Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı "Sözün işığı" qəzetinin yubileyi ilə bağlı tərbir keçirib

"Sözün işığı" qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad Rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib.

Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin  rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda   Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sözün işığı" qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub.

"Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib.

Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regiontv.az saytının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev  çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

 

2023-04-26 22:07:23
3507 baxış

Digər xəbərlər

Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

Hamısını oxu
Gəncə İş Adamları İctimai Birliyi İdarə Heyəti və TİKA nümayəndəliyi arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Gəncə İş Adamları İctimai Birliyi İdarə Heyəti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyi arasında görüş keçirilib.   TİKA Bakı nümayəndəliyinin yeni koordinatoru Fatih Yılmaz Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadi əlaqələrin də daima inkişafda olduğunu vurğulayıb.   İdarə Heyəti Sədri Zəfər Məmmədov görüş zamanı həyata keçirilən tədbirlər, cari məsələlər və planlaşdırılan layihələrdən bəhs edərək, gələcək əməkdaşlığın önəmli olduğunu qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.   Həmçinin yaxın zamanda TİKA Bakı nümayəndəliyi idarə heyətinin Gəncə şəhərinə səfəri ilə bağlı məsələ müzakirə edilib.   Görüşün sonunda hədiyyə təqdim olunaraq, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Ermənilərin ekoloji terrorunun qarşısının alınmasında dünya birliyi həmrəylik sərgiləməlidir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirilir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, ölkəmizin suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir. Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Bildiririk ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəcək. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.

Hamısını oxu
“Qədim dostlar”ın Ermənistana gətirdiyi yeni bədbəxtliklər

Fransa və Hindistanın hərbi dəstəyi erməni toplumunun sabahına nə vəd edir? Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial mediada Ermənistan və onun “qədim dostları” ilə bağlı paylaşım edib. Səfir qeyd edib ki, “Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc və Ermənistanın iki köhnə dostudur”. Olivye Dekottininin dediyi kimi, Fransa və Hindistanı həqiqətən də Ermənistanla qədim təmaslara malik dövlətlər adlandrımaq olar. Çünki hər iki dövlət uzun müddət Ermənistanla sıx münasibətdə olub, ona siyasi-diplomatik, mənəvi-psixloji, bəzi hallarda isə hərbi baxımdan yardımlar edib. Və nə qədər qəribə görünsə də, Ermənistanın başına gələn bütün müsibətlərdə, üzləşdiyi bütün məğlubiyyət və uğursuzluqlarda hər iki dövlətin böyük rolu mövcuddur. Çünki məhz Fransa və Hindistanın İrəvana verdiyi hərbi-siyasi dəstək Ermənistanın anti-Azərbaycan siyasətinin geniş vüsət almasına səbəb olmuş, onu ölkəmizə qarşı yeni terror aktları və qarşıdurmalara həvəsləndirmişdir. 44 günlük Vətən müharibəsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan bu müharibə zamanı da öz ordusundan daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiya, Fransa və s. kimi dövlətlərin dəstəyinə ümid etmiş, məhz bu səhvi onun faciəsinə çevrilmişdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistana siyasi baxımdan dəstək ifadə edən Fransa və bəzi ölkələr proseslərə əməli baxımdan müdaxilə etməyə cəsarət etməmiş, nəticədə Ermənistan “qədim dostlarının” – Fransa və Hindistanın gözü önündə rüsvayçı məğlubiyyətə uğramışdır. Bu fakt bir daha sübut edir ki, Fransa və Hindistan tarixən Ermənistanı yeni avantüralara qızışdırmaqla onun ağır məğlubiyyətlərə düçar olmasına bais olmuşdur. Bu mənada, Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Fransa və Hindistanı Ermənistanın “qədim dostları” adlandırması, hər iki ölkənin İrəvanı dəstəklədiyini gündəmə gətirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu açıqlama onu göstərir ki, hər iki dövlət Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün Ermənistandan alət kimi istifadə etmək siyasətinə sadiqdirlər və bu kimi açıqlamalarda məqsəd erməni toplumunu “qədim dost” nağılına inadırmaq, onlara cəsarət verərək yeni oyunlara daxil olmasını təmin etməkdir. Odur ki, erməni toplumu əsrlədir boyu davam edən bu nağıla inanmamalı, sabahlarına qan və göz yaşı vəd edən “dostların” onların ən böyük düşmənləri olduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Fransa və Hindistan kimi dostu olan ölkəyə düşmən lazım deyil. Nə indi, nə də heç vaxt... Seymur ƏLİYEV

Hamısını oxu