Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər

Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin olunub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib.
Əlamətdar gün münasibətilə iyunun 28-də Respublika Veteranlar Təşkilatının rəhbərliyi və üzvləri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn veteranlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilən tədbirdə bu qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada bütün sahələrdə olduğu kimi, veteranlar təşkilatının fəaliyyətində də canlanma yaranıb. Qeyd olunub ki, 1987-ci il mayın 6-da Respublika Veteranlar Təşkilatı yaradıldı. Həmin vaxt təşkilata general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq sonrakı mərhələdə, xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, veteranlara münasibət dəyişib, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Ulu Öndərin imzaladığı ilk sənədlərdən biri də məhz “Veteranlar haqqında” Qanun olub. Bununla da veteranlara dövlət qayğısı tam bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. D.Rzayev vurğulayıb ki, Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası məhz həmin vaxtdan etibarən qoyulub. Bu siyasət sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son  nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan və müasir standartlara cavab verən inzibati binanı, 1941-  1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və  pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını, onlara digər yardımların göstərilməsini qeyd etmək olar. Sədr bu baxımdan Respublika Veteranlar Təşkilatına 500 min manat məbləğində vəsaitin ayrılmasının önəmini xüsusi vurğulayıb, buna görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə, eyni zamanda, veteranlar və ictimai təşkilatların nümayəndələri çıxış edib, onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər Azərbaycanda veteran gününün təsis edilməsinin məqsədəuyğun olduğunu bildiriblər.    Sonda ictimai təşkilatların nümayəndələrinə və bir qrup veterana Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.                      

2016-06-30 00:00:00
4711 baxış

Digər xəbərlər

“Ermənistanın hərbi cinayətlərinin Ombudsman tərəfindən Orta Asiya regionunda ifşası ikiqat əhəmiyyətə malikdir”

Xəbər verdiyimiz kimi, Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər əsnasında bu ölkənin televiziyalarına müsahibələr verib, bir sıra məsələlərlə yanaşı, həm də erməni vəhşiliklərindən bəhs edib. Bununla bağlı sayımıza açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli erməni vəhşilikləri ilə bağlı beynəlxalq müstəvidə təbliğat işinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Cahangir Məmmədli Ombudsmanın bu yöndəki fəaliyyətinin də təqdirəlayiq olduğunu bildirib: “Orta Asiya arealında Ermənistanın cinayətlərinin ifşa edilməsi, onun əsl simasının tanıdılması, Azərbaycanın haqq işinin təbliği olduqca əhəmiyyətlidir. Bu coğrafiyada belə bir təbliğat ikiqat əhəmiyyətə malikdir. Çünki həmin coğrafiyada yerləşən dövlətlərin Qarabağ məsələsində lazımi qədər aktivliyinə şahid olmadıq. Düzdür, Qazaxıstanın bu sahədə müəyyən fəallığı hiss olunur. Amma hələ ki, bu regionda yerləşən dövlətlərin ümumi fəallığı arzuedilən səviyyədə deyil. Halbuki, Ərdoğanın Şuşa səfərindən sonra orada xüsusi bir canlanma olmalıdır. Çünki söhbət türk dünyasından, onun bugünü və gələcəyindən gedir. Odur ki, Orta Asiya coğrafiyasında daha çox iş görməyimizə ehtiyac var. Biz hər imkanda erməni vəhşiliyini ifşa etməli, onun anti-insani mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Səbinə xanımın Özbəkistana səfəri, səfər əsnasında KİV-lərə, televiziyalara verdiyi müsahibələr olduqca əhəmiyyətlidir. Azərbaycan Ombudsmanının erməni cinayətləri ilə bağlı ortaya qoyduğu faktlar, səsləndirdiyi fikirlər erməni faşizminin ümumilikdə Orta Asiyada ifşası baxımından son dərəcədə əhəmiyyətlidir. Orta Asiya insanı bu faktlar, bu informasiyalar əsasında Ermənistanın hərbi cinayətləri, törətdikləri vəhşiliklər haqqında müəyyən məlumata, təsəvvürə malik olur, bundan bəlli nəticələr çıxarır. İnanıram ki, Səbinə xanımın Özbəkistan KİV-nə verdiyi müsahibələr, açıqlamalar bütövlükdə Orta Asiya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumata sahib olmasına kömək edəcək, erməni vandalizminin dünya mqiyasıdna ifşasına təkan verəcək. Mən Səbinə xanıma bu mühüm fəaliyyətdə uğurlar arzulayıram”.  Seymur ƏLİYEV

Hamısını oxu
ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQTİMATI KEÇİRİLİB

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa mənsub olan həyat" kitabının təqdimatını keçirib. Möhtəşəm keçən tədbirdə ictimai birliklərin rəhbərləri, Əmək və Müharibə veteranları, şəhid ailələrinin nümayəndələri və tanınmış ziyalılar iştirak ediblər.Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxışının əvvəlində polkovnik Cəlil Xəlilovu Respublika Veteranlar Təşkilayına sədr seçilməsi münasibəti ilə rayonun Əmək və Müharibə veteranları adından təbrik edib, ona məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Ədalət müəllim  təqdimatı keçirilən kitab haqqında geniş məlumat verib, qeyd edib ki, kitabda əsrlərə bərabər ömür yaşamış Ulu Öndər Heydər Əliyevin Milli təhlükəsizlik və Milli ordu quruculuğunun formalaşmasında və inkişafındakı misilsiz xitmətindən bəhs olunur. Kitabda, həmçinin dahi şəxsiyyətin ideyalarının işığında bu gün yeni zəfərlərə doğru inamla addımlayan ölkəmizin uğurlarından danışılır. Aktual əhəmiyyət kəsb edən belə kitabların nəşr olunması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində bu gün müstəsna rol oynayır.Masallı rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev,  şəhid atası Nazim Paşayev, Vətən Müharibəsi Veteranları İctimai  Birliyi rayon bölməsinin sədri Rza Əkbərov, Beynəlxalq Heydər Ata ədəbi müsabiqəsinin mükafatçısı, şair Gülbala Teymur,  Qarabağ Qaziləri İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhid Mibariz İsayevin qardaşı Yaqub İsayev və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin dünyanı heyran qoyan ictimai-siyasi fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndilməsi, ölkəmizin dünya arenasında tanınması, xalqımızın rifah halının yaxşılaşdılması istiqamətində gördüyü işlərdən danışdılar. Qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi sayəsində bu gün qazandığımız tarixi Zəfər də Ulu öndərimizin Milli təhlükəsizlik və Milli ordu quruculuğundakı səmərəli fəaliyyətinin əməli nəticəsidir.Sonda xatirə şəkilləri çəkildi.    

Hamısını oxu
Xankəndi: Zəfərin Rəmzi, Birliyin Məkanı

2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri tarixə yeni bir səhifə yazır. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq, bu mühüm hadisəni dərin qürur və yüksək dəyərlə qarşılayırıq.Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Və biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır.İƏT Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir. Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil olunan Gənclər Forumu, Laçında baş tutmuş Qadınlar Forumu kimi tədbirlər, indi isə Xankəndidə keçiriləcək yüksək səviyyəli Zirvə görüşü Azərbaycanın azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi biz veteranların da qürur mənbəyidir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın İƏT daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində İƏT ölkələri tərəfindən daim yüksək dəyərləndirilmişdir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə İƏT üzvü olan qardaş ölkələrin  Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq biz inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan bayrağımızın kölgəsində keçiriləcək bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Və bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşidəcək! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.   Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.   2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir   Allah rəhmət eləsin!    

Hamısını oxu