Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur

Dövlət Bayrağı Günü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, o cümlədən orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, Resppublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, veterankar, gənclər, ictimaiyyət nümayəndələri, rayondaki hərbi hissələrin şəxsi heyəti iştirak edirlər. RİH-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Gününə həsr olunmuş növbəti “Bayrağımız – and yerimizdir” adlı ədəbi-bədii tədbir rayonun Bayıl yaşayış sahəsində yerləşən 91 saylı orta məktəbdə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlanıb. Sonra məktəbin direktoru Svetlana Zülfüqarova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur”,- Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov qeyd edib ki, onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirdə çıxış edənlər də bildiriblər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirilib.

2017-11-09 00:00:00
3796 baxış

Digər xəbərlər

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım

Prezident İlham Əliyev Müqəddəs Qurban Bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.  “Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının təntənəsi olan Qurban Bayramınız mübarək!”, - paylaşımda deyilir.  

Hamısını oxu
Bu gün Ali Baş Komandan İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmənizdən 17 il ötür.

Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu.  Cənab Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq onun uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan dinamik inkişaf yolunda durmada irəliləməkdədir. Ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. İşğal altında olan tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad edilir. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycan xalqına yaşatdığı Qələbə sevincləri üçün minnətdarıq. Ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

Hamısını oxu
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Ermənistan təxribat törədib bunu Azərbaycanın üzərinə yıxmaq istəyir

Hamısını oxu