Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib
Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib. 27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: "... Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır"
Cəlil Xəlilov: "... Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır"

  27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir. Azərbaycan heç zaman müharibə istəməyib, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksütyun ideologiyası müharibəni qaçılmaz edib. Ermənistanın əsassız "dənizdən-dənizə Ermənistan" xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirib. Xalqımız isə heç zaman işğalla barışmayıb. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımızın ermənilərin ardıcıl hərbi təxribatları ilə "səbir kasası" dolub, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri edib. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdi.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a bildirib ki, hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür:  "Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də milli qürurunu, milli ləyaqətini bərpa etdi, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşdi. 27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib".   C.Xəlilov bəyan edib ki, 44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi:  "Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənpərvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi. 27 sentyabr həm də şəhidlərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq".  

Hamısını oxu
“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”
“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi”. Bunu saytımıza açıqlmasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünya üçün atılması gərəkən addımlara diqqət çəkib: “Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışı ilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşa etməyin formulunu təqdim etdi. Prezident bildirdi ki, belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina edilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır. Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur, onlarda məyusluq doğurur. Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib. 30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdan Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna görə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikili standartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəs daha diqqətə çatdırdı”. Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyi amillərdən biri də sülh faktoru olub: “Prezidentimiz bəşəriyyətin firarvanlığı və tərəqqisi baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnız sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər 2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edək ki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini yüksək qiymətləndirdiyini vurğuladı. Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.  Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin rifahına töhfə verməyə hazırdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı dik, qürurla və ehtiramla şəhidlərini yad edir.
Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı dik, qürurla və ehtiramla şəhidlərini yad edir.

Yenixeber.org: Bu tarix bir xalqın əsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaq həsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27 sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına "yetər!" dedi və tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrunda fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 gün boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eyni zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın gücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətin iradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyə çevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyi gündür.2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzində ərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dinc əhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü. Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha da gücləndirdi.Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən bizi çağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərində sevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necə döyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəs bir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isə Vətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızın iradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərin arxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı ilə Vətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yola salırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyən neçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycan əsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcə uydurma olduğunu da anladı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisidir. Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hər gün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa Böyük Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda bu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükə yaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqın israrlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı. Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızın işğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələnin həllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 il ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə dondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət suverenliyimiz tam təmin edildi. Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı. Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti, sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və uzaqgörən siyasət yürüdən qalib lider İlham Əliyev dünya gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi.  İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və milli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli media nümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bu müqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadə etdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir. Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıq tarixin yaddaşına yazıldı. Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bu müharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəm səhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələr şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızın sarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlham Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu. O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli kimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunu dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı. Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına qayıdış idi. Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milli ruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpa olunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir, məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var, çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün Qarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər bir bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıq sadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqın qələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heç zaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifi  xalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilə torpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib
Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Ş. Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Hamısını oxu
Danışır Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov
Danışır Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov

Hamısını oxu
“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”
“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur!  Zəfərin Memarları: 14 Qəhrəmanımızın doğum gününü qürurla anırıq
Qəhrəmanlar unudulmur! Zəfərin Memarları: 14 Qəhrəmanımızın doğum gününü qürurla anırıq

Hər təqvim səhifəsinin bir xatirəsi var, amma elə günlər var ki, millətin yaddaşına qızıl hərflərlə yazılır. Sentyabrın 17-si günəşin şəhidlərin adına doğduğu, 14 igidin səmaya yüksəlib millətin qəlbində ölümsüzləşdiyi gündür. Onlar şəhid olaraq millətin yenidən doğuluşuna imza atdılar. Qarabağ torpağının hər qarışı onların adları ilə nəfəs alır, hər zəfər nəğməsi onların əzmi ilə yazılır. 2020-ci ilin payızında şəhidlərin ruhu səfərbər olmuşdu, torpaq sanki oyanmışdı. 44 gün tarixdə çox qısa görünə bilər. Amma bu günlərə nələr sığmadı? Minlərlə oğul, minlərlə yurd həsrəti və bir millətin dirənişi. O 14 şəhidin də qanı bu yurdun dirçəlişinə can verdi. Onların hər biri bu zəfərin daşını-daş üstə qoyan igidlər idi. Qarabağ  təkcə bir coğrafiya deyil. Qarabağ bir vətən sevgisi, bir nisgil, bir and idi. Qayıdışımız şəhidlərin ruhlarının səssiz səfəri idi. Onların ayaq izləri ilə döyüş yolu çəkildi. İndi hər dağ başında, hər bulaq kənarında, hər səssiz kənddə onların nəfəsi var. Sentyabrın 17-də doğulanlar millətin qayıdış dastanının simvolları kimi tarixə yazıldı. Hər dirçəlişin bir bünövrəsi olur. Bizim dirçəlişimizin əsası şəhidlərin qanı ilə, ruhu ilə, sevgisi ilə atıldı. İndi Qarabağda yeni məktəblər tikilir, yollar çəkilir, kəndlər canlanır. Bütün bu işlər şəhidlərin adına ucaldılmış abidələr kimidir. Bu torpağın hər çiçəyi, hər ağacı onların ruhuna səcdə edir. Hər il bu tarixdə Azərbaycan bir daha baş əyəcək: “Siz bizim qürurumuz, siz bizim tariximizsiniz!” deyəcək. Qarabağ artıq azaddır. Amma bu azadlıq təsadüf deyil. Bu azadlıq şəhidlərin ruhunun, anaların göz yaşının, əsgərin addımının, millətin birlik ruhunun nəticəsidir. 14 qəhrəman 14 ulduz kimi bu Zəfər səmasında əbədi parlayır.  Vətən Uğrunda Canından Keçən Qəhrəman – Zöhrab Abbasov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız, tariximizin ən parlaq səhifələrini yazıblar. Onlar təkcə torpaqlarımızın azadlığı uğrunda döyüşmədilər, həm də bir xalqın qürurunu, iradəsini və yenilməzliyini tərənnüm etdilər. Bu qəhrəmanlardan biri də Zöhrab Abbasovdur. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində dünyaya göz açdı. İlk təhsilini Eynallı kənd tam orta məktəbində aldı. 2007–2018-ci illər ərzində burada oxuyaraq savadlı, vətənpərvər və məsuliyyətli bir gənc kimi yetişdi. Ailəsinin, müəllimlərinin və dostlarının sevgisini qazanan Zöhrab sadə və təvazökar təbiəti ilə seçilirdi. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmət onun üçün bir öhdəlik, bir borc, bir şərəf idi. Zöhrab hərbi hissədə nümunəvi davranışı, intizamı və vətənə bağlılığı ilə seçilirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Zöhrab Abbasov ön cəbhədə, Suqovuşanın azadlığı uğrunda gedən qanlı döyüşlərə qatıldı. Ən ağır mövqelərdə, çətin şəraitdə belə geri çəkilməyən Zöhrab döyüş yoldaşları ilə birgə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır idi. O, 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.  bilmədi. Zöhrab Abbasovun göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. Həmçinin “Suqovuşanın azad olunmasına görə” medalı da onun xatirəsinə təqdim edildi. Zöhrab Abbasovun adı bu torpağın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımız arasında əbədi qalacaq. Onun əziz xatirəsi ailəsinin, doğmalarının, döyüş yoldaşlarının və bütövlükdə xalqımızın yaddaşında daim yaşayacaq. İlkin Ağakişiyev- Vətənə Məhəbbət və Şücaətin Əbədi Nümunəsi 1995-ci ilin sentyabrında Mingəçevirdə dünyaya göz açan İlkin Ağakişiyev elə uşaq yaşlarından qəlbində doğma vətəninə qarşı sarsılmaz sevgi daşıyırdı. Həyatının hər addımında bu sevgi onu irəli aparır, çətinliklərə sinə gərməyə, böyük arzularına doğru inamla yürüməyə həvəsləndirirdi. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsilini davam etdirərkən İlkin yalnız biliyi ilə deyil, həm də vətənə bağlılığı, insanlara olan hörməti və qəhrəmanlıq ruhu ilə seçilirdi. O, həyatın ən ağır çağırışlarına belə hazırlıqlı idi, ürəyində isə sonsuz vətən eşqi alovlanırdı, bu alov heç vaxt sönməyəcəkdi. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini şərəflə yerinə yetirdi. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda isə İlkin Ağakişiyev cəsarətlə döyüş meydanına atıldı. Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq nümunələri göstərdi. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etməkdən çəkinmədi. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucaldı, amma onun ruhu millətin qəlbində əbədi yaşadı. Noyabrın 27-də Mingəçevirin Şəhidlər Xiyabanında doğma torpağa əbədi qovuşdu. O, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamla isə "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edildi. İlkin Ağakişiyev vətən sevgisi, igidliyi və şücaəti ilə bir millətin qürur mənbəyidir və onun həyahı gələcək nəsillərə vətənpərvərlik dərsi, qəhrəmanlıq örnəyidir. O, sönməz ulduz kimi Azərbaycan tarixində parlayacaq, xalqının qəlbində əbədi yaşayacaqdır. Asim Əliyev – Vətənə Sadiq Bir Ömür   1998-ci ilin sentyabr ayının 17-də, Sabirabad rayonunun Əsədli kəndində doğulan Asim Əliyev uşaqlıqdan ürəyində vətən sevgisi ilə böyümüşdü. O, sıradan bir gənc deyildi, onun baxışlarında və əməllərində hər zaman bir qürur, bir məsuliyyət vardı. Vətən onun üçün təkcə doğulduğu torpaq deyil, qəlbində yaşadan, canını fəda etməyə hazır olduğu müqəddəs bir məfkurə idi. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusunun igid əsgərləri kimi Asim də döyüş meydanına atıldı. O, yalnız bir əsgər yox, Vətən uğrunda döyüşən qəhrəman ruh idi. Qarabağın dağlarında, Füzulinin torpaqlarında şəhidlik zirvəsinə yüksəlmək onun vətənə olan ən böyük sevgisinin əyani sübutu oldu. Oktyabrın 14-də Asim Əliyev öz canını, gənc həyatını vətən torpağı uğrunda fəda etdi. Onun şəhidliyi təkcə bir ailənin deyil, bütöv bir millətin ağrısı, qürur mənbəyi oldu. Sabirabadın Əsədli kəndində dəfn edilən Asim vətən sevgisinin əbədiyyətə çevrilən nümunəsi kimi yaddaşlarda yaşayacaq. