Ən son xəbərlər
23 fevral 2021-ci ildə Tədbirdə tarixən mənfur faşizm ideologiyası ilə xalqımıza qarşı amansız düşmənçilik həyata keçirən ermənilərin törətdikləri faciələrdən söz açıldı. Tədbirdə çıxış edən RVT –nin şöbə müldiri, professor Bəhram Zahidov qeyd etdi ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verib. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd edib ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Çıxış edən İSBAM sədri Samir Adgözəlli 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Qələbənin erməni faşizmin məğlubiyyəti olduğunu bildirdi. Mart, Xocalı soyqrımı kimi faciələr ermənilərin məkirinin göstərcisidir və belə hadisələrin təkrarlanmaması düşmənə dəmir yumruğumuz və həmrəyliyimizlə lazımı cavab verməyə daim hazır olmağımızı vurğuladı. Tədirin digər çıxışçıları–polkovnik Həmid Cəfərov, Natiq Bədəlov və başqaları Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunduğunu bildirdilər. Xocalı faciəsi təsadüfi hadisə olmadığını, bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəmədiklərini nümayiş edirdiyini qeyd etdilər. Lakin hiyləgər, mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi. Qəhrəmanlıq və dəyanət nümayiş etdirdirərək ədaləti bərpa etdiyimizi vurğuladılar. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
23 fevral 2021-cı ildə Respublika Veteranlar Təşkilatında Gənclər və İdman nazininin müavini ilə təşkilatın rəhbərliyinin görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova rəhbərlik etdiyi təşkilatın ölkəmizin ictimai həyatında xüsusi yeri və rolu olduğunu bildirdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də, veteranların sosial təminatının yaxşılaşdırılması, onlara hüquqi yardımların edilməsi istiqamətində və bu kimi məsələlərdə təşkilatın gördüyü işlər haqqında məlumat verdi. Sədr II Dünya müharibəsi, Qarabağ və 44 günlük müqəddəs Vətən müharibəsində tarix yazan qəhrəmanların, Silahlı Qüvvələr, əmək veteranlarının həyat və fəaliyyətlərinin gənclərə daim örnək olduqlarını, vətən və millət yolunda canından, sağlamlığından keçən şəxslərin tanıdılması yönündə Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyəti haqqında danışdı. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov yaşadığımız mürəkkəb zamanda erməni separatçılarının timsalında faşizm kimi mənfur ideologiyanının məğlub edilməsini regionda və dünyada sülhün, əmin-amanlığın qorunmasına verdiyimiz tövhə kimi qiymətlədirdi. O, gənclər və veteranlarıa göstərilən diqqət və qayğını Prezident İlham Əliyevin bu sahələrdə uğurla həyata keçirdiyi siyasi kursun göstəricisi kimi vurğuladı. Gənclər və İdaman nazirliyi ilə Respublika Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlığının ölkəmizdə gənclər siyasətinə və veteran hərəkatına tövhələr verəcəyini bildirdi. Gənclər və idman nazirinin müavini İntiqam Babayev göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Ölkəmizdə gənclər siyasətinin dünyaya nümunə olacaq səviyyədə təşkil edildiyini bildirdi. Ölkə rəhbərliyinin bu sahəyə ayırdığı diqqət və qayğısının günü–gündən daha da artığını qeyd etdi. İ.Babayev “44 günlük Vətən müharibəsində gənclərin və veternaların həm ön, həm də, arxa cəbhədə göstərdikləri fədakarlıqları sözlə ifadə etmək mümkünsüzdür. Hər bir Azərbaycan gənci Ali Baş Konamdan ətrafında sıx birləşərək dəmir yumruğun gücünə güc qatdı. Vətənpərvərliyi, həmrəyliyi, qəhrəmanlığı veteranlardan əmanət alan gənclərimiz hər zaman vətənimiz Azərbaycan və onun xalqının təssübkeşi, dayağı olacaqdır. Respublika Veternalar Təşkilatı ilə Gənclər və İdman nazirliyinin səmərəli əməkdaşlığı hər zaman davam edəkdir. Bu əməkdaşlıq respublikamızın çiçəklənməsinə öz tövhəsini gələcəkdə də verəcəkdir”. Görüşdə gənclər və veteranların bir sıra lahiyələrdə birlikdə çıxış etmələri, qarşılıqlı əməkdaşlığın daha da artırılması və prespektivləri müzakirə edildi. Dünyada və ölkəmizdə məlum pandemiya şəraiti nəzərə alınmaqla bəzi gündəlikdə duran məsələlərin icrasının vacibliyi vurğulandı. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxuMüdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovun görüşü keçirilib. Görüşdə çıxış edən II Dünya müharibəsi veteranı Fatma Səttarova 44 günlük Vətən müharibəsini Azərbaycan şanlı tarixinin ən parlaq səhifəsi adlandırdı. F.Səttarova: “Müqəddəs Vətən müharibəsi dövlətimiz və xalqımız üçün olduqca əhəmiyyətli idi. Biz torpaqlarımızı qaytardıq, faşizmi məğlub etdik. Bu müharibə xalqımızın vətənpərvərlik, birlik və rəşadətinin bir daha sübütu oldu. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşməni cəbhədə, diplomatiyada və eləcə də, dünya mediasında məğlub etdik. Bu gün fəxlə deyə bilərik ki, biz qəhrəman, qalib millətik. Təəssüf ki, müharibə şəhidsiz, xəsarətsiz olmur. Sizlər Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər əllərindən gələni edirlər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Hər bir azərbayanlı sizlərə borcludur. Bu qələbəni ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimiz və siz qəhrəman qazilər bizlərə bəxş etmisiniz. Respublika Vetreranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış edib, şəhid ailələrinə, qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərildiyini və bu sahədə dövlət tərəfindən bütün lazımi işlərin görüldüyünü bildirib. O, respublikamızın şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dünya miqyasında nümunə sayıldığını vurğulayıb. C.Xəlilov “Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət respublikamızın daha da güclənməsinə təkan verəcəkdir. Yaralı hərbiçilərimizin sağlamlığına qovuşması üçün bütün zəruri tədbirlər görülür, hospitallar, reabilitasiya və sosial xidmət müəssisələrində bunun üçün hər cür şərait yaradılıb. Respublikamızda həyata keçirilən və günü-gündən təkmilləşdirilən sosial layihələr hər bir Azərbaycan vətəntaşını, xüsusən şəhid ailələrini, qaziləri və müharibə iştirakçını əhatə edir. Hər biriminizə Allahdan can sağlığı arzulayıram. İnanıram ki, təcrübəli həkimlərimizin rəhbərliyi ilə hospitalın tibbi personalı sizin sağlamlığınızı tezliklə bərpa edəcək. İşğaldan azad edimiş torpaqlarımızda yeni, müasir tələblərə cavab verən, şəhər, qəsəbə və kəndlərin inşa edilməsində, Respublakamızın çiçəklənməsində Sizlər fədakarlıqla bundan sonar da əzmlə çalışacaqsınız. Sizlər - rəşadətli və qorxmaz əsgər və zabitlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqsınız”. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Respublika veteranlar Təşkilatının sədri Fatma xanım Səttarova II Dünya müharibəsinin Azərbaycan tarixininə qızıl hərflərlə yazıldığını bildirdi. F.Sattarova “Bu gün müharibənin bitməsinini 76-cı ildönümünu qeyd edəcəyik, bu uzun müddətdir, lakin müharibə hələdə unudulmayıb, hər birimizə təsiri davam edir. II Dünya müharibəsi qəhrəmanlıq tariximizdi. Bizim üçün bu tarix yenidən təkrarlandı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə xalqımızın mübarizlik əzminin, əyilməzliyinin, ədalətsizlik və faşizmlə heç bir zaman barışmazlığının bir daha sübütu oldu”. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində Azərbaycan oğullarından Qələbənin əldə edilməsində qəhrəmanlığı ilə seçilən Tofiq İsmayılov kimi övlad yetişdirmiş Kazım İsmayılov, minlərlə yaralını həyata qaytarmış, Berlinə qədər şərəfli döyüş yolu keçmiş göstərdiyi rəşadət və şücaətə görə bir sıra orden və medallara layiq görülən Əli Bakıxanovun və Azərbaycan SSRİ əməkdar incəsənət xadimi, 1941-1945-ci illər müharibəsdə dəfələrlə fərqləmiş və uzun müddət Bakı şəhər Sovetinin deputatı olmuş İbrahimov İsaq və onların timsalında 700 mindən artıq oğul, qızlarımızın bu gün də fəxr və iftixarla xatırlandığını bildirdi. Övladlarının onların qəhramanlıq yolunu daim xatırladığını və layiq olduğunu hər zaman sübut etdiyini qeyd etdi. Cəfərova Lalə İshaq qızı, Bakıxanov Arifə Əli qızı və İsmayılova Səbinə Tofiq qızı (İsmayılov Kazımın nəvəsi) 1941-1945-ci illər II Dünya müharibəsinin unudulmayacağını və tariximizin gələcəyimizi işıqlandırdığını bildirdilər. Onlara Respublika Veteranlar Təşkilatında göstərilən etimada görə təşəkkür etdilər. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının təsis etdiyi “II Dünya müharibəsində Qələbənin 75 illik yubiley medalı”nı qonaqlara təqdim etdi. Onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Daha sonra çay süfrəsi ətrafıda səmimi söhbət davam etdirildi.
Hamısını oxuRespublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə bir grup 44 günlük Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. C.Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Sizlərin timsalında minlərlə qəhrəmanımız Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri leytenant Nəsirov Orxan və əsgərlər Qasımlı Kamran və Alızadə Tamerlan və onlar kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Fəxri Fərmanları, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri Məhəmməd Vəliyev isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatlarını 44 günlük Qarabağ müharibəsi qəhrəmanlarına təqdim edilər.
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib. Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verib. Veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsində fəaliyyət, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn ölkələrdən biri olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanıldığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Görüşdə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsində xüsusi yeri və rolu olduğunu, eləcə də Azərbaycan veteranlarını tarixin hər bir mərhələsində xalqımızın pasionar qüvvəsi kimi qeyd edib. 1941-1945-ci illər İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir. Veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. A.Kərimov görüşdəki fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərəkatına xüsusi töhfə verəcəyini diqqətə çatdırıb. Qısa zamanda Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.
Hamısını oxu
Plenumda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib Bakı, 16 fevral, AZƏRTAC Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib. C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib. Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib. Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər münasibətilə ölkəmizin çoxsaylı veteranları adından Sizi - bu Qələbənin memarını ürəkdən təbrik edirik. Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan bu Qələbəyə doğru çətin və şərəfli yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbr və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda müqəddəs Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz. Siz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, ölkə vətəndaşlarını öz ətrafınıza səfərbər edərək milli birlik formalaşdırdınız. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız. Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular. Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etdi, torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və milli təhlükəsizliyinin bərpasına nail oldu. Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz. Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə qürur duyur. Əminik ki, yüz illər bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər. Bu gün Siz ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları və veteranlar adından Sizə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, həm də erməni faşizmi üzərində növbəti qələbə deməkdir” “Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”. Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik baş verənləri həm də erməni faşizmi üzərində növbət qələbə kimi dəyərləndirib: “Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza ata Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi erməni faşizmi üzərində növbəti qələbəmizdir. Bildiyiniz kimi, Azərbaycan dövləti faşist təmsilçisinin bundan öncə də bəzi ərazilərdə heykəlinin ucaldılmasına etiraz etmiş, bu heykəllərin sökülməsi üçün çağırışlar səsləndirmişdir. Məhz dövlətimizin səyi nəticəsində bəşəri cinayətlər imza ata Njdenin heykəli vaxtiylə ucaldıldığı bir sıra ərazilərdə sökülmüşdür. Faşist nökərinin Xocavənddəki heykəlinin sökülməsi də dövlətimizin qətiyyət və gücünün göstəricisidir. Azərbaycan dövləti bu kimi məsələlərdə sərgilədiyi prinsipiallıqla anti-bəşəri, qeyri-humanist ideya və dəyərlərin təbliğinə imkan verməyəcəyini, faşist düşüncə tərzinə qarşı qətiyyətlə mübarizə aparacağını göstərir. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri də dövlətimizin bu siyasətini təqdir etməli, faşizmin yenidər dirçəlməsinə, bəşəriyyətin yenidən faşizm təhlükəsi ilə üzləşməsinə imkan verməməlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib. “Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, -deyə dövlətimizin başçısı vurğulayıb. Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və Təşkilatın “Hüquq və kadrlarla iş” şöbəsinin müdiri professor Bəhram Zahidov e.o general-mayor İsgəndər Allahverdiyevi ad günü münasibəti ilə təbrik etdilər. Dövlət qarşısında xüsusi xidmətləri olan, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin ad günündə Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova və kollektivi adından ən xoş arzular çatdırdılar, vətən naminə fəaliyyətində yeni-yeni uğurlar dilədilər.
Hamısını oxu
Bu günlərdə Milli Məclisin deputatı Vüqar İskəndərovun təşkilatçılığı və Şəki şəhərinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə bağlı humanist aksiyaya start verilib. Dörd şəhid ailəsində olan uşaqların yüksək səviyyədə təhsil almasını təmin etmək üçün onlara aylıq təqaüd verilməsinə başlanılıb. Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev və digər deputatlar da şəhid və qazi ailələri ilə bağlı təşkil etdikləri çoxsaylı xeyriyyə tədbirləri ilə diqqət çəkir. AZƏRTAC xəbər verir ki, şəhid ailələri ilə bağlı belə xeyriyyə tədbirlərinin keçirilməsini təqdir edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib. O bildirib ki, deputatların iştirakı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə yardımların göstərilməsi alqışalayiq bir addımdır. Dövlətimiz hər bir şəhid və qazi ailəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir, onların hər bir ehtiyacını qarşılayır. Lakin bu məsələdə hər bir vətəndaşın da üzərinə mühüm öhdəliklər düşür. Bu gün şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyən hər kəs “YAŞAT” Fondu vasitəsilə dəstəyini göstərə, bu müqəddəs işə töhfə verə bilər. “Sevincidir ki, bu məsələdə deputatlar da ciddi fəallıq sərgiləməkdədir. Onların və digərlərinin bu istiqamətdə gördüyü işlər olduqca əhəmiyyətlidir. Onu da unutmaq olmaz ki, bu kimi aksiyaların önəmi sadəcə şəhid və qazi ailələrinin maddi rifahını yüksəltməklə qalmır, cəmiyyət üçün də mesaj rolunu oynayır. Bu mesajın mahiyyəti isə ondan ibarətdir ki, həyatını Vətən üçün qurban verən insanlar, onların ailə üzvləri heç vaxt unudulmur, hər zaman sevgi və ehtiram hissi ilə anılır. Mən şəhid ailələri və qazilərlə bağlı belə layihələrin həyata keçirilməsində iştirak edən hər bir vətəndaşımıza, o cümlədən iş adamlarına minnətdarlığımı bildirirəm”, - deyə polkovnik Cəlil Xəlilov vurğulayıb.
Hamısını oxu
Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini də Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır və 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don və Birinci Ukrayna cəbhələrində vuruşur və burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti də məhz bundan sonra başlayır. Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması və benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub. Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun və çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin və Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə də xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden və medallarla təltif olunur. Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır". Qəhrəmanın oğlu Firdovsi Sadıqov atasının sənədlərini səliqə ilə saxlayır, həm də onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Firdovsi Sadıqovun ağır sınaq illərində şərəfli döyüş yolu keçmiş hər bir Azərbaycan oğlunun və eləcə də atası Həmzə Sadıqovun həyatını hər zaman araşdırmış, və gənc nəslə örkən olan qəhrəmanlarımızı Azərbaycan gəncliyinə tanıtmışdır. Respublika Veteranlar Təşkilatı ilə daim əməkdaşlıq edən Firdovsi Sadıqov Təşkilatın gördüyü işlərdə yaxından iştirak edir. Firdovsi Sadıqovun fədakar əməyi hər zaman Respublika Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Rusiya Federasiyasının təsis etdiyi “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyik yubiley medalı”nı Firdovsi Sadıqova təqdim edildi.
Hamısını oxu