Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında Respublika Günü ilə bağlı tədbir keçirilib

Dünən Respublika Veteranlar Təşkilatında  28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib:   “Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı.   Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”.   Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib:   “Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir.   Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-05-25 00:00:00
3916 baxış

Digər xəbərlər

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Bakı, 18 may, AZƏRTAC Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib: “Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub. Bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı: “Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, həmin vaxt işğal altındakı torpaqlarımızın azadlığına töhfə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlər ünvanlayırdı. İnsanlar maddi vəsaitlərini, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”. Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək: “Bu gün bəzi antimilli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədidir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir. Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim diqqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçiririk. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə nail olacağıq”.

Hamısını oxu
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu. Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər. Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq. Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm".

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə saytımıza Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov məlumat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yüzlərlə nümayəndəsi respublika ərazisində seçki müşahidəçiliyi aparıb, seçki prosesini yaxından izləyib. Bütün məntəqələrdə nümayəndələrimizə seçki müşahidəçiliyi üçün tam şərait yaradılıb. Seçkilər azad, ədalətli və şəffaf keçib. Xırda texniki qüsurlar istisna olmaqla, seçkinin ümumi nəticəsinə təsir göstərə biləcək heç bir pozuntu halı qeydə alınmayıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində keçib. Seçicilər heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst istifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, 7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.

Hamısını oxu
DSX-nın rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanı və bölgələrdəki şəhid məzarlarını ziyarət edib

Veteran.gov.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb. Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Seymur ƏLİYEV

Hamısını oxu