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Asim Əliyev “Vətən uğrunda” medalı ilə, 25 dekabr tarixli sərəncamla isə “Füzulinin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edildi. Bu medallar onun igidliyinin, şəxsi qəhrəmanlığının, vətənə olan sonsuz məhəbbətinin ən yüksək rəmzləridir. Asim Əliyevin həyatı və şəhidliyi bizə bir daha xatırladır: Vətən yalnız torpaq deyil, vətən azadlıq, şərəf, qəhrəmanlıq və fədakarlıqdır. Asim Əliyev  hər kəsin qəlbində yaşayan, gələcək nəsillərə vətən sevgisini miras qoyan bir qəhrəmandır. Vətən Uğrunda Son Nəfəs: Rahib Hacıismayılovun Şəhidlik Yolu Hacıismayılov Rahib Məmmədəmin oğlu 17 sentyabr 1991-ci ildə dünyaya gəlmişdi. Gənc yaşlarından vətənə sonsuz məhəbbətlə bağlı olan Rahib 2020-ci ilin sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə atıldı. O, Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında idi. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli, qanlı döyüşlərdə igidliklə vuruşdu. Ağdərə rayonu istiqamətində gedən amansız mübarizədə o, Vətənə olan sevgisi və fədakarlığı ilə əvəzsiz şücaət göstərdi. Oktyabrın 20-də Ağdərənin azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid oldu. Rahib Hacıismayılov vətən üçün canından keçən, qəlbi Azərbaycan sevgisi ilə döyünən əsl qəhrəman idi. Onun igidliyi, vətənpərvərliyi və fədakarlığı Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində Rahib kimi minlərlə şəhid və qazilərimiz sayəsində 8 noyabr 2020-ci ildə Zəfərimiz rəsmi olaraq elan edildi, Azərbaycanın əzəli torpaqları düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rahib ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi. Bu medallar onun vətənə bağlılığının, qətiyyətinin və mərdliyinin əbədiləşdirilməsidir. Rahib kimi igidlərimizin qanı ilə yazılan bu zəfər tarixi gələcək nəsillərə vətən sevgisinin və qəhrəmanlığın ən parlaq nümunəsi olaraq həkk olunacaq. Onların xatirəsi daim qəlblərdə yaşayacaq, azad və müstəqil Azərbaycan isə əbədi var olacaq. Həsənov Pərviz Yolçu oğlu: Vətəninə Qanıyla Yazılan Şərəfli Bir Əfsanə Beyləqan rayonunun Kəbirli kəndində 17 sentyabr 1990-cı ildə doğulan Həsənov Pərviz Yolçu oğlu öz həyatını vətən sevgisinə bağlayan igidlərdən biri idi. Hər zaman könlündə yanan o alovlu vətən eşqi, onu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə çağırdı. O, böyük bir əzmlə, könüllü olaraq 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ön cəbhəsinə atıldı. Hər bir addımı ilə, hər bir nəfəsiylə Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan Pərviz 27 sentyabrdan başlayan döyüşlərdə Füzulinin azad olunması üçün canını fəda etməkdən çəkinmədi. O, igidlik nümunəsi oldu, qəhrəmanlıq dastanı yazdı. 20 oktyabr 2020-ci ildə Füzuli istiqamətində düşmənin mərmisinin yağışı altında Pərviz şəhidlik zirvəsinə ucaldı. Onun qanı torpağa qarışdı, amma ruhu sonsuzluğa qovuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bu qəhrəman şəhidin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə əbədiləşdirildi. Bu medalla yanaşı, Füzulinin azadlığına göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı, həmçinin “Xocavəndin” və “Qubadlının” azad olunmasındakı misilsiz xidmətlərinə görə müvafiq medallarla təltif olundu. Pərviz Vətənin canı, xalqın qüruru, azadlıq uğrunda mübarizənin canlı rəmzi idi. Onun adı vətən torpaqlarının hər qarışında, şəhidlərin müqəddəs məzarlarında əbədi yaşayacaq. Vətən onun kimi oğullar sayəsində azad və müstəqildir. Eldəniz Hüseynov, sən bizim qəlbimizdə, tariximizdə və zəfər dastanımızda əbədi yaşayırsan Bir doğma diyarın səmasının altında yüksələn ucalıq var şəhidlik zirvəsi. O zirvəyə gedən yol igidlik, fədakarlıq və canını, qanını vətən yolunda qurban verməyi tələn edir. Bu yolda addımlayanların ən öncüsü Eldəniz Hüseynov kimi doğma torpağına bağlı, qəlbində xalqının azadlığı və istiqlaliyyəti üçün sonsuz məhəbbət daşıyan oğullar olur . 1996-cı ilin payızında İmişlidə dünyaya göz açan Eldəniz bir gənc kimi arzularla dolu idi. Lakin bu arzuların ən uca və ən müqəddəs olanı vətənin azadlığı üçün döyüşmək arzusu idi. 2020-ci ilin payızında Azərbaycan ordusunun igid əsgəri kimi o, ürəyindəki vətən sevgisi ilə silahlandı və Vətən müharibəsinin alovlu yollarına addım atdı. Eldəniz Hüseynov Cəbrayılın azadlığı uğrunda gedən qəhrəman döyüşlərin ön cəbhəsində dayandı. Düşmənin xəyallarını qıran, torpağımızı zəfərlə bürüyən igidlərin sırasında öz adı ilə tarixə düşdü. 9 oktyabr 2020-ci il bu tarix onun qəhrəmanlıq salnaməsinə qanlı, lakin qürur dolu bir səhifə olaraq yazıldı. Döyüş tapşırığının icrası zamanı şəhidlik zirvəsinə ucaldı. Eldəniz Hüseynovun igidliyi, onun şəhidlik məqamında göstərdiyi şücaət bir xalqın, bir millətin azadlıq eşqinin, qələbəyə olan ümüd yeri idi. Onun adı "Vətən uğrunda" medalı ilə, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədi yaşadı. Eldənizin həyatını və ölümünü bir anlıq düşünəndə bu torpağın azadlığı üçün canından keçən bütün oğulların əziz xatirəsi canlanır. O, şəhidlik zirvəsində ucalaraq bizə bir mesaj verdi: azadlıq, müstəqillik və qələbə heç vaxt itkisiz ötüşmür. Bu yolda yalnız qorxmazlar, yalnız igidlər addımlaya bilər. Eldəniz Hüseynov kimi oğulların qanı ilə torpaqlarımız azad oldu, bayrağımız yüksəldi və tarix yenidən yazıldı. Onun adı, onun igidliyi, onun qəhrəmanlığı gələcək nəsillərə işıq olacaq, ürəklərdə cəsarət, Vətənə sonsuz sevgi olaraq qalacaq. Zəfərə Gedən Yol: Rəcəb İsmayılovun Qəhrəmanlıq Salnaməsi Azərbaycanın igid oğulları qanları ilə, canları ilə, qürurları ilə tarix yazdılar. Bu tarix 44 günlük Vətən müharibəsinin Zəfər səhifələrində həkk olundu. O səhifələrin qəhrəmanlarından biri də İmişlinin Əliqulular kəndində dünyaya göz açan Rəcəb İsmayılov idi. 2000-ci ilin 17 sentyabrında sadə bir kənddə doğulan Rəcəb 20 il sonra bütün Azərbaycanın qürur mənbəyinə çevriləcəkdi. Vətən sevgisi ilə böyüyən bu gənc torpaqların harayına biganə qala bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə Qələbə müjdəçisi kimi düşən Vətən müharibəsində silaha sarıldı, döyüş meydanına atıldı. Rəcəb Füzulidə, Cəbrayılda, Qubadlıda və Laçında torpağın hər qarışında döyüşdü. O, cəbhədə vüqarla irəliləyən, düşmənin səngərini yarıb keçən, öz canı bahasına Zəfəri yaxınlaşdıran bir qəhrəman idi. Hər addımı ilə azadlıq salnaməsini yazırdı. 30 oktyabr 2020-ci il, Laçın uğrunda ağır döyüşlər gedirdi və Güləbird istiqamətində həyata keçirilən mühüm tapşırıq vardı. Rəcəb həmin tapşırığın icrasında ön sıralarda idi. O gün o, sonuncu dəfə Vətənə baxdı. Sonuncu dəfə nəfəsini çəkdi və Vətən yolunda şəhid oldu. 3 fevral 2021-ci ildə Rəcəb İsmayılov doğulduğu torpaqda - Əliqulularda torpağa tapşırıldı. Bu torpaq indi daha müqəddəsdir. Çünki altında bir igid yatır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Rəcəb İsmayılovun göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir şəhidin yox, bir xalqın iftixarıdır. Rəcəb İsmayılovun adı gələcək nəsillərə örnək olacaq. Onun simasında biz igidliyi, vətənpərvərliyi və sarsılmaz iradəni görürük. O, şəhid oldu, amma Zəfərin parlaq ulduzuna çevrildi. Zəfər yolu şəhidlərin qanı ilə yoğrulub. Rəcəb və onun kimi yüzlərlə qəhrəman bu torpaqlar uğrunda şəhid oldu ki, Azərbaycan bütöv olsun, bayraq azad səmalarda dalğalansın. Onların ruhu azad Şuşanın səmalarında dolaşır, Zəngilanda günəşlə birlikdə doğur, Laçında qartallar kimi ucalır. 44 gün və bir əsrə bərabər bir Qələbə. Bu zəfərin hər anı şəhidlərin igidliyi ilə yazıldı. Rəcəb İsmayılov da bu tarixin sarsılmaz sütunlarından biridir. Onu unutmaq olmaz, unutmayacağıq da! Qalib bir xalqın qəhrəman övladı Rəcəb İsmayılov, ruhun qarşısında baş əyirik!    Zəfər Yolunun Qəhrəmanı – Elgün Kərimov 17 sentyabr 1999-cu ildə Yevlax rayonunun Aran qəsəbəsində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər... Bu ad illər sonra Azərbaycanın igid oğullarından birinə çevriləcək, xalqın yaddaşına qəhrəman kimi həkk olunacaqdı. Hələ uşaqlıqdan vətənpərvər ruhla böyüyən Elgün sadə, zəhmətkeş ailənin övladı idi. 2006-2017-ci illərdə Aran qəsəbə 1 saylı tam orta məktəbində təhsil aldı. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə çağırılan Elgün Şəmkirdə kəşfiyyat bölüyündə xidmət etdi. Bu, onun ruhunda yaşayan vətən sevgisinin, qələbə əzminin sınağa çəkildiyi ilk mərhələ idi. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra, 2020-ci ilin avqustunda Elgün bir daha könüllü olaraq ordumuza MAXE hərbi qulluqçusu kimi qayıtdı. Azərbaycan Vətən müharibəsinin astanasında idi. 27 sentyabr 2020 tariximizin Zəfər səhifəsinin yazıldığı gün. Elgün Kərimov artıq bu tarixin qəhrəmanlarından biri idi. Murovdağ, Talış kəndi, Suqovuşan bu adlar indi tarixdir, bu adlar indi zəfərin rəmzidir. Və həmin məkanlarda Elgün kimi qəhrəmanlarımızın addım səsləri, mübariz ruhu qalır. 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Elgün Kərimov şəhid oldu. O, şəhadəti ilə əbədiyyətə ucaldı, amma adı tariximizdə, qəlbimizdə, Vətən torpağında yaşamağa davam etdi. Cənnət məkanına çevrilən torpaqlarımızın hər qarışı onun və onun kimi igidlərin qanı ilə suvarıldı. 17 oktyabrda doğulduğu Aran qəsəbəsində torpağa tapşırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Elgün Kərimov ölümündən sonra bir sıra medallarla təltif edildi: "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və nəhayət, ən yüksək dəyərli təltiflərdən biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni. Bu təltiflər bir ömrün, bir qəhrəmanlığın, bir vətən eşqinin nişanəsidir. Elgün Kərimovun adı bu xalqın Zəfər salnaməsində qızıl hərflərlə yazıldı. Zəfərin Qanlı Səhifəsi: Tural Məmmədovun Şəhidlik Zirvəsinə Ucalan Ömrü   Qarabağ... Bu ad illərlə sinəmizdə daşınıb gələn bir nisgil, bir həsrət idi. Və bu həsrətə son qoyan igidlərdən biri də Qızılhacılı kəndinin Vətənə qurban verdiyi qəhrəman oğlu Tural Məmmədov oldu. Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində dünyaya göz açdı. 1996-2007-ci illərdə Səməd Vurğunun adını daşıyan məktəbdə təhsil aldı. Hər bir azərbaycanlı oğul kimi Tural da Vətənə olan borcunu yerinə yetirmək üçün 2008-2010-cu illərdə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmət etdi. Amma Tural üçün bu xidmət sadəcə bir vəzifə deyil, bir başlanğıc idi. O, 2016-cı ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq geri döndü. Çünki o bilirdi: bu torpaqların azadlığı üçün hələ yolun başlanğıcındayıq.           Vətən müharibəsi başlandı. Tural Məmmədov həmin günlərdə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edirdi. Tural isə bir igid kimi döyüşürdü. O, həmin gün müharibənin ilk günü – şəhidlik zirvəsinə ucaldı. 11 dekabr 2020-ci ildə Tural Məmmədov Qazaxda, doğma torpağında dəfn olundu. Onun nəşi torpağa qovuşsa da, adı ucalarda yaşamağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev onun igidliyini, vətənə olan sədaqətini yüksək qiymətləndirdi. Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi. Bu gün Tural Məmmədovun adı Azərbaycan Ordusunun şərəf lövhəsində yazılıb. İki övladı atalarının adını başıuca daşıyacaq. Onlar biləcəklər ki, onların atası bir zəfərin, bir dirənişin, bir xalqın qalibiyyət dastanının qəhrəmanıdır.Torpaq uğrunda ölən varsa, Vətəndir. Tural Məmmədov kimi şəhidlər sayəsində Azərbaycan əbədi var olacaq. Ruhun şad olsun, əziz şəhid. Zəfər sənin adınla qürur duyur. Zəfərin Səssiz Qəhrəmanı – Orxan Mönsümzadə   Tariximizin şanlı səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsi təkcə dövlətimizin ərazi bütövlüyünün bərpası deyil, həm də yüzlərlə igid oğulun qəhrəmanlıq dastanı oldu. O dastanlardan biri də Orxan Mönsümzadənin qısa, lakin mənalı ömür yolunda yazıldı. Orxan Mönsümzadə 1993-cü ilin 17 sentyabrında Ağdam rayonunun Birinci Baharlı kəndində dünyaya göz açdı. Əslən Kəlbəcərdən olan bu gənc ömrünün hər səhifəsində vətənə sevgi, torpağa bağlılıq və qeyrət hissi daşıyırdı. Elə bu duyğular onu həyatının ən şərəfli yoluna hərb yoluna çıxardı. Azərbaycan Ordusunda kiçik çavuş rütbəsi daşıyan Orxan topçu kimi xidmət edirdi. 2020-ci il sentyabrın 27-si – Azərbaycan tarixində Zəfər səhifələrinin yazılmağa başlandığı gündür. Orxan da silaha sarıldı, torpaqların işğaldan azad olunması üçün cəbhəyə yollandı. Bir gün sonra sentyabrın 28-də Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, həyatının 27-ci payızını yaşaya bilmədi. Amma onun ruhu, adı və əməlləri əbədi olaraq Zəfər tariximizin bir parçasına çevrildi. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Orxan Mönsümzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Bu mükafat onun vətən qarşısında göstərdiyi fədakarlığın, şücaətin və əzmkarlığın simvoluna çevrildi. Daha sonra  2021-ci ilin 24 iyununda isə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu. Orxan Mönsümzadə  adını tarixə yazanlardan oldu. O, Zəfərin səssiz qəhrəmanıdır. Onun qəlbində daşıdığı Vətən sevgisi, əsgər andına sədaqəti və şəhidliyi bizə bir daha xatırladır ki, bu torpaq əbəs yerə azad edilməyib. Hər qarış torpağın altında Orxan kimi qəhrəmanların əzmi, ruhu və canı var. Bu gün azad Ağdam torpağında əsən hər bir meh, onun kimi şəhidlərimizin ruhuna çəkilən duaları daşıyır. Zəfər onların adları ilə başlayır, onların ruhu ilə yaşanır. Ruhun şad olsun, Orxan! Zəfər sənin kimi igidlərin mirasıdır. Zəfərə gedən yol: Şəhid Pəhli Qəribovun ömür dastanı   Vətən... Bu kəlmənin hər bir səsi minlərlə igidin canı, qanı, ruhu ilə yazılıb bu torpağa. Onlardan biri də Pəhli Qəribovdur. 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açan Pəhli sadə bir ailənin, lakin böyük ürəyə sahib bir vətənsevərin övladı idi. Uşaqlıq illəri torpağın nə demək olduğunu dərk etməklə, Vətənin necə seviləcəyini öyrənməklə keçdi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Pəhli dövlətin verdiyi hər tapşırığı qeyrətlə yerinə yetirdi. Xidmətini başa vurduqdan sonra mülki həyata qayıtsa da, vətən üçün yenidən silaha sarılmaq zamanının gələcəyini hiss edirdi sanki. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbərliyə çağırıldı. Bu dəfə yol onu birbaşa tarixə aparırdı. 27 sentyabrda başlayan Vətən müharibəsi Pəhlini döyüş meydanına, igidlərin ön cəbhəsinə səslədi. Füzuli, Cəbrayıl, Xocavənd... Addım-addım irəliləyən zəfər yolunun şahidlərindən biri də o oldu. Səngərlərdə torpağın nə qədər müqəddəs olduğunu bir daha sübut etdi. Və nəhayət  Şuşa! Azərbaycanın mədəniyyət beşiyi, qürur qalası. 8 noyabr 2020-ci il... Tarixə Zəfər Günü kimi yazılan bu günün səhərində Pəhli Qəribov əmrə tabe olaraq son döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. O, canını yalnız Şuşaya deyil, bütün Azərbaycana əbədi sevgi və sədaqətlə bağışladı. Pəhli Qəribov doğma torpağında - Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Amma onun adı bu torpağın hər qarışında, xalqın yaddaşında əbədi yaşayacaq. Şəhidliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pəhli Qəribov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu medallar millətin qəlbində daşıdığı qürur nişanələrinə çevrildi. Pəhli Qəribovun adı da, ruhu da bu zəfərin səsində yaşayır. O, bir ömrü Vətənə fəda etdi ki, biz azad nəfəs alaq, Şuşada bayraq dalğalansın, sabahlar daha parlaq olsun. Ruhun şad olsun, igid! Sən Zəfərin adısan. Tarix Yazan Müəllim: Şəhid Elgün Quliyev   17 sentyabr 1992-ci ildə Şamaxının Göylər kəndində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər - qəlbində nur, yolunda günəş daşıyan bir ad. Bəlkə də o gün heç kim bilmirdi ki, bu uşaq bir gün özü tarix olacaq, özü bir millətin yaddaşına çevriləcək. Elgün Quliyev 1998-ci ildə Göylər kənd 2 saylı məktəbində təhsil almağa başladı, sonra yollar onu İsmayıllıya, Şəkiyə apardı. 2008-ci ildə Şəki İslam Kollecini bitirdi. 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə təhsil aldı. 2014-cü ildə Vətən çağırdı, Füzuli rayonundakı "N" saylı hərbi hissədə xidmət etdi. Silahı əlinə aldı, torpağı qorumağın nə demək olduğunu öyrəndi. O illər hələ qəlbində bir arzu daşıyırdı: müəllim olmaq. 2020-ci ildə bu arzusu gerçəkləşdi. Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçdi və Lerik rayonunun Sors kəndinə müəllim kimi təyin olundu. Amma tarix ona başqa bir rol yazmışdı: o artıq təkcə müəllim deyil, həm də qəhrəman olacaqdı. 2020-ci ilin sentyabrında Vətən savaşa qalxdı. Elgün tərəddüdsüz könüllü oldu. Bu torpaq uğrunda can verməyə hazır idi. Onun döyüş yolu Şuşaya qədər uzandı. Elgün Quliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O gün Elgün tarix yazdı. Şəhid Elgün Quliyev göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. O, indi Şamaxının Göylər kəndində uyuyur. Amma ruhu ucalarda Şuşanın qayalarında, Füzulinin dağlarında, hər azad edilmiş qarış torpaqda dolaşır.          Elgün Quliyev  tarix yazan müəllim. Adın yaddaşımızda, şəklin ürəyimizdə, ruhun Vətənin hər qarışında yaşayacaq. Zəfər səninlə başladı, səninlə əbədiləşdi... Zəfərə Aparan Yol Elvin Salahovun xatirəsinə…   17 sentyabr 2001-ci ildə Bakı şəhərində Elvin adlı bir uşaq dünyaya gəldi. Bu ad illər sonra bir millətin yaddaşına qızıl hərflərlə həkk olunacaqdı. O, qəlbində qeyrət, vicdan və vətən sevgisi ilə böyüyürdü. Elvinin təhsil yolu 2007-ci ildə Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə başladı. Uşaq yaşlarından çalışqanlığı, nizam-intizamı və əxlaqı ilə seçilirdi. 2015-ci ildə 9-cu sinfi əla və yaxşı qiymətlərlə bitirib Azərbaycan Dövlət Dəmiryolu Kollecinə daxil oldu. Dörd il ərzində burada da nümunəvi tələbə kimi yadda qaldı. 2019-cu ildə maşinist ixtisasına yiyələnərək məzun oldu. 2019-cu ilin oktyabrın 7-də o, Şabran rayonundan hərbi xidmətə yollandı. Xidmətə Ağcabədidə başladı. Andiçmə mərasimindən sonra Cəlilabadda yerləşən N saylı hərbi hissəyə göndərildi. Burada göstərdiyi rəşadət, fiziki və mənəvi hazırlıq onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına yüksəltdi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Elvinin ömür kitabında yeni bir səhifə açdı. O, Xüsusi Təyinatlı kimi ön cəbhəyə yollandı. Füzuli və Qubadlı istiqamətlərində döyüşlərə qatıldı. Hər addımı zəfərə aparan addım idi. Elvin silahdaşı ilə çiyin-çiyinə, bir dağın başından bir dərənin dərinliyinə qədər döyüşdü. Amma qəhrəmanlıq ucadır, çox ucadır ki, bəzən şəhidlik zirvəsində dayanır. 2020-ci ilin oktyabrın 23-də, Qubadlı uğrunda gedən şiddətli döyüşlərin birində Elvin snayper gülləsinə tuş gəldi. O, canını torpaq uğrunda fəda etdi. Elvin Salahov oktyabrın 24-də Bakı şəhərinin Badamdar qəsəbəsində son mənzilə yola salındı. Lakin onun ruhu, onun mübarizəsi və onun adı bu torpağın hər dağında, hər daşında yaşayır. Qəhrəmanlığa gedən yol – Pərvin Salmanzadənin ömür dastanı   1991-ci ilin 17 sentyabrında Astarada bir uşaq dünyaya gəldi - Pərvin Təbriz oğlu Salmanzadə. Hələ o zaman heç kim bilmirdi ki, bu körpənin alın yazısına vətən uğrunda qəhrəmancasına şəhid olmaq yazılıb. Ailənin 6 üzvündən biri olan Pərvin erkən yaşlarından zəhmətə, ailə qayğılarına bələd oldu. 1997-ci ildə Mirzə Fətəli Axundzadənin adını daşıyan 1 saylı kənd tam orta məktəbinin birinci sinifinə qədəm qoydu. Orta məktəbdə çalışqanlığı, sakitliyi və yardımsevərliyi ilə seçilirdi. 2008-ci ildə məktəbi bitirib, gələcəyə doğru addımladı. 2009-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Vətən sevgisi və hərbi nizam-intizam onu hər kəsdən fərqləndirirdi. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dəstək olmaq üçün "Azpetrol LTD" MMC-də çalışdı. Lakin ürəyindəki hərbçi ruhu onu yenidən silaha sarılmağa səsləyirdi. 2020-ci ildə Pərvin könüllü şəkildə orduya qayıtdı. Artıq bu dəfə o, "MAHHXHQ" olaraq müqavilə əsasında hərbi xidmətdə idi. Eyni ilin 27 sentyabrında başlayan Vətən müharibəsində o, ön cəbhədə idi. Ağdərə və Xocavəndin qanlı döyüşlərində igidlik göstərdi. Düşmənin canlı qüvvəsinə ciddi zərbələr endirdi, döyüş yoldaşlarına güvən verdi, öz canını təhlükəyə ataraq digərlərinin həyatını qorudu. 6 noyabr 2020-ci il Azərbaycan tarixində Şuşa uğrunda gedən ən gərgin döyüşlərdən birində Pərvin öz komandirini və silahdaşlarını xilas edərkən canını fəda etdi. O, bir qəhrəman kimi şəhid oldu. Şəhidin cənazəsi doğulduğu torpağa  gətirildi və Seyid Camaləddin türbəsi yaxınlığında torpağa tapşırıldı. Bu torpaq artıq müqəddəsdir, çünki onun qoynunda bir qəhrəman yatır.           Pərvin Salmanzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra yüksək medallarla təltif olundu: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə". Bu medallar Pərvinin göstərdiyi şücaətin, fədakarlığın, əbədi qəhrəmanlığın rəmzidir. Pərvinin şəhadəti ilə sona çatan həyat yolu, əslində bir millətin qürur salnaməsinə çevrildi. O, ölümə meydan oxuyaraq Şuşaya, Qarabağa, Vətənə ZƏFƏR qazandıranlar sırasında yer aldı. Pərvin Salmanzadə bir tarix yazdı. Və bu tarix Zəfərlə  başa çatdı.      Cəlil Xəlilov: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik    

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib
Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər. Öncə Dövlət himni səsləndirilib və  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri,  polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi  veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar. Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,  Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə  öz minnətdarlıqlarını bildiriblər. Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

Hamısını oxu
Qəhrəmanlığın Tarixi: 15 Sentyabr Doğulan 9 Şəhidimiz
Qəhrəmanlığın Tarixi: 15 Sentyabr Doğulan 9 Şəhidimiz

Tarix bəzən bir günə sığır, bir gündə bir millətin taleyi yazılır. Azərbaycan üçün belə günlərdən biri 27 sentyabr oldu. 2020-ci ildə başlanan Vətən müharibəsində əsgərlərimiz yalnız torpaq uğrunda deyil, şərəf və qürur naminə savaşa atıldılar. Bu savaşda canından keçən hər bir şəhidin adı xalqın yaddaşına bir dastan kimi yazıldı. Onlardan doqquzu elə bir gündə 15 sentyabrda doğulmuşdu. Onların doğum günü indi həm də Qələbə tariximizin bir parçasına çevrilib.  Bu 9 igid övlad  bir vaxtlar analarının beşikdə layla çaldığı, arzularla böyütdüyü uşaqlar gələcəyini vətən yolunda fəda etdi. Onların hər biri Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı, yüzillərlə həsrətini çəkdiyimiz Qarabağın uğrunda canından keçdi. Bu gün biz qürurla deyirik: Zəfər sizin adlarınızla bağlıdır! Şəhidlərimizin doğulduğu bu gün onların şəhadətə qovuşduğu müqəddəs zirvə ilə tamamlanaraq bir millətin yaddaşına əbədi həkk olundu. Hər il bu tarix gələndə bir millət tək yumruq kimi onları anır, ruhlarına dualar oxuyur, bayraqlar altında baş əyir. Beş il öncə qazandığımız Zəfər təkcə silah gücü ilə yox, bu 9 qəhrəmanın da daxil olduğu minlərlə şəhidin iradəsi və canı ilə əldə olundu. Onlar təkcə torpağı yox, Azərbaycanın qürurunu, ləyaqətini də xilas etdilər. Biz bu gün azad Şuşada gəzə biliriksə, Xankəndidə bayrağımız dalğalanırsa, Laçın yolu sərbəst açılıbsa bu onların sayəsindədir. Onlar tarixə təkcə şəhid kimi yox, Qələbənin memarları kimi düşdülər. Bəli, fiziki olaraq aramızda deyillər, amma bu millətin ruhunda yaşayırlar. Onların həyatı gələcək nəsillərə vətən sevgisinin, əqidənin və qəhrəmanlığın dərsi olacaq. 1. Elnur Cabbarov – Bir Doğum Günü, Bir Ömürlük Qəhrəmanlıq  Şəhidlik Tanrının seçdiyi ruhlara bəxş etdiyi əbədi bir zirvədir. O zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Amma Vətənin dar günündə düşmənin qarşısında sipər olan, canından, ailəsindən, ömründən keçən igidlər var ki, onların adı tarixə qızıl hərflərlə yazılır. Elnur Cabbarov da məhz belə oğullardandır  Laçınlı, qeyrətli, mərd bir Azərbaycan əsgəri… Əslən Laçın rayonundan olan Elnur Şahmurad oğlu Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində, Laçından məcburi köçkün düşən ailələrin yaşadığı bir yurd yerində dünyaya gəldi. Onun uşaqlığı qaçqınlıq acısı, itirilmiş Vətən həsrəti ilə keçdi. Amma bu həsrət onu əyməmiş, əksinə ruhunu, iradəsini bərkidən bir gücə çevrilmişdi. 2012-ci ildə hərbi xidmətə yollanan Elnur fiziki cəhətdən güclü və çevik olduğu üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başladı. Xidmətini şərəflə başa vurduqdan sonar polis orqanlarında ictimai nəzarət qrupuna daxil edildi. Lakin Elnurun ürəyində yanan o böyük Vətən eşqi onu yenidən hərb meydanına çağırdı. Düşmənin ayaq basdığı dədə-baba torpaqlarına olan həsrət, vətənə olan sevgi, torpağa bağlanan can arzusu onu 2020-ci ilin əvvəllərində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmət etməyə sövq etdi. O, bu yolu şüurlu şəkildə seçdi və bilirdi ki, bu yolun sonunda şəhidlik də var. Və o gün gəldi, 2020-ci il sentyabrın 27-də Vətən savaşı başladı. Elnur ön sıralarda idi. İllərlə həsrətində olduğu Laçına aparan yol artıq açılırdı. Elnur hər qarışda vuruşdu, hər döyüşdə irəlidə oldu. O, döyüş yoldaşlarının dediyinə görə qorxu bilməyən, mərd və nümunəvi bir əsgər idi. Əsl komandan ruhuna malik idi. Təkcə döyüşmürdü, döyüşçü yetişdirirdi, əsgərə dayaq olurdu. Və növbə gəldi Qəhrəmanlıq tariximizin zirvəsi, qürurumuzun simvolu olan Şuşaya… Elnur burada, şəhidlik və şərəf arasında bir seçim etdi. Döyüşlərin ən qızğın anında yoldaşları yaralı halda qaldıqda, Elnur geri çəkilmədi. Öz həyatını təhlükəyə ataraq onları xilas etməyə çalışdı. Və məhz bu zaman – həyatla ölüm arasındakı cəmi bir nəfəsdə o, şəhidlik zirvəsinə ucaldı. Elnur şəhid olanda onu heç görməyən, qucağına almadığı iki aylıq bir körpəsi vardı. O körpə indi atasını şəhid biləcək, onun adına başı uca böyüyəcək. Vətən isə Elnurun adını unutmayacaq. Onun qəhrəmanlığı, fədakarlığı yüz minlərlə insanın yaddaşında, tariximizin qürur səhifələrində əbədi qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Elnur Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olundu. Bu təltiflər təkcə onun ailəsinə deyil, bütün Azərbaycan xalqına verilmiş bir iftixar nişanıdır. Elnur Cabbarov igid bir oğul, qəhrəman bir əsgər, şəhidlik zirvəsində əbədiləşmiş bir addır. 2. Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçimiz, igid Rəşad İlqar oğlunun ad günü bu gündür  onun şanlı həyat və qəhrəmanlıq dastanı hər zaman qəlblərimizdə yaşayacaq. Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Tanrının bu uca və ulu, əbədi zirvəyə yüksəltdiyi Rəşad Ələkbərov kimi oğullarımız da çoxdur. Düşmən Ermənistanın Tovuz cəbhəsində törətdiyi növbəti təxribatlar, Vətənin bağrına çəkilən qana bələnmiş bir xəncər kimi Rəşadın yuxusunu ərşə çəkdi. Minlərlə həmyaşıdı kimi o da Vətən çağırışına səs verdi. Rəşad İlqar oğlu Ələkbərov 1997-ci ilin sentyabr ayının 15-də Azərbaycanın taleyində mühüm rol oynamış bir tarixdə Gəncə şəhərində dünyaya göz açdı. Sanki özü də tarix yazmaq üçün bu tarixi gündə doğulmuşdu.  Gəncənin 44 saylı orta məktəbini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanan Rəşad Vətənə xidmət yolunu Ağcabədidə başladı, Füzuli torpaqlarında davam etdirdi. Əsgərliyi dövründə göstərdiyi nümunəvi davranışı, Vətənə bağlılığı onun necə bir insan olduğunu artıq o zaman sübut edirdi. Vətən müharibəsi başlandı. Rəşad da silaha sarılıb cəbhəyə yollandı. Bu müqəddəs torpaqların azad olunmasında Rəşad qəhrəmancasına döyüşdü. Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə, vətən torpağına canını sipər edərək şəhidlik zirvəsinə ucaldı. Rəşad Ələkbərov Gəncənin Şəhidlər Xiyabanında uyuyur və min illər boyu Vətənin igid oğullarının adları ilə səslənəcək bir ünvanın əbədiyyət sakininə çevrilmişdir. Qəhrəmanlığın genlə keçdiyi bu ailədə Vətən sevgisi anasından oğula miras qalmışdı. Anası  Nailə Ələkbərova Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhələrində döyüşmüşdü. O da bir döyüşçü, bir qəhrəman kimi tarixdə öz yerini almışdı. Rəşadın qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Rəşad Ələkbərov bir ömürlük örnək, bir millətin fəxri, bir xalqın unudulmaz qəhrəmanıdır. Onun adı bu torpaqda yaşadıqca, Vətən də yaşayacaq! 3. Vətən uğrunda canını fəda etmiş qəhrəmanımız Hüseyn Əliyevin ad günü 2000-ci ilin sentyabr ayının 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gələn Hüseyn Əliyev bu gün həm də qəhrəmanlıq tariximizin parlaq səhifəsində əbədi yaşayır. Balaca bir kəndin sakit həyatından başlayıb, böyük vətən eşqinə çevrilən Hüseynin yolu çətin, amma şərəfli oldu. Uşaqlıqdan məktəb illərində formalaşan vətənpərvərlik ruhu onu 2018-ci ildə Silahlı Qüvvələrimizin sıralarına gətirdi. Hərbi xidmətdə keçdiyi illər onun qəhrəmanlıq yolunun ilk addımları oldu. Vətən müharibəsi başlayan kimi Hüseyn ürəyi və ruhu ilə ön sıralarda savaşmaq üçün hazır idi. Murovdağın azadlığı uğrunda gedən qanlı döyüşlərdə döyüşçü kimi fərqləndi, igidliklə vuruşdu. Oktyabrın 3-də qəhrəmancasına şəhid oldu. O, canını qurban verərək Azərbaycan torpaqlarının azadlığı üçün əbədi ad qoydu. Nəşi uzun müddət tapılmasa da, onun ruhu heç vaxt yox olmadı. 2021-ci ilin yanvarında doğulduğu kənddə dəfn edilən Hüseyn həm doğulduğu, həm də şəhidlik zirvəsinə ucaldığı gündə yaddaşlarda yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilən Hüseyn Əliyev Vətəninə, xalqına sonsuz sədaqət nümunəsi oldu. Bugün, Hüseynin ad günündə biz yalnız bir insanı xatırlamırıq. Biz, Vətən üçün döyüşən, canından keçən igid bir oğulu, şəhid ruhunu, azadlıq sevginin ən ali nümunəsini yad edirik. Ruhun şad olsun, qəhrəman! Ad günün mübarək, əziz şəhidimiz! 4. Əlizadə Nicat Qorxmaz oğlu – Ad günündə xatırlanan igid övlad Bu gün Nicat Qorxmaz oğlu Əlizadənin ad günüdür. O, 2001-ci ilin 15 sentyabrında Sumqayıtda dünyaya göz açmışdı. Nicat bir ailənin oğlu, bir elin fəxri, bir xalqın igid şəhididir. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicatın həyat yolu, sanki Vətən sevgisi ilə ilmə-ilmə toxunmuşdu. İlk təhsilini Sumqayıtda Qubadlı rayonunun Hal kənd məktəbində aldı. Həyat onu illər sonra Biləsuvara, oradan isə Cəbrayıl Peşə Məktəbinə apardı. Gənc yaşlarında daima öyrənməyə, faydalı olmağa çalışan Nicat sadə, təvazökar, amma içində qaynayan bir qəhrəmanlıq ruhu daşıyırdı. 2019-cu ilin oktyabrında vətənin çağırışına "mən hazıram" deyərək cavab verdi. Tərtərdə hərbi xidmətə başladı. Əvvəl atıcı, sonra sanitar təlimatçı kimi fəaliyyət göstərdi. Amma onun əsl imtahanı 2020-ci ilin payızında başladı. 7 oktyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələn cəsur igid, canını torpağa sipər edərək şəhidlik zirvəsinə ucaldı. O, şəhidliyi ilə bir millətin qürursimasına çevrildi. Nicat bu gün Biləsuvardakı şəhidlər məzarlığında uyuyur. Amma onun adı, onun ruhu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə layiq görüldüyü “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları onun qəhrəmanlıq salnaməsinə yazılmış şərəf nişanlarıdır. Bu gün Nicatın ad günüdür. Amma o, bu günü torpağın altında deyil, göylərin ən uca qatında şəhidlik zirvəsində qarşılayır. Ruhun şad olsun, Nicat. Sənin kimi oğulların sayəsində bu torpaq bizimdir, bu günümüz var. Səni unutmadıq, unutmarıq! 5. Zəfəri Yaşadanlar – İsabala Hüseynovun Əbədi İzləri 15 sentyabr 2001-ci il. Bakı şəhərində, Suraxanıda bir uşaq dünyaya göz açırdı - İsabala Hüseynov. Hələ o zaman heç kim bilməzdi ki, bu körpə bir gün torpaq uğrunda canından keçəcək, millətin yaddaşına “Vətən oğlu” kimi həkk olunacaq. İsabala sadə bir ailənin övladı idi. Uşaqlığı Bakı küçələrində, Əmircanda keçmişdi. 2007-ci ildən 2018-ci ilə qədər 318 nömrəli tam orta məktəbdə oxudu. Gözlərində daim bir arzu vardı ölkəsinə faydalı olmaq, zəhmətlə böyümək. Məktəbi bitirdikdən sonra peşə təhsili yolunu seçdi. 2018-2019-cu illərdə 16 nömrəli Bakı Peşə Liseyində “Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər” ixtisasına yiyələndi. Dənizlərə baxıb gələcəyi xəyal edərdi, amma taleyin yazısı başqa idi. 2019-cu ildən etibarən Azərbaycanın Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başladı. Vətən sevgisi hərbi geyimdə daha da ucaldı. Silahı tutanda əlləri əmin idi, ürəyi döyünürdü.  O, bu torpaqlar üçün doğulmuşdu. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi onun üçün  çağırış oldu. Döyüş meydanında qorxmadan irəli atıldı, ölümə gözlərini qırpmadan baxdı. 4 noyabr 2020-ci il Laçın döyüşləri zamanı İsabala şəhadətə qovuşdu. O gün Azərbaycanın səması bir igidi itirdi, amma millətin ruhu bir qəhrəman qazandı. Suraxanı rayonunun Əmircan qəsəbəsində torpağa tapşırıldı. Əməyi, canı və qanı yerdə qalmadı. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla aşağıdakı medallara layiq görüldü: “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalına laiyiq görüldü. Bu torpaq nəfəs alırsa, bu bayraq dalğalanırsa, bu millət varlığını qoruyursa bu məhz İsabala kimi qəhrəmanların sayəsindədir. Bəziləri tarix yazır, bəziləri tarixə yazılır. İsabala Hüseynov tarixə yazılanlar sırasında əbədi yer aldı. Uğrunda can verdiyi vətən onu heç zaman unutmayacaq. 6. Zəfər tariximizə adını qızıl hərflərlə yazan igid – Elnur Həsənov Tarix 15 sentyabr 1992-ci il. Ağstafa şəhərində bir körpə dünyaya göz açır. Adını Elnur qoyurlar. Bu ad sonralar yalnız ailəsinin deyil, bütöv bir xalqın yaddaşına qəhrəmanlıq dastanı kimi həkk olunacaqdı. Elnur Elman oğlu Həsənov Vətənə sevdası canından əziz olan bir övlad, bir igid, bir şəhiddir. 1999-2010-cu illərdə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbində təhsil alan Elnur hələ uşaq yaşlarından mərdliyi, alicənablığı və Vətən sevgisi ilə seçilirdi. O, hələ məktəb illərindən bilirdi: bir gün Vətən çağırsa, tərəddüd etmədən yollara düşəcək. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan Elnur burada kiçik çavuş rütbəsini alır və manqa komandiri kimi xidmət göstərir. Silahdaşları üçün o, sadəcə komandir deyil, eyni zamanda dost, sirdaş və yol göstərən idi. 27 sentyabr 2020-ci il Zəfər tariximizin başlandığı gün torpaqlarımızı düşmən işğalından azad etmək üçün irəli atıldı.   Elnur Həsənov Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda gedən qanlı döyüşlərin mərkəzində, ölümə meydan oxuyaraq döyüşürdü. Onun son dayanacağı Şuşa oldu. 8 noyabr 2020-ci il tarixində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə Elnur qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. O, yalnız doğma Ağstafanın deyil, bütün Azərbaycanın igid oğlu kimi Şəhidlər Xiyabanında əbədi rahatlıq tapdı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Həsənov ölümündən sonra aşağıdakı medallarla təltif olunmuşdur: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür. Bu medallar xalqın Elnura və onun kimi igidlərə olan borcunun kiçik bir əlamətidir. Elnur Həsənov tariximizin Zəfər salnaməsində qürurla çəkilən bir addır. Ruhun şad olsun, Elnur! Sən can verdin ki, Vətən yaşasın! Sən getdin ki, Şuşa azad olsun! Və sən susdun ki, bir millət əbədi danışsın! 