Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi deməkdir”

Cəlil Xəlilov: “Bu, həm də ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”   Bunu Veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Hərbi Qənimətlər Parkınında nümayiş edilən hər bir eksponat böyük zəfərin bir parçasıdır:   “Bu gün Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurmaqdadır. Çünki bu, adı park deyil. Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun  44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi Qənimətlər Parkının açılması tarixi qələbəmizin əbədiləşməsi, şüurlarda daha dərindən iz qoyması deməkdir.   Bu parka gələn hər kəs təqdim edilən ekponatlara baxarkən Azərbaycan ordusunun qəhrəmanlığı,  cəsarəti, düşmən üzərindəki böyük zəfəri haqqında düşünəcək. Bu park əsrlər sonra da Azərbaycan ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərindən söhbət açacaq. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarix bir addım, müqəddəs bir işdir”.   Cəlil Xəlilov qeyd edib ki, Hərbi Qənimətlər Parkı həm də Azərbaycan ordusunun, onun Ali Baş Komandanının gücünə, yenilməzliyinə nümunədir:   “Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsinin nəticəsini əbədiləşdirməklə yanaşı, həm də ordumuzun, onun Ali Baş Komandanının gücündən, qətiyyətindən, yeniməzliyindən xəbər verir. Bu park və orada nümayiş etdirilən hər bir eksponat düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir.   Hərbi Qənimətlər Parkında 150-yə qədər ağır hərbi texnika nümayiş olunur ki, onların bir çoxu işlək vəziyyətdədir. 44 günlük Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən, bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaları işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə necə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni necə qorxuya saldığına nümunədir.   Hərbi Qənimətlər Parkının açılması xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyündən, onun yenilməzliyinin bəhs edəcək”.   Seymur ƏLİYEV

2021-04-12 00:00:00
3688 baxış

Digər xəbərlər

Özbəkistan Prezidenti azərbaycanlı diplomatı "Dostluq" ordeni ilə təltif edib

Veteran.gov.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 1 sentyabr ölkənin müstəqillik günü bayramı münasibəti ilə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif etmişdir.   Bu il, bu ali mükafat "Dustliq" (Dostluq) ordeni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilmişdir. Azərbaycanlı diplomat iki ölkə arasında mədəni, elmi, ədəbi, mətbuat sahəsində, habelə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılan yeganə xarici ölkə təmsilçisi olmuşdur.   Mükafatı Özbəkistanın xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin rəhbəri Rustambek Qurbanov Samir Abbasova təqdim etmişdir. O, Özbəkistan üçün Azərbaycanla əlaqələrin xüsusi önəm daşıdığını, Samir Abbasovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi, Özbəkistanda Azərbaycan mədəniyyətini uğurla təbliğ etdiyini və bu istiqamətdə çoxsaylı, maraqlı layihələr həyata keçirdiyini vurğulayıb. Komitə sədri azərbaycanlı diplomatın dövlətlərimizin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində fəaliyyətini xüsusi qeyd edib. Samir Abbasov isə öz çıxışında ilk növbədə Özbəkistan dövlətini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan və Özbəkistan dostluğundan danışıb, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında əməkdaşlığın yüksək  səviyyəyə qalxdığını qeyd edib.   O, bu yüksək ali mükafata - "Dustliq" (Dostluq) ordeninə layiq görüldüyü üçün  Özbəkistan dövlətinə, prezident Şavkat Mirziyoyevə səmimi təşəkkürünü bildirmiş, gələcəkdə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.   Samir Abbasov Komitə sədri Rustambek Qurbanova Azərbaycan mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən Azərbaycan xalçası və ölkəmizə dair nəşrlər hədiyyə edib.    

Hamısını oxu
Biz veteranlar sonsuz diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımızı ifadə edirik

Hamısını oxu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama..

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.   Oxu.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib. O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumat verib.

Hamısını oxu
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Hamısını oxu