Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Bakı, 7 mart, AZƏRTAC Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Bakı, 7 mart, AZƏRTAC Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Aqil Şirinov: “Erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir” Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Ermənistanın ekoloji terror siyasətini ifşa edib, din xadimlərinin də ekologiyanın qorunmasında fəallıq göğstərməsinin zəruriliyini vurğulayıb. Ermənistanın ekoloji terror siyasətinin bu cür beynəlxalq forum və toplantılarda ifşa edilməsi nə dərəcədə önəmlidir? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, təbiətin qorunması istiqamətində atdığı addımlar bütün dünyaya nümunə sayıla bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məlum forum və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həmin forumdakı çıxışının dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Bu cür beynəlxalq forum və toplantılarda ekosistemin qorunması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında məlumat vermək, ermənilərin Qarabağ bölgəsində təbiətə yönəlik vəhşiliklərini ifşa etmək, meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi və s. kimi cinayətləri dünuya birliyinin diqqətinə çatdırmaq olduqca vacibdir. Bu forum mahiyyət və miqyasına görə olduqca mühüm və əhəmiyyətli forum idi. Sözügedən forumun mövzusu da birbaşa ekologiyaya aid idi ki, bu da müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu foruma dünyanın böyük din xadimləri - Misirin baş müftisi, Türkiyənin Diyanət İşləri başqanı və s. kimi görkəmli simalar qatılmışdı. Rusiya Müsəlmanları İdarəsinin sədri də həmin forumda təşkilatçı qismində iştirak edirdi. Məhz belə bir mühüm forumda Mübariz müəllim Azərbaycan dövlətinin ekologiyaya verdiyi önəmə toxundu, habelə işğal dönəmində ermənilərin təbiətə yönəlik həyata keçirdiyi terrora diqqət çəkdi. Mübariz müəllim həmçinin bu gün dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi ekoloji layihələrin miqyasından, onun bütün region üçün əhəmiyyətindən danışdı. Ermənilərin ekoloji terror siyasəti XVII Beynəlxalq Müsəlman Forumu çərçivəsində uğurla ifşa edildi. Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə Qarabağın bərpası prosesində ekologiyaya mühüm diqqət yetirilir. Ekologiyaya ziyan vurmayan “yaşıl enerji”nin istehsalı və istehlakı hər şeydən öncə təbiətin qorunmasına yönələn layihələrdir. Meşə sahələrinin salınması, yaşıllıqların genişləndirilməsi də Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir. Məlum olduğu kimi, ermənilər 30 illik işğal dönəmində təbiətə qarşı əsl terror törədib. Nəticədə, bir çox meşələrimiz məhv edilib. Ermənilər Kəlbəcəri tərk edərkən belə meyvə ağaclarını kəsdilər, meşələri doğrayıb daşıdılar. Bu gün isə cənab prezidentin tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə geniş yaşıllıqlar salınır. Ağdamda böyük meşə massivinin salınması, digər rayonlarda yaşıllıqların genişləndirilməsi gündəmdədir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşıllıqların artıırlması planı mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin təbiətə, ekologiyaya verdiyi önəmi göstərir və bu baxımdan görülən işlər digər dövlətlər üçün nümunə sayıla bilər”. Seymur ƏLİYEV
Hamısını oxu“Minsk qupunun ləğvi Prezident İlham Əliyevin növbəti diplomatik zəfəri, xalqımızın tarixi nailiyyətidir”. Bunu saytımıza açıqlamasında ehtiyatda olan polkovnik Samir Musayev bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin prinsipiallığından, Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyindən xəbər verir: “Məlum olduğu kimi, Minsk qrupu mövcud olduğu dönəmdə işğal probleminin həlli istiqamətində heç bir əməli addım atmamış, əksinə, münaqişəni uzatmış, onu daha da mürəkkəbləşdirmişdir. Minsk qrupunun fəaliyyətsizliyi, işğala məruz qalanla təcavüzkar arasında heç bir fərq qoymaması Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuş, ictimai rəydə, mediada ciddi şəkildə tənqid olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğaldakı torpaqlarını tam şəkildə azad etmiş, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdir. Bununla da Minsk qrupunun mövcudluğu üçün zəruri olan şərtlər ortadan qalxmışdır. Buna görə də Azərbaycan Minsk qrupunun ləğvini irəli sürsə də, dövlətimizin bu tələbi bəzi qlobal güclər tərəfindən dəstəklənmir, məqsədli şəkildə gözardı edilirdi. Lakin sevindiricidir ki, Azərbaycan cari ilin 8 avqust tarixində Vaşinqton görüşündə Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail oldu və bir sıra məsələlərlə yanaşı, Minsk qrupunun ləğvi istiqamətində də prinsipial addım atdı. Nəticədə, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Bununla da Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan daha bir tarixi uğura imza atdı. Polkovnik Samir Musayev Prezident İlham Əliyevin ABŞ və Çinə səfərlərinin də dövlətimizin siyasi-diplomatik qüdrətinin təcəssümü kimi dəyərləndirib: “Böyük sevinc və qürur hissi ilə qeyd etməliyik ki, son vaxtlar beynəlxalq diplomatik sferada baş verənlər bir daha Prezidentimizin nüfuzunu, dövlətimizin artan qüdrətini, yüksələn imicini göstərir. İstər Vaşinqton görüşündə, istərsə də dövlət başçımızın Çinə səfəri zamanı yaşananlar, hər iki ölkədə Azərbaycan Prezidentinə münasibətdə ortaya qoyulan yüksək ehtiram doğma Azərbaycanımızın regional güc kimi bütün dünyada qəbul edildiyinin isbatıdır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf etməkdə, beynılxalq sferada öz mövqeyini qətiyyətlə gücləndirməkdə və qlobal iqtisadi əlaqələr zəngirinin ən etibarlı halqasına çevrilməkdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin dərin zəkasının, müdrik siyasətinin və prinsipiallığının nəticəsidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib. Qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür etdilər. Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir. Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Dövlətimizin başçısı da öz növbəsində qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir. Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd etdi. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Böyük ölçüdə şəkillər
Hamısını oxu