Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əliyev heç kimin bacarmadığını etdi - Kedmi

Azərbaycan və məqsədlərinə çatan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində mütləq qalib oldu. Bunu jurnalist Vladimir Solovyovun Yutub kanalında İsrailin “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi deyib. “O, ermənilər tərəfindən tutulan Azərbaycan ərazilərini fəth etdi. Bu gün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi müzakirə edilmir, statusun necə saxlanılması məsələsi müzakirə olunmur. Bu müəyyənləşdirilməmiş statusun necə dəyişdiriləcəyi sualı müzakirə olunur. Və Ermənistanda quduz insanların istəklərinə əsasən statusun dəyişməyəcəyi də aydındır. Onların fürsəti var idi, Azərbaycanla razılığa gəlib, belə biabırçı məğlubiyyətə uğramadan orada qala bilərdilər”, - Y.Kedmi bildirib. Solovyovun “Əliyev Paşinyanı tamamilə məhv etdi və ölkə prezidenti kimi göründüyü halda , Paşinyan nədənsə Şuşada qastrol səfərini təşkil edən pis rəqqasa oxşayırdı” ifadəsinə cavab olaraq Kedmi bu iki nəfəri müqayisə etməyin ümumiyyətlə yersiz olduğunu qeyd edib. “Onlar nə təhsildə, nə təcrübədə, nə də dövlət düşüncəsində müqayisə edilə bilməz. Əliyev əvvəllər heç kimin bacarmadığını edib. O, Azərbaycanın milli problemlərindən birini həll etdi. O, Azərbaycanı həm beynəlxalq, həm də milli nöqteyi-nəzərdən gücləndirdi. Və o sübut etdi ki, hakimiyyət Azərbaycan xalqının maraqlarına xidmət edir”, - İsrail xüsusi xidmətinin keçmiş rəhbəri deyib. (oxu.az)

2020-11-15 00:00:00
3313 baxış

Digər xəbərlər

Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 26-dа Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib.   Turnirin açılış mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, eləcə də, Vətən müharibəsinin qaziləri, şəhid valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.   Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu və cavab tədbirləri olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib: “Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran igid oğul və qızlarımız qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni yurdumuzdan həmişəlik qovdular. Bu günlər böyük qürur hissi ilə xalqımız Qələbənin ildönümünü qeyd edir. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anırıq. Onların xatirəsi hər zaman yaddaşlarda yaşayacaq”.   Şəhid Muxtar Qasımlının atası Əli Qasımov qeyd edib ki, tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu düşməni torpaqlarımızdan qovub, həm də xalqımızın hərb və qürur tarixini yazıb: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu torpaqlarımızı düşmən işğalından azad etməklə, həm də xalqımızın hərb və qürur tarixini yazıb. Xalqımızın 30 illik həsrətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi böyük Zəfərdir. Bu gün vətənpərvər, cəsarətli gənc nəsil yetişir və biz yaşlı nəsil onlarla qürur duyuruq”.   Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə Azərbaycan xalqının bu günlərdə böyük iftixar hissi və fəxrlə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd etdiyini bildirib: “Azərbaycan xalqı bu günlərdə böyük qürur hissi ilə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd edir. Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək”.   O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.   Sonra Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid valideynlərinə, eləcə də idman ictimaiyyətinin nümayəndələrinə, turnirlərin qaliblərinə “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlar təqdim edilib.   Mərasimin rəsmi hissəsindən sonra nümunəvi çıxışlar nümayiş etdirilib.   Daha sonra turnir yarışlarla davam edib. Turnirin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib.  

Hamısını oxu
V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il

Hamısını oxu
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş yeni video-çarx hazırlanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə,  Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
II Dünya müharibəsi iştirakçısı Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu vəfat etmişdir.

Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Mozdokdan Berlinə qədər döyüş yolu keçən Əlikişi Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb. Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub. 1988-ci ildən təqaüddə olan Əlikişi Çümşüdov hər zaman gənclərə örnək olub. Əlikişi Cümşüdov 44 günlük Vətən müharibəsini qürurla izləyirdi. Qələbə sevincini yenidən yaşadı, ata-baba yurdunun düşməndən alınması ilə... Allah rəhmət eləsin.

Hamısını oxu