Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!

2020-12-04 00:00:00
2915 baxış

Digər xəbərlər

1.9 mln vətəndaşı əhatə edən sosial paket

Hamısını oxu
Координационный совет Международного союза Содружество общественных организаций ветеранов и пенсионеров независимых государств

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
Biz birlikdə daha güclüyük

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirdə əmək və müharibə veteranları, rayonun tanınmış ziyalıları  və ictimai birliklərin rəhbərləri iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün xalqımız üçün  böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün  dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayaraq deyib ki, gəlin, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həmişə bir olaq, birlikdə olaq.Biz birlikdə olanda daha güclü oluruq. Məhz bu birliyin sayəsində Vətən müharibəsində də şanlı qələbə qazandıq. Rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov,  ADPU Cəlilabad filialının direktor müavini Aydın İbişov, "Qarabağ Qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü veteran müəllim- şair Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, araşdırmaçı- tarixçi Ələsgər Mirzəzadə, əmək və müharibə veteranları Asəf İsmayılov, Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Qurban Əhmədov, Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək bu əlamətdar günün müntəzəm qeyd olunmasının xalqımızın həmrəyliyində oynadığı rolu yüksək qiymətləndiriblər və bu gün bizim daha sıx birləşməyimizin, bir olmağımızın böyük əhəmiyyəti olduğunu bildiriblər. Tədbirin sonunda rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Respublika Əmək, Müharibə və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından   tədbir iştirakçılarını və rayonun bütün əmək və müharibə vetetanlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir daha təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb.

Hamısını oxu