Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib




Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, Nərimanov Rayon İcra Hakimiyyətinin təmsilçiləri, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri RVT-nın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov acmış gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışdır. C.Xəlilov bildirmişdir ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdə birini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq demişdir: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur”. Tədbirdə çıxış edən veteranlar Fatma Səttarova, Adil Haqverdiyev, Cahangir Nəsirov, Nərimanov İcra başçısının müavini İlqar Mirzəyev və başqaları da gənclərə öz dəyərli tövsiyələrini çatdırdılar. Azərbaycan naminə gələcək fəaliyyətlərində onlara uğurlar arzuladılar. Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və başqaları gənclərin onlara göstərilən etimadı doğruldulacağına, layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdilər. Sonda xatirə şəkili çəkdirildi.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-“QEOŞSD” İ.B. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihə çərçivəsində bayram şənlikləri təşkil edilib. Bayram şənliyində yuxarıda adları qeyd edilən bölgələr üzrə görmə imkanları məhdud olan uşaqların bayram şənliyində iştirakı təmin edilmiş və uşaq və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulub. Bayram şənliyi Gəncə şəhəri, “Sərinim” Restoranında təşkil olunub. Şənlikdə Gəncə Şəhərində eləcə də ətraf Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Ucar və Yevlax rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələr iştirak edib. Bayram şənlinliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib. Şənlikdə yüzdən çox uşaq və onları müşayiət edən şəxslər iştirak ediblər. Şənlikdə Novruz Bayramı personajları ilə yanaşı el adət ənənələri və görmə məhdudiyyətli uşaqlar üçün müyəssər əyləncələr təşkil olunub. Bayram şənliyinin təşkilatçısı Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-nin rəhbəri Reyhan Cəfərova çıxışında Sosial Xidmətlər Agentliyinə və tədbirdə iştirak edən gözdən əlil uşaqlar və onları müşayiət edən şəxslərə xüsusi təşəkkürünü bildirib. Bayram şənliyinə dəstək verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Cəmiyyətin Gəncə şəhər regional Təşkilatının rəhbərliyi bu tip tədbirlərin təşkili istiqamətində Sosial Xidmətlər Agentiliyinə və xüsusən də ölkə prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildiriblər. AzGƏC-in sədri S. Abdullayev çıxışında belə şənliklərin təşkilini ölkə rəhbərliyinin əlil vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsi olduğunu və əlil və tipik insan cəmiyyətləri arasında mövcud süni baryerlərin qaldırılması istiqamətində öz töhfəsini verdiyini qeyd edib. S. Abdulllayev həmçinin ölkəmizin əlil vətəndaşa xüsusilə əlilliyin ən ağır kateqoriyası olan gözdən əlilliyə göstərdiyi diqqət və ehtiramın ökəmizdə günü-gündən mədəni inkişaf və sivil yaşam tərzinin yüksəlişindən xəbər verdiyini və bu sahədə ölkə rəhbərinin xüsusi diqqətini bir daha vurğulayaraq şənliyin təşkili istiqamətində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Hamısını oxu
2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".
Hamısını oxu
Dünyanın ən dəhşətli müharibələrindən olan faşizm üzərində qələbədən 76 il ötür. Azərbaycan xalqı da istər ön cəbhədə, istər arxa cəbhədə qələbə üçün öz töhfəsini verib, Vətəni işğaldan qurtarmaq üçün malını, canını fəda edib. II Dünya muharibəsi veteranı Tofiq Hüseynov gənc yaşlarından odun-alovun içinə atılan və qələbədə öz payı olan qəhrəmanlarımızdandır. O, 1922-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Hələ məktəb yaşlarından hərbi təyyarəçi olmaq istəsə də, səhhəti buna imkan verməyib. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.T.Hüseynov: "Birinci növbədə bütün əsgərlərdə qələbəyə, rəhbərə inam, komandirlərə inam böyük idi. Komandir əsgərlə çiyin-çiyinə düşmən səngərinə şığıyanda əsgər daha da ruhlanırdı. Daha fədakarlıqla döyüşürdü. Stalinin "bir addım geri çəkilmək olmaz" əmri var idi. Qorxaqlar, fərarilər yerindəcə güllələnirdi. Azad edilən yerlərdə mülki əhalini incitmək, qarət, oğurluq qəti qadağan idi. Hər səhər düzülüşündə kamanda verilirdi ki, əsgərlər çantaları yerə qoysun və iki addım geriyə çəkilsin. Yoxlayırdılar ki, qarət edən olub, ya yox. Müharibə — qələbəsindən, məğlubiyyətindən asılı olmayaraq, bütün halı ilə dəhşətlidir. Aclıq, susuzluq, hər gün insan itkisi, hər gün dəyişən sıra yoldaşların… Bunlar hələ müharibənin bir hissəsidir. "Suxoy payok" verilirdi. Qızdıra bilmirdik. Bir işıq gələn yeri darmadağın edirdi düşmən. Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik". 99 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 76 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri işləyib. Hazırda 99 yaşının olmasına baxmayaraq, yenə ictimai fəaliyyətlə məşğuldur. O, hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. 24 fevral qocaman veteran Tofiq Hüseynovun doğum günüdür. Bu il qəhrəman veternımız üçün əlamətdar illərdən olmuşdur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə T.Hüseynovun həyat eşqini daha da artırmışdır. Ad günün mübarək sonuncu süvari, qəhrəman veteran Tofiq Hüseynov.
Hamısını oxu