Digər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə soyqırımı nəticəsində həlak olan soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, yazıçı-jurnalist Ədalət Salman çıxış edərək bildirib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrlə dolu səhifələr də yazılıb. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında rus bolşeviklərinin dəstəyi ilə erməni qəsbkarlarının törətdiyi azərnaycanlıların soyqırımı faciəsidir. Bu soyqırımı təkçə paytaxt Bakıda deyil, Gəncədə, Naxçıvanda, Qarabağda, Lənkəranda, Şamaxı və Quba qəzalaraında vəhşiliklə həyata keçirilib. Qətlə yetirilən soydaşlarımızla yanaşı, məktəblər, məscidlər, xəstəxanalar, milli memarlıq inciləri olan abidələr də məhv edilib. O, daha sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayıb və qeyd edib ki, hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ehtiramla qeyd olunur. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Firudin Zeynalov, "Qarabağ qaziləri" İctimai Birliyinin rayon bölməsinin sədri Maşallah Əliyev, ADP-nin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdilla, Sakit Üçtəpəli və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilən soyqırımı qətiyyətlə pisləyiblər. Vurğulayıblar ki, Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqrımının 100 illiyi hsqqında" Sərəncamından sonra insanlıq əleyhinə olan bu cinayətlər barədə həqiqətlər beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılıb.
Hamısını oxu
В предлагаемом небольшом материале речь пойдет о некоторых малоизвестных эпизодах военного времени биографий двух известных ученых-педагогов, выдающихся специалистов в области истории образования – заведующего общеуниверситетской кафедрой педагогики, действительного члена АПН СССР Алексея Ивановича Пискунова (24.02.1921 – 30.05.2005) и члена-корреспондента АПН СССР Кадрии Улькер Исмаил кызы Салимовой (1924-2012). Кадрия Исмаиловна, как называли Салимову коллеги, на протяжении ряда лет была связана с МПГУ: работала внешним совместителем по кафедре педагогики, выступала оппонентом по диссертациям аспирантов и докторантов МПГУ. Алексей Иванович Пискунов родился в г. Оханск Пермской губернии в семье служащих. Отец в годы первой мировой войны – офицер царской армии, в годы гражданской войны – командир отряда частей особого назначения ВЧК. Педагогическую деятельность А.И. Пискунов начал в 1940 году преподавателем немецкого языка в школе. Окончил факультет иностранных языков Ставропольского педагогического института в 1942 году. Работал учителем и завучем в школе Дагестана, преподавал в Махачкалинском педагогическом институте. Официально, в реальных боевых действиях Алексею Ивановичу принять участие было не суждено, однако, в его биографии есть несколько интересных «белых пятен», связанных с Великой Отечественной войной. Первое из этих «пятен»: Алексей Иванович в начале войны работал учителем немецкого языка Маджалисской школы в Дагестане. Период с декабря 1942 года по конец марта 1943 года в его собственноручно написанной биографии в личном деле, хранящемся в архиве МПГУ, значится как «служба в Советской армии». За эту загадочную кратковременную службу учитель немецкого языка был награжден медалью «За оборону Кавказа». Далее, в годы войны, продолжил работу в этой же школе в должности заведующего учебной частью, а затем преподавателем немецкого языка Дагестанского педагогического института. После окончания войны А.И. Пискунов был награжден медалью «За доблестный труд в Великой Отечественной войне 1941-1945». А.И. Пискунов – завуч Маджалисской школы, ок. 1944 года Второе «белое пятно» в биографии ученого напрямую было связано с первым, но получило свое развитие уже в 1980-е гг. И здесь оказались связанными вместе военные и послевоенные периоды биографии Алексея Ивановича Пискунова и другого крупного педагога-ученого – Кадрии Улькер Исмаил кызы Салимовой – члена-корреспондента АПН РСФСР (жены известного советского философа Э.В. Ильенкова). Оба ученых более 20 лет вместе проработали в институте теории и истории педагогики (общей педагогики) АПН СССР. Личность К.И. Салимовой также по-своему уникальна. Родители Кадрии Исмаиловны — по национальности турки. Отец — один из создателей турецкой коммунистической партии. После прихода к власти в Турции Ататюрка, родители вынуждены были эмигрировать в СССР. Обосновались в Азербайджане, поэтому Кадрия Исмаиловна считает себя азербайджанкой. В ноябре 1941 года, в возрасте 17 лет, добровольно ушла на фронт. Кадрию Исмаиловну, свободно владевшую немецким, турецким языками и «морзянкой», направили служить шифровальщицей в особый отдел 46-й Кавказской армии, а после учреждения контрразведки «СМЕРШ» в 1943 г. была причислена к этой структуре. На Кавказе, напомню, работал и служил на протяжении войны Алексей Иванович Пискунов. Кадрия Исмаиловна в годы войны участвовала в освобождении Болгарии, Румынии, Венгрии, Чехословакии, Польши, Югославии. Победу она встретила в Австрии, под Веной. Военную службу закончила в ноябре 1945 г. капитаном «СМЕРШа». Была награждена 14-ю медалями и орденом Отечественной войны II степени. Лейтенант К.И. Салимова проводит военно-политическую беседу «Германия в тисках между двумя фронтами», 1944 г., город Печь, Венгрия. Итак, события 1942/1943 гг. в биографии А.И. Пискунова, через сорок лет вновь возникли в неожиданном освещении. В середине 1980-х гг. в институте теории и истории педагогики АПН СССР, где работали оба ученых, кто-то бросил слух, что академик А.И. Пискунов, прекрасно знавший с детских лет немецкий язык, в годы войны работал переводчиком в гестапо. Этот же слух был растиражирован в книге (1989) одного известного «ученого». К.И. Салимову – бывшего офицера контрразведки «СМЕРШ», да еще и служившего на Кавказе, эта информация, понятное дело, особо встревожила. После этого, отношения между учеными сильно охладели, они даже не разговаривали… И профессор К.И. Салимова обращается с официальным запросом в КГБ СССР. Через некоторое время, вероятно, состоялось приглашение на Лубянку. Содержание разговора, естественно, не известно, но после этого Кадрия Исмаиловна до самой смерти академика А.И. Пискунова в 2005 году, испытывала к нему нескрываемое уважение, и ученые поддерживали друг друга в науке, откликаясь на взаимные просьбы. Автору этих строк посчастливилось быть аспирантом и учеником Алексея Ивановича Пискунова, а оппонентом по кандидатской диссертации выступала профессор К.И. Салимова, у которой был дважды в гостях и сохранил о ней самые лучшие воспоминания. Обращаясь к нашим студентам, хотелось бы дать им высокие нравственные ориентиры на примере подвигов героев Великой Отечественной войны – ученых и педагогов, работавших в МПГУ, на которых хотелось бы равняться. А.Н. Рыжов
Hamısını oxu
Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür? Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir? Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı: “Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi. Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur. Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir. Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır. Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”. Seymur ƏLİYEV
Hamısını oxu