7. İsmayılov Vüqar Eldar oğlu - Vətənin qüruru, Zəfərin səsi 15 sentyabr 1993-cü ildə Mingəçevirdə bir uşaq dünyaya göz açdı. Bu uşaq - Vüqar İsmayılov gələcəyin qəhrəmanı, millətin fəxri olacaqdı. Uşaqlıq illəri Kür qırağında, vətən sevgisi ilə böyüyən Vüqar illər sonra adını tarixə qızıl hərflərlə yazdı. 2020-ci ilin sentyabrında o, Azərbaycan Ordusunun əsgəri kimi müqəddəs bir amal torpaqlarımızın azadlığı uğrunda silaha sarıldı. 21 sentyabrda hərbi xidmətə çağırılan Vüqar Vətən müharibəsinin ən çətin döyüş bölgələrindən biri olan Talış-Suqovuşan istiqamətində vuruşdu. O, ön cəbhədə, səngərdə, barıt qoxan torpaqda Vətənin bütövlüyü üçün nəfəs aldı, döyüşdü və tarix yazdı. Amma hər qəhrəmanlıq dastanının bir qürurlu, bir də hüznlü tərəfi olur. 10 oktyabr 2020-ci il Vüqarın igidcəsinə şəhidlik zirvəsinə ucaldığı gündür.    O gün, torpaq onun qanı ilə suvarıldı, amma həmin torpaq azadlığa bir addım daha yaxınlaşdı. Vüqarın göstərdiyi şücaət dövlət tərəfindən də yüksək qiymətləndirildi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə: “Suqovuşanın azad olunması”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu gün 15 sentyabr Vüqarın doğum günüdür. Əgər sağ olsaydı, 32 yaşını qeyd edəcəkdi. Amma o, artıq bizim aramızda deyil. O, Şəhidlər Xiyabanında, qəlbimizdə və qəhrəmanlıq tariximizdə yaşayır. Vüqarın doğum günü ilə 44 günlük Zəfər müharibəsi arasında bir qismət bağı var. O, dünyaya gələndə zaman belə bilmirdi ki, bu uşaq bir gün Zəfərin əsgəri olacaq. O, doğulmaqla bu torpağın azadlıq dastanına öz imzasını atmağa gəlmişdi. Unutmadıq, unutmarıq! İsmayılov Vüqar kimi qəhrəmanlarımızın adı hər zaman ehtiramla anılacaq. Onların ruhu bizə güc, onların əməlləri bizə yol göstərəcək. Doğum günün mübarək, igid Vüqar! Sən bu millətin qürurusan. 8. Zəfər Tariximizin Beşinci İlində Qəhrəman Şəhid Əşrəf Məmmədlini Anırıq 15 sentyabr 1999-cu il tarixində İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya gələn Əşrəf Məmmədli Azərbaycan tarixində iz qoymuş qəhrəmanlardan biridir. Bu gün 15 sentyabr 2025-ci il onun doğum günüdür. Eyni zamanda, bu günlər Azərbaycan xalqı üçün daha böyük mənanı ifadə edir. Vətən müharibəsi Zəfərinin beşinci ildönümünə hazırlaşdığımız bir dövrdə, biz şəhidlərimizi dərin ehtiramla yad edirik. Əşrəf Məmmədli ilk təhsilini 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, daha sonra isə 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində almışdır. 2014-2017-ci illərdə Abşeron rayonundakı Ceyranbatan Peşə Liseyində “təmirçi-çilingər” ixtisasına yiyələnmişdir. Əldə etdiyi texniki biliklərə baxmayaraq onun əsl peşəsi Vətənə xidmət idi. Əşrəf Məmmədli 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, xidmətini başa vurduqdan sonra 2019-cu ilin noyabr ayından etibarən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirmişdir. Peşəkar hərbçi kimi formalaşan Əşrəf qısa müddət ərzində yüksək intizamı, hazırlığı və vətənpərvərliyi ilə seçilir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş 44 günlük Vətən müharibəsi zamanı Əşrəf Məmmədli Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri kimi döyüşlərə qatılmış Cəbrayıl rayonunun azadlığı uğrunda gedən ağır və şiddətli döyüşlərdə fədakarlıqla vuruşmuşdur.   O, 17 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı silahdaşları Səyyad Şıxıyev və Aşur Cəmiyev ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad edilmiş, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmuşdur. Əşrəf Məmmədli İsmayıllı rayonunun doğma Maçaxı kəndində torpağa tapşırılıb. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Qəhrəman şəhidimizin xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əşrəf Məmmədli ölümündən sonra aşağıdakı medallarla təltif olunub: "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə". Bu təltiflər bir daha göstərir ki, Əşrəf Məmmədli kimi qəhrəmanların fədakarlığı, mərdliyi və Vətən sevgisi unudulmur. Onların əziz xatirəsi və göstərdikləri şücaət hər zaman xalqımıza ruh, gələcək nəsillərə isə örnək olacaq. Əşrəf Məmmədlinin doğum günü və Zəfərin beşinci ili ərəfəsində qəhrəman şəhidlərimizi bir daha sonsuz minnət və ehtiramla anırıq. 9. Orxan Mirzəyev: Qələbəyə Aparan Yolun Qəhrəmanı Orxan Mirzəyev bir millətin yaddaşına yazılmış qəhrəmanlıq dastanıdır. O, 1993-cü il sentyabrın 15-də Azərbaycanın Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Vətənpərvərlik ruhunda böyüyən Orxan sonralar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çavuş rütbəsi ilə xidmət edərək dövlətə sədaqətini əməli ilə sübut etdi. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orxan Mirzəyev minlərlə igid Azərbaycan əsgəri kimi cəbhəyə yollandı. Onun döyüş yolu Füzulidən keçdi, Şuşaya qədər uzandı. Hər addımda göstərdiyi şücaət, qorxmazlıq və vətən sevgisi ilə adını tarixə yazdı. 7 noyabr 2020-ci il Azərbaycan ordusunun Şuşa uğrunda apardığı qanlı, amma şanlı döyüşlərdə Orxan şəhidlik zirvəsinə ucaldı. 10 noyabrda doğulub, boya-başa çatdığı Biləsuvarda torpağa tapşırıldı. Amma o, bu torpaq üçün can verərək əbədiyyətə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir əsgərin qəhrəmanlığının deyil, bütöv bir xalqın qürurunun təcəssümüdür. Bu gün 15 sentyabr Orxan Mirzəyevin doğum günü olmaqla, həm də şəhidin ruhuna ehtiram, Vətən uğrunda can verənlərin xatirəsinə sayğı günüdür. O, fiziki olaraq aramızda olmasa da, ruhu ilə, döyüş yolu ilə, vətən sevgisi ilə hər birimizin qəlbində yaşayır. 44 günlük müharibə Azərbaycan xalqının birliyinin, iradəsinin və qələbə əzminin nümunəsi oldu. Bu zəfərin təməlində Orxan Mirzəyev kimi yüzlərlə igid övladımızın qanı, canı dayanır. Onların sayəsində bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarda qürurla dalğalanır.  

Hamısını oxu
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür” Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib.  O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi: "Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”. Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir: "Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”. Şahanə Ziyad Azxeber.com  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

13 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup 44 günlük Vətən müharibəsi qazisinin övladına məktəb ləvazimatları hədiyyə edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov adından şagirdlərə yeni dərs ilində uğurlar arzulayan Təşkilat şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, dövlətimizin şəhid ailələri və müharibə veteranlarına olan qayğısından danışıb. Polkovnik Nadir İsmayılov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı da öz növbəsində şəhid ailələri və veteranları tez-tez yad edir, öz imkanı daxilində həssas kateqoriyadan olan ailələrə dəstək göstərir. Bu dəstəyin bundan sonra da davam edəcəyini  bildirən Nadir İsmayılov, veteranlara diqqət və qayğı göstərməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.  

Hamısını oxu