Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

2017-10-02 00:00:00
3156 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı hərbi hissədə keçirilən tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda  tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin  500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yevlaxda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Yevlax şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Elnarə Əzizova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin  müdir müavini Hümbət Əhmədovun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Prezident İlham Əliyevin vətənpərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir.”

Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi  İsmayıl İsmayılov: “Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir.” İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampulası praktik rəhbərlikdən başqa heç nə əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş qlobal dünya görüşünə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini azərbaycanşılıq, millətlər arası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, vətənpərvərlik, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və.s kimi aktual xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyi dövlətçilik maraqların daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir. Dahi şəxsiyyətin azərbayçançılıq ideyasının güclənməsində onun etnik milli müstəvidən dövlət və vətənpərvərlik müstəvisinə keçirilməsində  müstəsna rolu vardır.          Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycanşçılıq idelogiyasından danışarkən böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışında, şəxsi həyatından – hər şeydən üstün tutsun.” Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı tərənnüm etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız. Məhz belə hisslərlə fəaliyyət göstərən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlət qururculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyevin ətrafında birləşərək milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəklində öz işlərini quraraq fəaliyyət göstərir. 44 günlük II Qarabağ savaşında Respublika Veteranlar Təşkilatının göstərdiyi vətənpərvərlik ruhu da Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun müdrik siyasətinin göstəricisi olmuşdur. Beləki, vaxtaşırı cəbhə bölgələrində yerləşən Veteran Təşkilatı sədrləri ilə mütəmadi əlaqəsi, onlara müdrik məsləhətləri də vətənpərvərliyin bariz nümunəsidir. Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə onun özünü necə istiqamətləndirməsindən aslıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımndır. Veteran Təşkilatının Respublikamızda bu istiqamətdə icra edilən tədbirləri diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur.”-deyə dahi şəxsiyyət ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirilmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir. Müstəqil azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir, ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz xalını verməli, öz xidmətini göstərməlidir. Tariximizə nərə salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa ana yurda, vətənə bağlılıq, xalqımızım zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torğaq uğrunda canında, qanından keçən saysız hesabsız unudulmaz qəhrəmanları olmuşdur. 44 günlük II Qarabağ savaşı məhz buna birbaşa sübutdur. Vətənpərvərlik, vətənə məhəbbət əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi  İsmayıl İsmayılov

Hamısını oxu
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub. Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. video Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır. “Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu