182 ölkədən 45 mindən çox iştirakçının qatıldığı forum təkcə şəhərsalma məsələlərinin müzakirə edildiyi beynəlxalq platforma deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təqdimatı baxımından mühüm siyasi və strateji hadisə kimi yadda qalacaq.Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də siyasi mesajları baxımından xüsusi diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətini tarixi irsin qorunması, müasir urbanizasiya, postmünaqişə bərpası və ekoloji transformasiya kimi əsas istiqamətlər üzərindən təqdim etdi.Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Bakı qədimliklə müasirliyin harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. Dövlət başçısı İçərişəhərdən başlayaraq Bakı bulvarına, XIX əsr Avropa memarlığına qədər paytaxtın memarlıq müxtəlifliyini Azərbaycanın tarixinin və sivilizasiya kodunun göstəricisi kimi təqdim etdi. Prezidentin “qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur” fikri Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas tezisi kimi ön plana çıxdı.Çıxışda diqqət çəkən mühüm məqamlardan biri 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması oldu. Bu qərar dövlətin urbanizasiya siyasətinə strateji səviyyədə yanaşdığını göstərir. Prezident İlham Əliyev forumun Azərbaycanda keçirilməsini ölkəyə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdi və UN-Habitat ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığını, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Prezidentin təqdim etdiyi rəqəmlər həyata keçirilən quruculuq prosesinin miqyasını açıq şəkildə nümayiş etdirdi: son beş ildə 70 kilometr tunel çəkilib, 500 körpünün 435-i inşa olunub, beynəlxalq hava limanları, dəmir yolları, enerji və su infrastrukturu yaradılıb.Bu hissədə Prezident İlham Əliyevin əsas siyasi mesajlarından biri diqqət çəkdi: “Torpağın həqiqi sahibi yalnız qurur və yaradır”. Dövlət başçısı bununla Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi yanaşmanı – dağıntı deyil, quruculuq və reinteqrasiya siyasətini ön plana çıxardı. Hazırda 85 mindən artıq insanın keçmiş işğal olunmuş ərazilərdə yaşaması Böyük Qayıdış proqramının artıq real nəticələr verdiyini göstərir.Prezident İlham Əliyev şəhərsalmanı yalnız tikinti və memarlıq məsələsi kimi deyil, sosial rifah və insan həyatının keyfiyyətini müəyyən edən strateji siyasət sahəsi kimi təqdim etdi. Dövlət başçısı vurğuladı ki, insanların rahat yaşayışı üçün məktəblər, xəstəxanalar, sənaye zonaları və məşğulluq imkanları paralel şəkildə yaradılır. Bu yanaşma müasir urbanizasiya konsepsiyasının əsas prinsiplərinə tam uyğun gəlir.Prezidentin çıxışında Bakının ekoloji transformasiyası da xüsusi yer aldı. Dövlət başçısı qeyd etdi ki, neft sənayesinin uzun illər yaratdığı ekoloji problemlərə baxmayaraq, son 20 ildə paytaxtın böyük hissəsi tamamilə yenilənib. Vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan “Qara şəhər”in bu gün “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın ekoloji şəhərsalma modelinin ən uğurlu nümunələrindən biri kimi təqdim olundu.İlham Əliyevin Formula 1 yarışını şəhər idarəçiliyi ilə müqayisə etməsi isə çıxışın ən yadda qalan siyasi-mənəvi mesajlarından biri oldu. Prezident bildirdi ki, şəhər rəhbərləri və qərar qəbul edənlər sürətli inkişafla tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar. Dövlət başçısının fikrincə, inkişafda cəsarətli olmaq vacibdir, lakin tarixi irs məsələsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.Forum çərçivəsində BMT rəhbərliyinin və UN-Habitat nümayəndələrinin çıxışları da Bakının beynəlxalq urbanizasiya gündəliyində mühüm mərkəzə çevrildiyini göstərdi. BMT Baş katibi Antonio Quterreş forumun qlobal şəhərsalma problemlərinin həllinə təkan verəcəyini vurğuladı. UN-Habitat rəhbərliyi isə Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi qeyd etdi.WUF13 forumu bir daha göstərir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində öz modelini təqdim edən dövlətlər sırasında yer alır.Prezident İlham Əliyevin çıxışında səslənən mesajlar Azərbaycanın urbanizasiya siyasətinin əsas prioritetlərini – tarixi irsin qorunması, müasir infrastrukturun qurulması, ekoloji transformasiya və insan amilinə əsaslanan inkişaf modelini aydın şəkildə ortaya qoydu.Bakıda keçirilən forumun nəticələri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində regional təcrübə mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu proses dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq qalır. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu