Şuşa işğaldan azad edildi
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi! Gözün aydın Azərbaycan! Yaşa, yaşa Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi! Gözün aydın Azərbaycan! Yaşa, yaşa Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Veteran.gov.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı yeni kitabı işıq üzü görüb. ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib. Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rolun və üzləşdiyi çətinliklərin təhlil edildiyi kitab prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub. Beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu ifadə edilib. F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik, o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib. O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb. “Böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən Altun bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib. Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib. O, Türkiyənin bütün aktyorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb. Sözügedən kitab Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilib. Qeyd edək ki, Fəxrəddin Altunun daha əvvəl “Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, “Türkiyədə mətbuat azadlığı”, “Terrorun kökləri və terrorla mübarizə strategiyası”, “15 iyulda media” və “Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu texnika metal yığınından başqa bir şey deyil” Son vaxtlar Ermənistanın Müdafiə Nazirliyi işğalçı ordunun müasir silahlarla təchiz olunduğu, hərbi arsenalını yeni texnika ilə gücləndirdiyi ilə bağlı daxili auditoriyaya hesablanan bəyanatlar səsləndirməkdədir. Moderator.az-a açıqlamasında bu bəyanatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın məlum bəyanatlarının gülünc olduğunu vurğuladı: “Ermənistanın Müdafiə Nazirliyinin işğalçı ordunun guya müasir silah-sursat və hərbi texnika ilə təmin olunması ilə bağlı verdiyi bəyanatlar tamamilə absurddur və daxili auditoriyaya hesablanıb. Bu gün Ermənistan ordusunda silahlanmaya qəbul edilən silahlar ötən əsrin 60-70-ci illərində sovet dönəminə məxsus texnikaladır. Hansı ki, onlar həm texniki, həm də psixoloji baxımdan tamamilə köhnəlib və müasir tələblərə əsla cavab vermir. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, erməni ordusu Azərbaycan ordusundan bütün parametrlər üzrə, eləcə də hərbi-texniki baxımdan əhəmiyyətli dərəcədə geridə qalır. Heç bir iqtisadi-maliyyə resursu olmayan, tamamilə ianə və kreditlərdən asılı olan Ermənistan müasir texnika almaq imkanına malik deyil. Buna görə də düşmən orudadakı texnikanın keyfiyyətini deyil, köhnə sovet texnikaları hesabına sadəcə kəmiyyətini artırmaqla erməni ictimaiyyətini aldatmağa, güclü ordu görüntsü yaratmağa çalışır. Hansı ki, Ermənistan ordusundakı hərbi texnika metal yığınından başqa bir şey deyil. Bu gün Ermənistan ordusunda döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyət də olduqca ağırdır. Fərarilik ötən illərdə olduğu kimi, bu gün erməni ordusunun ən ağır problemlərindən birini təşkil edir. Belə olan halda güclü ordu, müasir texnika, yüksək döyüş hazırlığı haqqında danışmaq cəfəngiyyatdan başqa bir şey deyil”. Seymur ƏLİYEV
Hamısını oxu
Hamısını oxu
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.
Hamısını oxu