Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

İyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub.   Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir.  D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.

2016-06-28 00:00:00
4586 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları münasibəti ilə təbrik edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanan təbrik məktubunda deyilir:   “Hörmətli Kəmaləddin müəllim. Sizi və rəhbərlik etdiyiniz nazirliyin kollektivini 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə ilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Rəhbərlik etdiyiniz dövlət qurumunun işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə verdiyi töhfə, qardaş Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsində göstərdiyi fədakarlıq, respublika ərazisində fövqəladə situasiyalar zamanı sərgilədiyi  çevik reaksiya, köməyə ehtiyacı olan vətəndaşların xilası və təhlükəsizliyinin təmini istiqamətində atdığı addımlar xalqımız tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmaqda və təqdir edilməkdədir. İnanırıq ki, Fövqəladə Hallar Nazirliyi bundan sonra da öz fəaliyyətində əsl peşəkarlıq sərgiləyəcək və hər zaman olduğu kimi gələcəkdə də vətəndaşlarımızın təhlükəsizliyini ali səviyyədə təmin edəcəkdir”.   Dərin hörmətlə,   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyevaya qardaşı Nağıyev Əliqulu Fərhad oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı "Sözün işığı" qəzetinin yubileyi ilə bağlı tərbir keçirib

"Sözün işığı" qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad Rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib. Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin  rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda   Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sözün işığı" qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub. "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regiontv.az saytının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev  çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.  

Hamısını oxu