Digər xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.
Hamısını oxu
14 mart 2017-ci il tarixdə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Respublika Veteranlar Təşkilatının (RVT) 6-cı Plenumundan ötən dövr ərzində Təşkilatın fəaliyyəti barəsində RVT-nin sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov məruzə ilə çıxış etmişdir. Rəyasət Heyətinin növbəti iclasının gündəliyinə uyğun olaraq daha bir neçə məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. İclacda həmçinin veteranlar son zamanlar Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə etmiş və bununla əlaqədar Azərbaycan Veteranları adından Niderland hökumətinə müraciət qəbul etmişlər. Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrlə əlaqədar Azərbaycan Veteranlarının Niderland hökumətinə Müraciəti Niderlandda son günlər dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələr insanlıq və humanizmlə bir araya sığmır. Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökümətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir. Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildirirk. Biz xalqımızın tarixən tolerantlığı, sülhsevərliyi ilə seçilməsini fəxrlə qeyd edir, özünü demokratiya nümunəsi hesab edən ölkələrin Azərbaycanın bu gün vətəndaş həmrəyliyi sahəsində həyata keçirdiyi siyasətdən, xüsusilə ölkəmizdə dini, milli və irqi ayrı-seçkiliklərin tamamilə aradan qaldırılmasından nümunə götürməyə səsləyirik. Niderlandı, eləcə də, bu cür mənfi halların baş qaldırdığı istənilən ölkəni Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi siyasi təcrübədən istifadə etməyə çağırır, yalnız xalqlar arasında dostluğun, insan haqlarına hörmətin bərqərar olduğu ölkələrdə inkişaf və tərəqqinin mümkün olduğunu qeyd edirik. Biz Avropanı faşizm, şovinizm bəlasından xilas etmək üçün canından, sağlamlığından keçmiş veteranlar olaraq, Avropada sülhün təminatı üçün təhlükə yaradan eyni halların yenidən təkrarlanması təhlükəsindən və hadisələrin siyasiləşdirilməsindən təəssüflənir, tezliklə bütün bunlara son qoyulması üçün ağılın diktəsi ilə tədbirlər görüləcəyinə, Niderland və Türkiyə arasında baş verən siyasi böhranın aradan qaldırılacağına inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Hamısını oxu
25 oktyabr 2021-cu il tarixdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail rayonunda yerləşən 91 saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş(ölümündən sonra) Nağıyev Əli Mehman oğlunun anım gününə həsr olunub. Tədbirdə şəhidin atası Mehman müəllim, anası Lalə xanım, qardaşı Qahir, məktəbin şagird və müəllim kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Svetlana Zülfüqarova açıb . O, məktəbin məzunu şəhid Əli Nağıyevin məktəb illərində necə bir şagird olmasından, dərsə davamiyyətindən, yoldaşları ilə davranışından danışıb. Əli şəhidlik zirvəsinə yüksəlməklə təkcə valideynlərinin övladı yox, bütün ata-anaların övladına çevrilib. Məktəb direktoru qeyd edib ki, şəhidlərin hər birini yaddaşlarda yaşatmaq bizim müqədəs vətəndaşlıq borcumuzdur. Sonra şagirdlər səhnəyə dəvət olunublar. Hərbi formada səhnəyə çıxan şagirdlər hazırladıqları şer parçalarını söyləyiblər. Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə şəhidlərə Uca Allahdan rəhmət, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzulayıb: Mən bir müharibə veteranı kimi söyləyirəm, müharibə nəqədər çətin olsa da, mənim üçün şəhid analarının gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə oğullar yetişdirdiz. 30 ilin həsrətindən sonra Qarabağda yüksələn üçrəngli bayrağımız tökülən qanların hesabına dalğalanır. Səhidlər ölməzdir, onlar əbədi yaşayacaq”. Sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
