Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev və Atatürkün xatirəsi adlarını daşıyan zirvələrdə anılıb

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.

 
Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqa­zın Baş­dağ silsilə­si­nin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zir­və­si"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.  

2020-12-07 00:00:00
3657 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

24 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Veteranlar, eləcə də kompleksi ziyarət etməyə gələn məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının bütün insanlığa qarşı törədilən cinayət olduğunu bildirib, bu soyqırımına qarşı ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində Xocalı qatillərinin ələ keçirilərək məhkəmə hökmü ilə ağır cəzalara məhkum edildiyni bildirən Cəlil Xəlilov, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilib. Tədbir zamanı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla ayd edilib. Seymur ƏLİYEV    

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub. Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O demişdir: “Bu gün mart soyqırımının törədilməsindən 100 il ötür. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Biz həmin soyqırımın və sonrakı illərdə ermənilərin tərəfindən törədilmiş qətliamlar barədə bütün dünyanı, xüsusilə beynəlxalq təşkilatları, elmi mərkəzləri məlumatlandırmalı, dünya ölkələrinin  parlamentlərini, müvafiq dövlət orqanlarını bu məsələyə obyektiv, rəsmi münasibət bildirmələrinə nail olmalıyıq”. Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək demişdir: “Bu soyqırımın təməli 2 əsr öncədən qoyulmuşdu. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən ilk öncə çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsusən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni  millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından çar ordusundan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası təqribən 20 minə yaxın qoşunla iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək məqsədilə Gəncə istiqamətində cəbhə boyu hücuma keçmişdi. Ancaq tərkibi türk və azərbaycanlı əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunun səyləri nəticəsində bu qara niyyətin qarşısı alındı. Bakı da daxil olmaqla Gəncə istiqamətində bütün ərazilər azad edildi”. Mart soyqırımının araşdırılması barədə danışan məruzəçi daha sonra demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə digər çıxışlarda 31 mart hadisələri ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış,  ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.

Hamısını oxu
“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu